Dərinlik. Джеймс Роллинс
Чтение книги онлайн.
Читать онлайн книгу Dərinlik - Джеймс Роллинс страница 11
– Biabırçılıq, – deyə bioloq dilləndi. – Bu balıq növü haqda necə də az məlumat var! Heç kəsin ağlına gəlməzdi ki, onlar bu cür dərinlikdə yaşaya bilərlər.
O, “Kayu-Maru”nun qalıqları içərisində yuva qurduğu-na görə, 100 faiz buranın sakinidir.
Cek qarşısındakı zülməti ksenon projektorlarla işıqlandıraraq, gəmini irəliyə doğru istiqamətləndirdi və yavaş-yavaş
“Naitulusu” kəmər formal balığın məskunlaşdığı açıq anbara saldı.
– Cek.... – deyə qulaqcıqda geoloq Çarlinin səsi eşidildi və elə həmin an da səs kəsildi.
“Kayu-Maru”un qalın arakəsmə divarı əlaqəyə mane olurdu. Hətta güclü dərinlik radioötürücüləri belə, üçdüymlü dəmir baryerin öhdəsindən gələ bilmirdi. Cek mikrofona toxunaraq dedi:
– Bir də təkrar et.
Cavab gəlmədi, yalnız radiodakı xışıltı səsləri eşidilirdi.
41
Anbarın dərinliyində nə isə zəif parıltı var idi cə Cek ayağını pedalda çəkərək, gəminin burnunu bir qədər aşağı endirdi. İndi ksenon projektorlar anbarın döşəməsini işıqlandırırdı.
Cek gördüyünə inanmadı. Görünür balıq-kəmər təlaş
içində öz sığınacağını tərk edən vaxt, quyruğu ilə yerdəki yeşiklərə toxunaraq, onları aşırmış və içindəkiləri tökmüşdü.
Və indi projektorların işığı altında qızıllar Günəşdən də gur parıldayırdı.
Öz uğuruna inanmayan Cek, “Naitulusu”n manipulyatorlarını hərəkətə gətirən idarə mexanizminin arxasına keçdi və gəmini bir az da irəliyə istiqamətləndirdi. Bu mexanizmi təcrübədən keçirmək üçün, onun kifayət qədər vaxtı var idi. İdarə pultunu tərpədərək, o manipulyatoru bütün uzunu – 15 fut boyu dartıb çıxardaraq, qızıl külçə to-pasına yaxınlaşdırdı. Daha sonra onlardan birini ma-nipulyatorun caynaqları vasitəsilə tutub, onu gəmi pro-jektorlarının işığına yaxınlaşdırdı.
Qızıl!
Artıq heç bir şübhə qalımamışdır, həqiqətən də gördüyü qızıl idi.
Cek yavaş-yavaş gəmini anbardan çıxardı və artıq o fikrində qızılların oradan çıxarılması barədə ssenari qururdu.
–– Yəqin ki, hava balonları burada işə yaramayacaq. Çox güman ki, iri tutumlu əşyanın içərisinə qızıl külçələri yükləyib suyun üzünə çıxarmaq lazım olacaq.
Nəhayət, sualtı qayıq anbardan açıq okeana çıxdı və elə
həmin dəqiqə qulaqcıqda Çarlinin təlaşlı qışqırtısı eşidildi.
– Canını qurtar, Cek! Tez ol! Canını qurtar ordan!
– Nə baş verdi? – deyə Cek qışqırdı və sonra hərarət göstəricisinə baxıb dəhşətə gəldi.
42
Hərarət az qala 10 dəfə artmış və o, tapdığı qızıllara aludə olub, bu haqda tamam unutmuşdu.
– Lənət şeytana! – deyə Cek özünü itirmiş halda donquldandı.
– Seysmik aktivliyi göstərən cihazlar həddi keçir – deyə
Çarli həyəcanla bildirdi.
– Siqnallar “Naitulus”un dayandığı yerdın gəlir! Gəmi düz vulkanın püskürəcəyi yerdə dayanıb!
Vaxtılə keçdiyi hərbi bacarıqlar onu hərəkətə gətirdi.
Keçmiş bir “dəniz aslanı” olaraq, o, müxtəlif növ situasiyaları ayırd etməyi öyrənmişdi: nə vaxt əmrdən boyun qaçırmaq və
nə vaxt əmri yerinə yetirmək. Hal-hazırda isə məhz ikincini etməliydi. O, sualtı qayığı maksimal surətdə yuxarıya doğru istiqamətləndirirdi. Bir az əvvəl çönüb ayrıldığı yerdə nə baş
verdiyini görəndə onu soyuq tər basdı.
Lənət şeytana!
“Kayu-Maru”nun ön hissəsi artıq yarıya qədər lava gö-lündə ərimişdi, lakin ən dəhşətlisi bu hissədə Okean dibinin necə görsənməsi idi. O elə indicə partlayacaq şişmiş suluğu xatırladırdı. Cek gəminin tarazlığını saxlaması olan yükün qalanını da atdı və hər iki pedala basaraq gəminin bur-nunun yuxarıya doğru istiqamətləndirdi. “Naitulus”un elektrik mühərrikləri uğuldadı.
– Lənət şeytana! Lənət şeytana! – deyərək, Cek sanki şey-tanla mübarizə aparırdı.
– Cek, nə olub, nə baş verir?
– Cihazlar sıradan çıxıb!
Hidrofonun dinamiklərindən vahiməli uğultu eşidildi, sanki sualtı dağların üzərində göy gurultusu baş verdi. Sonra sualtı qayıq dalğa zərbəsinə yaxalandı və onu başdan-ayağa 43
titrətdi. Cek çevrilib aşağıda nə baş verdiyinə baxmaq istə-yərkən, başı günbəzə dəydi.
Düz sualtı qayığın altında vulkan partlamışdı və dənizin dibi içərisindən fəvvarə kimi fışqıran qızmış maqma ilə, yanmış yaranı xatırladırdı. Gəmi elə sürətlə yuxarıya doğru hərəkət edirdi ki, ətraflndakı su qaynayırdı. “Naitulus” ətrafda olan su qabarcıqları ilə sanki bomdarduman edilirdi. Cek gə-mi üzərində kontrolu bərpa etmək üçün cəhd göstərirdi, amma gəmi sözə baxmır və xaotik hərəkətlərlə, yaranan su axınında öz oxu ətrafında fırlanırdı. Birdən Cek ağzında olan tamı hiss etdi. O, “Fathom”la əlaqəni bərpa etmək istədi, lakin qulaqlıqda yalnız xışıltı var idi.
Uğursuz halda idarəetmə cihazları ilə mübarizə aparan Cek, həyəcanla fikirləşirdi. Nə olursa olsun, bu vulkanik axından canını qurtarmalıydı.
Bu an o, gənc “dəniz aslan”larına təcrübəli təlimatçılar tərəfindən verilən əmri yadına saldı: gələn axının qarşısını almaq üçün, onunla olan mübarizəni dayandırmaq lazımdır.
Indi o ayağını sağ pedaldan çəkib, yalnız sol pedala sıxırdı. Və bundan başqa gəminin fırlanmasını dayandırmaq əvəzinə, onu daha da gücləndirirdi. Fırlanma o dərəcədə gücləndi ki, tezliklə mərkəzdən qaçma qüvvəsi onu kreslodan ataraq, kabinənin divarına sürüklədi. Amma buna baxmayaraq, cek hələ də pedalı basmağa davam edirdi.
– Hə, hə!