Kerri bacı. Теодор Драйзер

Чтение книги онлайн.

Читать онлайн книгу Kerri bacı - Теодор Драйзер страница 4

Жанр:
Серия:
Издательство:
Kerri bacı - Теодор Драйзер

Скачать книгу

hər il əlli min artıran axınla Çikaqoya gəlmiş və gəlməkdə olan adamların, fəhlə və kontor işçilərinin ailələri yaşadığı Van-Büren-stritdəki evin üçüncü mərtəbəsində yerləşmişdi. Qabaq otaqların pəncərələri axşamlar qastronom mağazalarının vitrinlərindən parlaq işıq düşən və uşaqlar oynaşan küçəyə baxırdı. Gah yaxınlaşan, gah da uzaqlarda itib gedən konka zənglərinin cingiltisi qızın xoşuna gəldi. Minni bacısını qonaq otağına gətirdikdə Kerri pəncərəyə yanaşıb işıqlı küçəyə baxdı, hər tərəfə bir neçə mil uzanan böyük şəhərin səs-küyü, hərəkəti və gurultusu onu valeh etdi.

      Evdə elə ilk görüşdən sonra m-s Hanson saxlamaq üçün uşağı Kerriyə verdi və özü şam yeməyi hazırlamağa başladı. M-r Hanson Kerriyə bir neçə sual verdikdən sonra axşam qəzetini oxumaqla məşğul oldu. Bu, qaraqabaq bir adam idi. O, Amerikada doğulmuşdu, lakin atası isveçli idi. Hanson sallaqxanada buz vaqonlarını təmizləyən vəzifəsində çalışırdı. O, baldızının gəlişinə laqeyd yanaşdı. Qızın görkəmi ona o qədər də təsir etməmişdi. Onu yeganə maraqlandıran şey Kerrinin Çikaqoda iş tapıb tapmayacağı idi. O:

      – Şəhər böyükdür – dedi, – bir neçə gündən sonra siz bir yerə işə düzələrsiniz. Gec-tez hamı iş tapır.

      Hələ Kerri gəlməmişdən qabaq ər-arvad qət etmişdilər ki, o, işə girməli və öz xərcini verməlidir. M-r Hanson təbiət etibarilə çox təmiz və qənaətcil adam idi. O artıq bir neçə ay idi ki, uzaqda, şəhərin qərb hissəsində aldığı iki parça yer üçün pul verirdi. O, bu yerdə bir vaxt ev tikmək arzusu ilə yaşayırdı.

      Şam yeməyi hazırlanana qədər Kerri bacısının evini nəzərdən keçirdi. Qız müşahidəçilikdən məhrum deyildi və üstəlik bütün qadınlarda olan qabaqcadan duymaq qabiliyyətinə də malik idi.

      O hiss edirdi ki, burada yoxsul, yekrəng bir həyat keçirirlər. Divarlara zövqsüz kağız çəkilmişdi, döşəməyə ucuz ayaqaltılar salınmış, qonaq otağına müxtəlif parça-tikədən quranmış nazik xalça döşənmişdi, mebelin kobudluğu, bir təhər bənd edildiyi və pulunu hissə-hissə ödəməklə alınmış olduğu dərhal nəzərə çarpırdı.

      Kerri uşağı götürüb mətbəxə, bacısının yanına getdi və uşaq ağlamağa başlayana qədər orada oturdu. Sonra ayağa qalxıb uşağı otaqda gəzdirməyə və ona nə isə oxumağa başladı. Nəhayət, onun bu oxumasından mütaliə edə bilməyən Hanson gəlib uşağı ondan aldı. Bu onun yaxşı xasiyyətli olduğunu göstərirdi: o səbirli adam idi. Eyni zamanda dərhal hiss edilirdi ki, o, uşağını çox sevir.

      Hanson uşaqla otaqda gəzinərək:

      – Hə, hə, bəsdir, ağlama, – deyirdi. Onun tələffüzündə isveç ləhcəsi aydın hiss edilirdi.

      Şam yeməyi zamanı Minni dedi:

      – Sən, yəqin ki, hər şeydən əvvəl şəhərə baxmaq istəyəcəksən. Biz bazar günü sənə Linkolni-parkı göstərərik…

      Kerri gördü ki, Hanson bir cavab vermədi. Görünür, onun fikri başqa şeylə məşğul idi.

      Kerri dedi:

      – Mən sabahdan iş axtarmağa getmək istəyirəm. Beləliklə, cümə və şənbə günləri mənim ixtiyarımda olacaqdır. Şəhərin ticarət hissəsi hansı tərəfdədir?

