Qiyamət günü açarı. Джеймс Роллинс
Чтение книги онлайн.
Читать онлайн книгу Qiyamət günü açarı - Джеймс Роллинс страница 11
– Hər şey qaydasındadır. Mən ən yaxın reyslə Romaya uça bilərəm.
Qrey çevrilib Peynterə baxdı. Rəis heç bir izahat tələb etmədən başı ilə razılıq verdi.
Monsinyor Viqor Verona əvvəllər artıq iki dəfə “Siqma”ya kömək etmişdi. Onun arxeologiya və qədim tarix haqda biliyi, həmçinin katolik kilsəsinin başındakılarla sıx əlaqəsi müvəffəqiyyət qazanmaqda həlledici rol oynamışdı.
“Siqma”nın monsinyor Verona qarşısında ödənilməz borcu vardı.
– Sağ ol, Qrey. – Reyçel bir az sakitləşdi. – Mən istintaq barədə məlumatı faylla göndərərəm. Amma bəzi təfərrüatlar hesabata daxil olmayıb. Gələndə sənə hər şeyi danışaram.
Ona qulaq asarkən, Qrey nəzərini kompyuter mo-nitorundan, Venesiyanın planında yanıb-sönən qırmızı üçbucaqdan çəkmirdi. Ekranın küncündən ona Seyhanın fotosu baxırdı, cavan qadının üz ifadəsi soyuq və acıqlı idi. Keçmişdə qatillə Reyçelin və onun əmisinin də yolları kəsişmişdi.
İndi Seyhan yenə də İtaliyadadır.
Qrey artan narahatlığı hiss etdi.
Burda nəsə başqa bir iş vardı. Qrey hiss etdi ki, orada –
İtaliyada tufanlı buludlar qatılaşır. Amma o təyin edə bilmirdi: külək hansı tərəfə əsir.
–Romada mümkün qədər tez olacam. – deyə Qrey Reyçeli inandırdı.
42
10 oktyabr
Saat 19:28
İtaliya, Roma
Romanın mərkəzi hissəsində qatılaşan alatoran vaxtı xəstəxanadan çıxan leytenant Reyçel Verona narahatçılığının bir qədər azaldığını hiss edib, sərin payız havasından sinədolusu uddu. Dezinfeksiya maddələrinin kəskin qoxusu çarpayılarda hərəkətsiz uzanan bədənlərin iyini güclə gizlədirdi. Xəs-təxanalarda həmişə çox pis qoxu olur.
Neçə il ərzində Reyçel ilk dəfə siqaret çəkmək istədi. Bəlkə bu onu əmisinin komada olduğu hər saatda artan na-rahatçılıqdan xilas edərdi. Onu damcısalana birləşdirmişdilər: cihazlara gedən simlər həyati funksiyaları izləyirdi, süni nəfəsalma cihazı sinəni qaldırıb-endirirdi. Viqor birdən-birə
on il qocalmışdı, üzü sıyrıntılar və qançırlarla örtülmüşdü, qırxılmış başı bintlə sarılmışdı. Həkimlər izah etdilər: dərialtı qan sızması və kəllə sümüklərinin kiçik əzikləri. Onlar diqqətlə
yaralının kəllədaxili təzyiqini izləyirdilər. Maqnit-rezonans tomoqrafiyası baş beyində zədə göstərmədi, lakin Viqor özünə
gəlmirdi, bu da həkimləri narahat edirdi. Polis və tibbi hesabatlara görə monsinyor Verona xəstəxanaya yarıhuşsuz vəziyyətdə daxil olmuşdu. Komaya düşməzdən əvvəl o, bir neçə
dəfə həyəcanla tək bir söz təkrar etmişdi: “Morte”, yəni
“ölüm”…
Lakin bu nə demək idi? Digər keşişin taleyi Viqora məlum olmuşdu? Yoxsa bu adi sayıqlama idi?
Onun özündən soruşmaq mümkün deyildi. O, ətraf mühitə reaksiya vermirdi.
43
Reyçeli narahatçılıq tərk etmirdi. Günün çox hissəsini o, əmisinin əlindən tutaraq onun yanında keçirdi. Ara-sıra əlini sıxırdı, dua edirdi ki, hər hansı bir yaxşılaşma baş versin.
Lakin Viqorun barmaqları taqətsiz qalırdı, sanki həyat əlamətləri onun bədənini tərk etmişdi, təkcə qişası qalmışdı.
Hər şeydən çox Reyçeli üzən o idi ki, əmisinə kömək etmək iqtidarında deyildi. Əslində Viqor onu tək böyütmüşdü və əmisindən savayı onun heç kimi yox idi. Buna görə Reyçel bütün günü onunla oturmuşdu, yalnız bir dəfə Birləşmiş Ştat-lara zəng vurmaqçün qalxmışdı.
Qrey sabah səhər burda olacaq.
Bu son iyirmi dörd saat ərzində yeganə şad xəbər oldu.
Baxmayaraq ki, Reyçel əmisinə sağalmaqda kömək edə bilmirdi, o bu hücumun arxasında əslində nəyin durduğunu nə
olursa-olsun öyrənməyi qətiləşdirmişdi.
Hal-hazırda Müqəddəs Pyotr kilsəsindəki partlayışın təhqiqatı bütün əlaqədar strukturların – italyan kəşfiyyat xidmətindən ta İnterpoladək idarələrarası hay-küyə çevrilmişdi.
Hamı bunun terror aktı olduğuna qərar vermişdi. Belə nəticə
ilk növbədə ona əsaslanırdı ki, həlak olan keşişin cəsədi ölümdən sonra eybəcər hala salınmışdı. Onun alnına qeyri-adi damğa vurulmuşdu.
Şübhəsiz bu işarə ilə nəsə demək istəyirdilər. Məhz nə və
onu kim vurmuşdu? Hələ ki, heç bir terrorçu qruplaşma partlayışı öhdəsinə götürməmişdi.
Reyçel başa düşürdü ki, həqiqəti müəyyən etməyin ən tez yolu saysız-hesabsız idarələrin yaratdığı xaos yox, cərrah dəqiqliyi ilə, daha incə fokuslaşdırılmış şəxsi təhqiqatın apa-rılmasıdır.
Buna görə də o, Qreyə zəng vurdu. Lakin şəxsi planda bu köməyə çağırış onun üçün asan olmadı. Reyçel başa düşürdü 44
ki, əgər o həqiqəti tapmaq istəyirsə, “Siqma”nın qlobal re-sursları olmadan keçinməyəcək. Həm də, o, bilirdi ki, təklikdə
onun buna gücü çatmayacaq. Ona tam inandığı adam lazım idi: Qrey.
“Bəs əgər bu zəng ona peşəkar maraq kimi gəlməsə?”
Bu fikri özündən qovan Reyçel xəstəxananın qarşısındakı dayanacağı keçdi. Öz balaca “Mini-Kuper”inə çatan cavan qadın sükanın arxasına əyləşdi və Romanın küçələrinə çıxdı. O, qatlanmış damı qaldırmırdı və qarşıda işlənmiş qaz tüstüsü buraxan turist avtobusu ortaya çıxanadək külək onun fikirlərini bir qədər aydınlaşdırdı.
Magistraldan dönən Reyçel dar küçələrlə sürdü; kü-çəboyu kiçik mağazalar, kafe və restoranlar yerləşirdi. O
sabahkı günədək fikirlərini toplamaqçün düz evə getmək istəyirdi, amma özü də hiss etmədən Tibr sahilinə