Muhammed. Son peyğəmbər. Лев Нусенбаум

Чтение книги онлайн.

Читать онлайн книгу Muhammed. Son peyğəmbər - Лев Нусенбаум страница 3

Жанр:
Серия:
Издательство:
Muhammed. Son peyğəmbər - Лев Нусенбаум

Скачать книгу

ötrü tayfa eyni zamanda həm ailədir, həm dövlətdir, həm də partiya.

      Tayfa geniş bir ailənin təcəssümüdür ki, onun üzvləri bir-birindən aralana bilməz. Tayfanın öz qanunları var ki, onlara da itaətlə əməl olunmalıdır. O, icmada hər fərdin rolunu müəyyənləşdirir. Öz üzvlərinə döyüşə getməyi, yaxud ruzi aramağı əmr edir. Bütün dəvələr, qoyunlar, uşaqlar və hər bir tayfa üzvünün övrəti onunkudur. Min cür hökm və adətlə o, qorxunc bir öhdəliyin icraçısıdır. Küll halında götürdükdə primitiv kommunist dövlətinin ilkin nümunəsidir. Buna görə də ərəbi öz tayfasından qıraqda təsəvvür etmək olmaz. Yalnız hansısa bir tayfadan olma ona şəxsi önəm və insani ləyaqət bəxş edir. Minlərlə insan bir tayfadandır. Hamısı bir-biri ilə bağlıdır və hər kəs başqaları ilə qohumluq dərəcəsini dəqiq bilir.

      Tayfa səhrada dolaşarkən tayfa başçısı, şeyx, onların önündə olur. Şeyxin vəzifəsi ilk növbədə tayfa qoşunlarını qoruyub saxlamaqdır. Bunu bacarmırsa, vəzifəsindən alınır. Kimsə tayfa qanunlarını pozursa, icmadan çıxarılır. Bu da Ərəbistanda kiməsə üz verən ən böyük yamanlıqdır. İcmadan qovulan səfil sayılır. Hər kəs onu qarət edib öldürə bilər. O, tayfasız insandır, heç kim ona yardım etmir, heç kəs onu qorumur. Ərəbin gücü çatmırsa, onu dövlət qorumur, çünki dövlət deyilən şey yoxdur, onu qoruyan yalnız tayfanın hörmətidir. Kimin tayfası böyükdürsə, nəzəri cəhətdən o, səhrada qorxusuz dolana bilər, heç kəs ona toxunmaz, çünki arxasında tayfasının ehtiramdolu qüdrəti dayanır. O, borc edə bilər, əgər tayfası varlıdırsa. Borcunu qaytarmasa, tayfası buna zamindir. Gənc, kasıb kişi evlənmək niyyətinə düşəndə başlıq pulunu tayfa toplayır. Kimsə əsir düşürsə, tayfa onu geri alır. Çağdaş dövlətin öz vətəndaşlarına yarada bildiyi dinclik və əmin-amanlığın hamısına, hələ bəlkə biraz da çoxuna böyük tayfanın üzvü olan ərəb malikdir. Əgər tayfası onu çıxarı edirsə, o, hər şeyi, hətta son himayəni də itirir. Tayfa nə qədər güclü olarsa, həmin tayfadan olan ərəbin həyatı və var-dövləti bir o qədər təhlükəsiz olur.

      Bəs tayfanı necə gücləndirirlər? Bu, sadə və asan olur, qədim və hər kəsin bildiyi yolla: üzvlərin sayını bacardıqca artırırsan. Ərəbin çadırında nə qədər çox uşaq qaçışırsa, onun tayfasına hörmət ediləcəyi, tayfanın güclü olacağı əminliyi bir o qədər çoxdur.

      Kim çox uşaq əkirsə, ona xüsusi ehtiram bəsləyirlər. Kişilik gücü dünyanın heç yerində burdakı kimi uca dəyərləndirilmir, belə yüksək ictimai nüfuz qazanmır.

      – Mən kasıb, sadə bir insanam, lalıxlamış şəhərliyə bədəvi belə deyir. – Ancaq əvəzində iyirmi uşaq əkmişəm, hələ iyirmisini də əkəcəm.

      Bədəvi kimi isə ağıllı və sayılan adam hesab edirsə, onun haqqında bu sözləri söyləyir: «O nə qədər istəsə, uşaq əkə bilər. Allahın mərhəməti onun üstündədir».

      Və məhsuldarlığının gücü əsaslı şəkildə sübuta çatan kəs bədəvinin ehtiramını qazanır. Bədəvi çadırında on-iyirmi uşaq nadir hal deyil; fəqət uşaq ölümü çox yüksəkdir və buna qarşı yeganə təsirli vasitə itkinin yerinin tələsik doldurulmasıdır. Öz tayfasını gücləndirmək üçün bədəviyə lazım olan uşaq sərvəti, təbii ki, bir qadından əmələ gələ bilməz. Səhra və tayfa həyatı çoxarvadlılıq tələb edir. Arvadı bədəvi asanlıqla tapır, onu qonşu tayfadan götürüb qaçır. Öz tayfasından olan qadınlara çox da yaxın durmur, qohumluğun fəsadlarından qorxur.

