Beynəlxalq Münasibətlər üzrə bələdçi. Коллектив авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Beynəlxalq Münasibətlər üzrə bələdçi - Коллектив авторов страница 25
16
Hərdən məntiqi empirizm, elmi empirizm və ardıcıl empirizm adlandırılan məntiqi pozitivizm 1920-ci illərdə Vyanada Vyana Dərnəyi kimi tanınan bir qrup alim, riyaziyyatçı və filosof tərəfindən yaradılmış fəlsəfi məktəbdir. Onun ən görkəmli üzvlərinin arasında Moritz Schlick, Rudolf Camap və Kurt Godel də var idi. Onlar ilhamlandırıcı ideyalarının çoxunu Ernst Mach, Gottlob Frege, Bertrand Russell, Ludwig Wittgenstein və George Edward Moore-un əsərlərindən çıxarmışdılar. Məntiqi pozitivistlər elmi nəzəriyyələrin məzmununun məntiqin və riyaziyyatın həqiqətləri, və hissi təcrübəyə aid olan təkliflərə gətirilə biləcəyini göstərməklə, elmin dilini daha anlaqlı etmək üçün razılaşdırılmış cəhdlər göstərmişlər. Qrupun üzvləri metafizik mülahizələrə ikrah hissini bölüşdürür və gerçəklik barədə metafizik təkliflərə mənasız kimi baxırdılar. Məntiqi pozitivist üçün biliyin yalnız iki növü – səbəbə və təcrübəyə əsaslanan forması doğrudur. Məntiqi Pozitivizmin əsas tezislərini qısaca aşağıdakı kimi ifadə etmək olar. (1) Yalnız yoxlanılması mümkün olan təklif və ya hökmün faktik mənası vardır. Burada təklifin doğruluğunun təcrübə vasitəsilə tam sübuta yetirilməsi deyil, onun müəyyən ehtimalla qiymətləndirilə bilməsi nəzərdə tutulur. (2) Təklif yalnız o vaxt yoxlanıla biləndir ki, ya təcrübəyə əsaslanan təklif olsun, ya da ondan, digər fərziyyələrlə birlikdə, təcrübəyə əsaslanan hansısa bir təklif çıxarıla bilsin. (3) Yoxlanıla (sınaqdan keçirilə) bilməyən haqqında mövcuddur demək mümkün deyil. Nəzəri obyektlər instrumental (vasitəli, dolayısıyla), «sanki» mövcud olan kimi emal edilir. (4) Təklif yalnız onun terminlərinin tərifləri əsasında doğru olduqda, yəni tavtoloji olduqda formal mənaya malikdir. (5) Məntiq və riyaziyyatın qanunlarının hamısı tavtolojidir. (6) Təklif yalnız yoxlanıla bilərsə və ya tavtolojidirsə bilavasitə mənaya malikdir. (7) Metafiziki bəyanatlar nə yoxlanılan, nə də tavtoloji olmadıqlarından sözün hərfi mənasında mənasızdırlar. (8) Etik, estetik, teoloji (dini) bəyanatlar da bu şərtlərə cavab verə bilmədiklərindən idraki baxımdan mənasızdır, hərçənd ki, «hissi» mənaya malik ola bilərlər. (9) Metafizika, etika, dinin və estetikanın fəlsəfəsi hamısı aradan qalxdığından, fəlsəfənin yeganə məsələsi aydınlaşdırma və təhlildir. Beləliklə, fəlsəfənin təklifləri linqvistikdir, faktik deyildir və fəlsəfə məntiqin bölməsidir; buradan da məntiqi pozitivizm yarlığı alınır.
17
Easton, müasir «normativ nəzəriyyəyə qayıtmaq» (Frost, 1986, 1996; Smith, 1992) çağırışlarının güzgü əksi olan bəyanatında hesab edirdi ki, «tarixi və etik nəzəriyyənin hökmranlığı» empirik nəzəriyyəni fənndən kənarda qoymuşdur (Easton, 1953, 1965: ix).
18
Məntiqi pozitivizmin yalnız elmi biliklərə gerçək biliklər kimi baxıla «bilər» (bu gün yalnız bir neçə pozitivistin tuta biləcəyi mövqe; Nicholson, 1996a) tələbini irəli sürmək tərzini başa düşəndən sonra, pozitivizmə niyə epistemologiya kimi iqtibas edilməyə başlandığını anlamaq asandır. Epistemologiya və pozitivizmin belə birləşdirilməsinin rədd edilməsi üçün iki mühüm səbəb var. Birincisi BM daxilində elmin fəlsəfəsi ilə bağlı məslələrlə məşğul olanlar daha təkmil yanaşmadan istifadə etmək qabiliyyətində olmalıdırlar, ikincisi, artıq pozitivizmə elmin malik olduğu bilik (epistemologiya) yarlığını mənimsəməyə icazə verilməməlidir.