Povestlər. Алибала Гаджизаде

Чтение книги онлайн.

Читать онлайн книгу Povestlər - Алибала Гаджизаде страница 3

Жанр:
Серия:
Издательство:
Povestlər - Алибала Гаджизаде

Скачать книгу

ilə bu ikigözlü, aynabəndli otaqları tikdirmiş, həyətində bağ salıb gül əkmiş, çardaq düzəltmişdi. Yaşlı adamlara məxsus bir adətlə o, boş vaxtlarının hamısını bağça-bağa qulluq etməklə keçirərdi.

      Qüdrətlidə bir kişi barmağını qatlayıb deyə bilməzdi ki, İslam mənə iynə ulduzu boyda pislik eləyib, ya mənim toyuğuma daş atıb. Yox, deyə bilməzdi! Mənim könlümü qırıb, ürəyimə dəyib – belə deyən də tapmazdın!..

      Kimi dindirsəydin, ondan ağızdolusu, ürəklə danışardı…

      – Kimin oğlusan, a bala? – deyə bir adam məndən soruşanda, fərəhlə:

      – Dərzi İslamın! – deyərdim.

      – Yaxşı kişi idi, bala. Allah işinə fərəc versin, gözəl insan idi.

      Bir-iki nəfər yox, hamı belə deyirdi. Çoxu bizə onun adına görə hörmət eləyirdi… Düzü, bu, bəzən mənim qüruruma toxunurdu. «Adam gərək özü hörmət qazansın, özgənin hörmətinə, ad-sanına sığınmaq, başqasının kölgəsində dincəlmək insanı hər necə olsa, sıxır, balacalaşdırır!» – deyən Əli müəllimin sözlərini xatırlayırdım. Bu sadə sözləri mən heç zaman unutmayacağam… Bəli, atam haqqında düşünəndə həmişə ürəyim gizli bir nəşə ilə dolurdu.

      Deyirlər, yaxşı insan unudulmur, yaxşılıq itmir! Mən sevinirdim ki, atam barədə hamı, hamı xoş söz deyir. O, böyük, adlı-sanlı adam deyildi, adi dərzi idi. Ancaq mən onunla fəxr eləyirdim. İndi görün nənəm – onu böyütmüş, üstündə saçlarını ağartmış, gözlərinin nurunu əritmiş ana necə də yerə-göyə sığışmırdı.

      Yadımdadır, bir yay axşamı idi. Hava elə bürkü idi ki, ağacda yarpaq belə tərpənmirdi. Ağcaqanadlar vızıltı ilə uçuşur, üzümüzə qonub sancmağa fürsət axtarırdı. Nənəm köhnə zibil vedrəsinə avarəncər yığıb od vurdu, eyvanın o başına qoydu, tüstüdən qorxan ağcaqanadlar bir az seyrəldi.

      Anam yenicə süfrə salıb samovarı ortalığa gətirmişdi ki, atam kolxoz həyətindən gəldi. Papağını çıxarıb dirəyə vurulmuş mıxdan asdı və üzünü bizə tutub gülümsünərək dedi:

      – Sabah kolxozda konsert olacaq. Sizi konsertə aparacağam.

      O, yuxarı qalxıb süfrənin qırağında əyləşdi.

      – Məni də, ata?

      – Bəs nə, mənim balam? Heç sənsiz konsertə gedərik?

      – Onda təzə paltarımı geyərəm, hə, ata?

      – Əlbəttə, oğlum.

      – Verərsən, ana?

      – Bəs necə?

      – Nə qənsertdi bu, ay İslam? – deyə nənəm söhbətə qarışdı.

      – Bakıdan gəliblər. Kolxozçular üçün konsert verəcəklər.

      Mən sevinirdim. «Sabah təzə paltarımı geyəcəyəm. Bir əlimdən atam tutacaq, bir əlimdən anam. Konsertə gedəcəyik. Bircə səhər tez açılsaydı», deyə düşünürdüm. Bu xəbər kefimi yamanca acmışdı. Bir yerdə qərar tutub dayana bilmirdim. «Hadı-Bıdının» nağılını öz bildiyim kimi danışıb evdəkiləri güldürürdüm.