      Minni ora necə getməyi izah etmək istədi, lakin əri onun sözünü kəsdi.

      – Görürsünüzmü, bura şərqdir, – dedi və Çikaqonun yerləşməsi haqqında bütün ömrü uzunu söyləmədiyi bir nitq irad etdi. Sözünün axırında:

      – Frankfurt-strit boyunca və çayın o tərəfindəki rayonda yerləşmiş böyük emalatxanalara getmənizi məsləhət görürəm. Orada çoxlu qız işləyir. Ora çox uzaq deyil, siz yola da çox vaxt sərf etməzsiniz, – dedi.

      Kerri razılıq əlamət olaraq başını tərpətdi və qonşular haqqında bacısından sorğu-sual etməyə başladı. Minni özünün az-maz bildikləri haqqında yavaşca məlumat verdi. Hanson hələ də uşaqla oynayırdı, sonra o birdən yerindən qalxdı və onu arvadına verdi:

      – Mən sabah tezdən durmalıyam, gedim uzanım, – dedi və dəhlizin o biri tərəfində olan qaranlıq balaca yataq otağına getdi.

      – O uzaqda, sallaqxanada işləyir, saat altının yarısında durmalı olur, – Minni izah etdi.

      – Elə isə bəs sən ona səhər yeməyi hazırlamaq üçün nə vaxt durursan? – deyə Kerri soruşdu.

      – Təqribən beşə iyirmi dəqiqə qalmış.

      Onlar gündəlik işi birlikdə qurtardılar. Kerri qabları yudu, Minni isə uşağı soyundurub yatırtdı. Minninin bütün hərəkətləri onun bu şeylərə çoxdan vərdiş etdiyini bildirirdi. Kerri başa düşdü ki, Minni hər gün bu işləri görməli olur.

      Eyni zamanda Kerri başa düşürdü ki, o, Drue ilə hər cür əlaqədən boyun qaçırmalıdır. Onun buraya gəlməsi haqqında heç danışıq belə ola bilməzdi. O, Hansonun hərəkətlərindən, Minninin başıaşağılığından və ümumiyyətlə bacısının evində olan vəziyyətdən hiss etdi ki, zəhmətkeşlərin yekrəng həyat çərçivəsindən kənara çıxan hər bir təşəbbüsdə qəti müqavimətə rast gələcəkdir. Əgər Hanson hər axşam qəzet oxuyub saat doqquzda, Minni isə bir az sonra yatırsa, onlar Kerridən başqa bir şey gözləyə bilərlərmi?

      Hər halda özünü təmin etmək üçün ilk növbədə iş tapmaq, sonra isə tanışlıq haqqında düşünmək lazımdır. Drue ilə onun arasında keçən zərərsiz dilxoşluq indi ona fövqəladə bir şey kimi görünürdü.

      O, fikrində qət etdi: – “Yox, o bura gələ bilməz”.

      Kerri bacısından kağız və mürəkkəb istədi (kağız da, mürəkkəb də yemək otağında, buxarının üstündə idi). Bacısı yatmağa gedəndən sonra Kerri Druenin ünvanı olan vizit vərəqəsini çıxartdı və yazdı:

      – “Mən sizi burada qəbul edə bilmərəm. Mən yenidən yazana qədər gözləyin. Bacımın evi olduqca kiçikdir”.

      Kerri daha nə əlavə etmək haqqında fikrə getdi. Qatarda bir yerdə vaxt keçirdiklərini bir təhər xatırlatmaq istədi, lakin utancaqlıq ona mane oldu. Kerri Druenin qayğısı üçün ancaq münasibətsiz təşəkkürlə kifayətləndi. Sonra nə cür imza edəcəyi barədə yenidən fikrə getdi. Nəhayət, o, məktubu “Hörmətlə” sözlərilə bitirmək qərarına gəldi və son dəqiqə fikrini dəyişib bu sözü “Sizə sadiq olan” sözlərilə əvəz etdi.

      Kerri zərfi bağladı, ünvan yazdı, bir küncdə onun üçün çarpayı qoyulmuş balaca qonaq otağına keçdi. Kiçik yüyürüyü açıq pəncərənin qabağına çəkərək sakit bir həyəcanla axşam küçələrini nəzərdən keçirməyə başladı. Nəhayət fikirdən yorularaq, əzgin və yuxulu halda soyundu, paltarlarını səliqə

Скачать книгу