Dərinlik. Джеймс Роллинс
Чтение книги онлайн.
Читать онлайн книгу Dərinlik - Джеймс Роллинс страница 13
İndi “Naitulus”da Cekə elə gəlirdi ki, o düşməyə davam edir.
Əlacsız halda başını yelləyərək, o nəinki cavab verə
bilmir, hətta nəfəs belə almırdı.
– Cek, dənizə düşən təyyarə… Bu, bir nömrəli bortdur.
48
2
OKİNAVA ƏJDAHALARI
25 İYUL, 6.30
Naxa, Okinava adası, Yaponiya
Zibil qutusunun yanında ikiqat əyilən Karen Qreys hərbi patruldan gizlənirdi. Elə təzəcə gizlənmişdi ki, əllərində
fənər olan iki hərbi geyimli şəxsin dalana döndüyunü gördü.
Onlardan biri dayandı və siqaret çəkməyə başladı. Nəfəsini belə saxlayaraq, Karen onu görməsinlər deyə səssizcə dua edirdi. Alışqan işığında hərbiçilərdən birinin paltarının qolunda “HDQ ABŞ” nişanəsini gördü.
Dünənki zəlzələdən sonra Yaponiyanın bütün pre-fekturalarında, Okinava adalarının ən cənub hissələrini də
bura daxil etsək, hərbi vəziyyət elan edilmişdi.Prefekturanın əsas şəhəri olan Naxa və onun şəhərətrafı əyalətləri də
soyğunçularla dolmuşdu. Yerli hakimiyyət hökm sürən xaosla bacarmadığına görə, Amerika hərbi bazalarına, ya-rıyadək dağıdılmış şəhərin bərpası üçün kömək məqsədilə
müraciət etmişdi. ABŞ isə bu müraciətə əsasən sübh tezdən qürub çağına qədər komendant saatı müəyyənləşdirmişdi. Və
indi Karen bu qaydanı pozanlardan sayılırdı, çünki Günəşin çıxmasına bir saat qalırdı.
“Gedin, çıxın gedin!” – deyə ürəyində hərbçiləri tələsdirirdi. Birdən, sanki onu eşidirmiş kimi, onlardan biri fənərlə dalanı işıqlandırdı. Karen duruxaraq gözlərini yumdu.
O qorxurdu ki, kiçicik bir hərəkəti ilə hərbçilərin diqqətini cəlb edə bilər. Tamamilə tünd geyimdə olmasına baxmayaraq, xurmayı saçlarını gizlətməyi unutmuşdu və bu, onu narahat 49
edirdi. Lakin heç nə baş vermədi, xəta sovuşdu. Hərbçilərin uzaqlaşan addımlarının səsi eşidildi. Karen zibil qutusunun arxasından boylanaraq, gözlərini açdı və rahatlıqla nəfəsini dərdi.
Elə bu an qaranlıqdan həyəcanlı bir pıçıltı eşidildi.
– Nə oldu? Getdilər?
Karen ayağa qalxdı.
– Hə, az qalmışdı ki, yaxalanaq.
– Bunu etməməliydik. – deyə, dizi üstə kolların arasından sürünərək çıxan Karenin rəfiqəsi dedi.
Karen, Miyuki Nakonaya ayağa qalxmağa kömək etdi. Bu yapon xanım isə elə hey dodaqaltı deyinir, ingiliscə don-quldanırdı. Əlbəttə ki, ingilis dili onun ikinci dili sayılırdı.
Çünki, Yapon Universitetindəki professorluq vəzifəsini atandan sonra, Miyuki ABŞ-a köçmüş və iki il Paloaltoda internet xidmətləri göstərən firmada işləyərkən, ingilis dilini mükəmməl öyrənmişdi. Lakin, indi bu zərif yapon mü-əlliməsi zibilliklər içərisindən çıxan zaman, heç də normal görünmürdü. Çünki o, hər zaman təmiz, ağappaq ütülənmiş xalatı ilə Rükü Universitetinin bilgisayar laboratoriyasında iş başında olan xanım olub. Bu səhər isə hər şey tamamilə başqa cür idi.
Miyukinin əynində tünd qırmızı köynək və qara cins şalvar var idi. O, çiyninə yapışan zibili nifrət hissi ilə qırağa tullayaraq dedi:
– Əgər sən mənim ən yaxın rəfiqəm olmasaydın…
– Bilirəm, – deyə Karen onun sözünü kəsdi. – bilirəm…
bağışla. Miyuki, axı mən səni özümlə çağırmamışdım, – deyə, Karen üzünü çevirərək əlavə etdi.
50
– Mən imkan verə bilməzdim ki, gecə vaxtı şəhərdə tək gəzəsən. Birdən sən hansısa əclaflara rast gələrdin. Bu, çox qorxulu ola bilərdi.
Karen razılaşaraq başını tərpətdi. Son cümlələr tamamilə
ədalətli idi.
Naxo şəhərinin hər tərəfindən siqnal səsləri eşidilir, müvəqqəti quraşdırılmış xilasedici düşərgələrin pro-jektorlarının şüaları ziqzaqvari hərəkətlərlə göy üzünü işıqlandırır, komendant saatının olmasına baxmayaraq, hər tərəfdən qış-qırıq və atəş səsləri eşidilirdi.
Karen şəhərdə bu cür qarmaqarışıq vəziyyətin hökm sürməsini heç gözləmirdi.
Miyuki isə onların necə təhlükəli situasiyaya düşmələri barədə elə hey deyinirdi.
– Kim bilir, bizi orada kim gözləyir? Bəlkə insan alveri ilə
məşğul olanlardı? Bəlkə narkotik daşıyıcılarıdı?
– O sadəcə yerli balıqçıdır. Samo ona zamindir.
– Sən hansısa başdanxarab süpürgəçinin sözünə ina-Nırsan?
Karen üzünü turşutdu. Miyukunin bu mızıl-danmaları hətta koala ayısını belə özündən çıxara bilərdi.
– Samo başdan xarab deyil, tamamilə normaldır. Əgər o, balıqçının bizi ora aparıb, Əjdahaları göstərəcəyini de-disə, deməli, belə də olacaq. Bir də ki, məndə bax bu var, – deyə
Karen gödəkçəsini qaldırıb rəfiqəsinə tapançanı nü-mayiş
etdirdi. 38 kalibrdi, avtomatikdir və tamamilə do-ludur.
Miyukini gözləri təəccübdən bərəldi.
– Yaponiyaya tapança aparmaq? Bu ki, qeyri-qanunidir!
Sən onu hardan....
51
– İndiki zamanda gənc qız özünü qorumağı bacarmalıdır,
– deyə Karen onun sözünü kəsdi