      Gecədən xeyli keçmiş yuxum gəldi, nənəm yerimi saldı, uzanıb yatdım. Atamı, anamı, nənəmi gülə-gülə qoyub yatdım.

      Səhər gec oyandım. Duran kimi o biri otağa, anamın yanına qaçdım. Atam da, nənəm də buradaydı.

      – Mənim təzə paltarımı sandıqdan çıxart. Konsertə…

      Anam köksünü ötürdü. Atam başını aşağı saldı. Nənəm çaşqın halda mənə baxdı. Nə olmuşdu? Yoxsa axşam mən yatandan sonra bir hadisə üz verib? Atam sanki mənim heyrətimə, təəccübümə cavab vermək üçün kədərli bir səslə:

      – Konsert… daha olmayacaq, bala! – dedi.

      – Niyə, ata?..

      Sualım cavabsız qaldı. O, gözlərini dolandırıb paltartikən maşının iynəsi ağzında yarımçıq qalmış kostyuma baxdı və fikrə getdi…

      MƏN – Bu sözlərin yaralı yerimə toxundu, Aydın.

      O kostyum oğlumunku idi. İslam ona bəylik kostyumu tikirdi. Payızda toyunu eləyəcəkdik. Qismət olmadı. Dediyin gün müharibə başladı. Müharibə hər şeyi yarımçıq qoydu. Bəli, o gün sən konsertə gedə bilmədin, mənim hekayəm yarımçıq qaldı, İslamın tikdiyi kostyum, oğlumun məhəbbəti yarımçıq qaldı…

      A Y D I N – heç yadımdan çıxmaz… Qırx birinci ilin bürkülü yay səhəri idi. Rayon mərkəzində ikimərtəbəli binanın qənşərində dayanmışdıq. Mən o günəcən bu qədər çox adam görməmişdim. Həyətdə üç avto durmuşdu. Yan-yörəmə baxdım. Hamı qaşqabaqlı idi. Arvadlardan bəzisi ağlayırdı.

      Biz atamı cəbhəyə yola salırdıq. O məni qucağına almışdı, tez-tez çənəmdən yapışıb üzümü özünə sarı döndərir, gözümün içinə baxırdı. Nənəmlə anam yanaşı dayanmışdılar. Özlərini saxlaya bilmədilər. Xısın-xısın ağlamağa başladılar. Atam dedi:

      – Məni göz yaşıynan yola salırsız? Ağlasanız sizdən inciyə-rəm… Bu dar gündə, bu sınaq məqamında döşünü irəli verməyən kəs, gərək başına papaq qoymasın. Atamın bozardığını görəndə nənəmin çiyinləri daha titrəmədi, anam hıçqırığım uddu.

      – Aydın mənim ümidimdir! – deyə o məni təzədən sinəsinə sıxdı. Nənəmə, anama baxdı:

      – Onu sizə, sizi də bir-birinizə tapşırıb gedirəm. Özünüzdən muğayat olun. Yaman günün ömrü az olar. Gün gələcək, düşmən əziləcək, dava qurtaracaq, biz yenə görüşəcəyik.

      Atamın bu soyuq sözləri məni heyrətə gətirdi. Axı o, hardan bilirdi ki, düşmən əziləcək, dava qurtaracaq!..

      Anam dilləndi;

      – Bizdən nigaran olma, İslam.

      Nənəm dedi:

      –Allah yolunu yüngül eləsin, oğul! Özünü soyuqdan-zaddan gözlə, bala!!!

      Nədənsə atam nənəmin bu sözlərinə gülümsündü.

      O, anasıyla, anamla vidalaşdı. Sonra yenə mənim gözlərimə diqqətlə baxdı. Elə zəndlə, elə məhzunluq və həsrətlə baxdı ki, elə bil, bu ayrılıq məqamında gözlərimin rəngini yadında saxlamaq istəyirdi. Bilmirəm bu, doğrudan da, belə idi ya yox! Amma mən onun gözlərini həmişəlik yadımda saxladım. O baxışlar gözlərimə, beynimə, ürəyimə həkk olundu. Atamı xatırlayanda

Скачать книгу