Məmməd Arazlı günlərim. Gülxanım Fətəliqızı

Чтение книги онлайн.

Читать онлайн книгу Məmməd Arazlı günlərim - Gülxanım Fətəliqızı страница

Məmməd Arazlı günlərim - Gülxanım Fətəliqızı Xatirə ədəbiyyatı

Скачать книгу

p/>

      Məmməd Arazlı

      günlərim

      “Xatirə Ədəbiyyatı” silsiləsindən 57-ci kitab

      MÜƏLLİFDƏN

      Xatirələr yumağını aç – yeri,

      Ürəyimin sevda yeri – boş yeri.1

      Tanınmış yaradıcı adamların şəxsi həyatı və yaradıcılıq bioqrafiyası xalq üçün həmişə maraqlı olub. Məmməd Araz da geniş oxucu dairəsinin diqqət mərkəzində olan bu qəbil sənətkarlardan idi. Pərəstişkarları hələ sağlığında səmimi bir həvəslə şairin həyatına maraq göstərir və müxtəlif səpkidə söhbətlər yayırdılar. Bu maraq ən çox da xalqın bütün təbəqələri tərəfindən sevilən, əsl sənətkar kimi qəbul edilən şairin vaxtsız xəstələnməsi ilə əlaqədar idi. Məmmədsevərlər onun sağalmaz xəstəliyə necə tutulduğu barədə həqiqəti bilmək istəyirdilər. Məmməd ömrünün 71-ci ilində dünyasını dəyişəndən sonra keçdiyi həyat yoluna qədirbilən oxucuları tərəfindən marağın daha da artdığının şahidi oldum. Həyatımın bir hissəsi olan bu qeydlər həmin marağın QİSMƏN ödənməsinə yönəlib.

      Dünyada səsim var, bir dünya tutmaz,

      Qoyma məndən sonra qala dünyanı…

      P.S. Bu yazımda məqsədim kimisə günahlandırmaq, pisləmək deyil. Olan olub, keçən keçib. Onların çoxu indi haqq dünyasındadır. Elə Məmmədin özü də. Lakin Məmmədin keçdiyi həyatı, xəstəliklə bağlı çəkdiyi əzabları, sağlamlığına təsir edən hadisələri yazımda əks etdirməyə bilməzdim. Bu gələcəyin tarixidir və Məmməd Araz da tarixdə öz yerini tutan şəxsiyyətlərdəndir. Hələ bütün hadisələri yumşaldılmış formada yazmışam, oxuyub inciyənlərdən qabaqcadan üzr istəyirəm.

      QÜRUB ÇAĞI…

      İki dünya ayrı düşür öz dünyasından,

      Qəribədir, bu dünyanın xəbəri yoxdur.

      Qürub çağı… Qəribə bənzəri var, ömrün qürub çağı ilə təbiətdə təkrar olunan qürub çağının… Amma fərqi bənzərindən daha çoxdur, təbiətdə hər axşam təkrar olunur, həyatda isə… Alatoran həyatdan neçə səhifə qaldığını heç kim təsəvvür etmir və ya təsəvvür etmək istəmir.

      Günəşin batmasına baxmağı xoşlardı. Qırmızı kürə şəfəqlərinin əl-ayağını yığıb batmağa hazırlaşanda o da çevrilib otağa girər, dərindən ah çəkib həsrətlə bir də üfüqə boylanardı. Kənardan baxardım. Ürəyindən nə keçdiyini bilməzdim. Onunla bərabər mən də kövrələrdim… Deyərdi, “Gülxanım, burda alatoran olanda, yəqin ki, kənddəki evimizin balkonundan görünən dağların başı az da olsa, işıqlı qalar. Sanki bitmək üzrə olan insan ömrünün lap son ümidi kimi…”

      Ömrünün qürub çağı, yazmışdı:

      Bu torpağa səpilməyə dən kimi acam,

      Bu torpağın dan yerində dəfn olunaydım.

      Ömrünün qürub çağı… Yaşadığı həyata tez-tez boylandığı, qəlb süzgəcindən keçirdiyi çağı…

      Yaşadığımız evin həyətində onu tez-tez gəzdirərdim. Bir dəfə ayaq saxlayıb üzümə baxdı:

      – Gülxanım, ən xoşbəxt günlərimizdir.

      – Hansı mənada? – soruşdum.

      – Hə, bir səhər yuxudan ayılıb görək ki, ikimizdən birimiz yoxuq…

      Niyə belə kövrəlmişdi, görəsən?

      Qismətə inanıram…

      Tələbə vaxtı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanını oxuyanda Qətibənin gənc İlyasa (Nizamiyə) dediyi – aşağıda qeyd etdiyim – bu sözləri özümdən asılı olmayaraq həmişə təkrarlardım: “… O nəfis şeirlərin ilhamını məndən alsın. Sənin ilham dənizindən çıxan nadir incilər mənim boynumdan asılsın. Sənin bütün Şərqdə qazana biləcəyin şöhrətin şəriki olmaq istərdim…”

      Görəsən, niyə bu sözlər beynimdə həmişə özünə yer tapmışdı? Bilmirəm…

      Qəribə müqayisədir… Romantika…

      47 il bir yerdə ömür sürmüşük. Mənalı günlərimiz də olub, adi günlərimiz də. Xırda umu-küsülər də olub, barışmalar da… Ancaq bir-birimizin əlindən möhkəm yapışaraq ömrümüzün qürubuna doğru irəliləmişik…

      … 2004-cü ilin 1 dekabrında, günorta saat 2-yə 15 dəqiqə qalmış əbədi yuxuya getdi. Yazmışdı:

      Yazda ölüm asan olur,

      Saxla məni yaza, Allah!

      Payızda öldü…

      Onu həmişəlik itirdiyimə inanmıram. Mahnıda deyildiyi kimi:

      “… Bilirəm ki, hara getsəm,

      Yenə məni izləyir(sən),

      O küçənin döngəsində,

      O ağacın kölgəsində,

      Yenə məni gözləyir(sən)…”

      Axşamlar mənə elə gəlir ki, qapını açacağam. “… Bağışla, əzizim, səni bu vaxta qədər tək qoydum…” – deyəcək…

      Acı xatirəyə, həzin gileyə

      Sakit olmağıma güman gətirmə. (Qabil)

      Yazmışdı:

      Hardasa qab yuyan, ev yığışdıran,

      Yetim qocalığın qorxudur məni.

      Və xoşladığım misralarından bəzilərini ürəyimdə təkrarlamaqla təsəlli tapıram.

      Necə yaşayaq ki, dünyada, gülüm,

      Kimsədən olmasın umacağımız,

      Bizim öz evimiz, öz ocağımız,

      Perikən bir eşqi ovuda bilsin…

      Yanan bir qəzəbi oyuda bilsin…

      Məmməd yazmışdı…

      “… Dərin qaranlıq bir gecədən ən uzaq dağ döşündə gecəni qarsa, göyü yalaya-yalaya yanan bir ocağı müşahidə etmisinizmi? Qərib yolçu, uzaq mənzil kəsən səyyah üçün o tək ocaq ən yaxın həmdəmdir; gecə yolçusunu məqsədə səsləyən yeganə işıqdır.

      ŞAİR əbədi ocaq, əbədi bələdçi, əbədi ağsaqqal deməkdir. Məncə, şair, ƏSL şair həmişə işıqdır. O, kədərləndirib kövrəldəndə də, qəzəbləndirib yerdən üzündə də, nakam bir məhəbbətin tərcümeyi-halını danışanda da… İŞIQ olmayan sənət ildırımın ağzından qopsa belə, insanlara

Скачать книгу