      Yazda bir çox tayfa oazisdə düşərgələnəndə bədəvi sevgi münasibətlərini qurur. Dəvə otaranda, quyu başında, gecələr düşərgə ocağının qırağında öz gözaltısı ilə görüşür. Uzun qış köçlərində eşqə düşür. Yaxınlaşma öz uğurunu burda qazanır. Tayfalar ayrılanda isə o öz hökmünü verməlidir. Gözaltısını ya tayfasından alır, ya da sadəcə götürüb qaçır. Heç birini etmək istəmədikdə də qəmli bir məhəbbət şeiri, qəsidə qoşur, öz tayfası ilə yoluna davam edir. Elə hallar da olur ki, cəsur bədəvi qızının özü sevdiyi oğlanı götürüb doğma tayfasına gətirir. Bu, kişisi az olan tayfalarda baş verir.

      Bədəvilərin ailə qurması da sonsuz qanunlara tabedir. Normal düyünlə yanaşı orda müvəqqəti düyün, siğə deyilən bir şey də var. Bir illiyinə, yaxud bir neçə aylığına ailə qururlar. Bu, qadın üçün heç də həqarət sayılmır. Bir neçə aylığına qonşunun çadırına köçməyə hər ata qızına icazə verir. Müvəqqəti kəbin – həyatı rövnəqləndirir.

      Bədəvilərdə boşanma mürəkkəb qanunlarla ağırlaşdırılmır. Kişi arvadından doyubsa, onu tam izzətlə atası evinə yola salır. Bununla heç də onun qadın ləyaqətinə toxunulmur. Həyatının əsas amalını uşaq törətmək olan insanlarda erotika çox da fəci qəbul edilmir. Qədim çağlarda köçərilərdə hətta çoxərlilik də olub. Evlənmə eşqinə düşən kişi atası yüksək başlıq tələb edən el gözəlini ortaqlı almaq üçün bir ittifaq qururdu. Evlənmə baş tuturdu ki, burada da hər ərin çəliyi olurdu. O, istənilən vaxt özünün ondabir arvadının çadırına girə və ürəyi istədiyi qədər orda qala bilərdi. Çəliyini də qapının ağzına qoyardı ki, digər ərlər onu narahat etməsinlər.

      Bunun əsasını bədəvinin yüksək real düşüncəsi qoymuşdur: on ondabirlə pis münasibətdənsə bir ondabirlə yaxşı münasibət. Bu qəbildən olan kəbinlərdə atalıq məsələsini aydınlaşdırmaq üçün mütəxəssislər cəlb olunurdu. Hər kəsin can-başla ata olmaq istədiyi səhrada atalıq hüququnun müəyyənləşməsi yüksək dərəcədə inkişaf etmiş bir elmdir. Romantik sevgiyə ərəb nə qədər meyl göstərsə də, onun ailə qurmasının anlamı və amacını yalnız və yalnız dünyaya uşaq gətirmək təşkil edir.

      Bu baxımdan da başqa şeylərlə yanaşı aşağıdakı yaranıb ki, o da eyni zamanda tam ədəbli sayılır: əgər bədəviyə uşaq nəsib olmayıbsa, o, tayfasının içində göz gəzdirir və sağlam nəsil törədə bilən güclü bir kişi tapır. Onunla sövdələşir. Seçdiyi adam bir qayda olaraq ondan iki dəvə, beş qoyun alır və əvəzində sonsuz kişinin arvadına uşaq doğmaqda əl tutur. Eyni zamanda bunu da razılaşdırırlar ki, yandantutma törədici heç zaman uşağa atalıq hüququna malik deyildir. Uşaq qanuni ərinki olur.

      Uşaq tayfanın sərvəti və qüdrəti deməkdir, amma o, oğlan olmalıdır. Oğlanlar gələcəyin döyüşçüləri və kahinləridir, tayfa qız istəmir, qız yükdür. Qızlar müharibə apara, elin qoyun-keçisini güdə və yeni otlaq sahələri ələ keçirə bilmirlər. Köçərinin dəyəsində qız doğulursa, ona Allahın cəzası kimi baxırlar. Çoxlu qız doğulanda bədəvi sadəcə olaraq buna qəddar bir əlac tapır. Amansız bir səhra adəti artıq qızları diri-diri torpağa basdırmağa icazə verir ki, onlar tayfaya yük olmasınlar və oğlanın payına düşən ana südünü əmib tükətməsinlər. Bu, səhranın sadəlövh yevgenikasıdır7.

      Oğlanlar və kişilər səhranın sərvətidir. Kişi dünyasını dəyişəndə tayfa kasıblaşır. O, başqa tayfadan birisi tərəfindən qətlə yetirilirsə, qatil də ölməlidir ki,

Скачать книгу


<p>7</p>

Yevgenika yun. yaxşı soydan, kübar doğulan deməkdir. İnsanın irsi sağlamlığından və onun yaxşılaşdırılması yollarından bəhs edən nəzəriyyə. Onun prinsipləri ilk dəfə ingilis psixoloqu və antropoloqu Frensis Qalton (1822-1911) tərəfındən 1869-cu ildə irəli sürülmüşdür və gələcək nəslin irsi keyfıyyətlərini yaxşılaşdıran təsirlərin öyrənilməsinə yönəlmişdir.