Qiyamət günü açarı. Джеймс Роллинс

Чтение книги онлайн.

Читать онлайн книгу Qiyamət günü açarı - Джеймс Роллинс страница 7

Жанр:
Серия:
Издательство:
Qiyamət günü açarı - Джеймс Роллинс

Скачать книгу

elevatorun tənha qülləsi alov qa-sırğasıyla partlayıb göyə sovruldu. Şokdan sonra özünə gələn Ceyson anbarın açıq qapısına tərəf atılıb içəri soxuldu.

      Yanğın işığında otaq əl dəyilməmiş, hətta səliqəli görünürdü. Anbarın arxa yarımhissəsində mümkün olan hər cür elmi avadanlıq düzülmüşdü. Bunlardan − mikroskoplar, sentrifuqalar, inkubatorlar, termostatlar, gel-elektrofarez qur-ğularından genetik və bioloji tədqiqatlar üçün istifadə

      olunurdu. Sağda üzərində daşınabilən kompüterlər, peyk rabitəsi avadanlıqları, fasiləsiz təminatlı akkumulyator olan masalar durmuşdu. Akkumulyatorlarla işləyən kompyu-terlərdən birinin ekranı başlıq şəkillə işıqlanırdı. O, Kristanın masasının üzərində idi, amma qızın özü görünmürdü.

      Masaya yaxınlaşan Ceyson baş barmağı ilə klaviaturaya toxundu. Başlıq şəkil itdi və əvəzinə açıq elektron poçt pəncərəsi gəldi. Bu da Kristanın poçtu idi…

      Ceyson həyəcanla ətrafa nəzər saldı.

      Belə görünürdü ki, Krista qaçmışdı, amma hara?

      Ceyson cəld özünün elektron poçtuna daxil oldu və

      atasının Kapitoliya təpəsindəki xidməti ünvanını yığdı. O, nəfəsini dərməyə çalışıb, hücumu təsvir edən tələsik bir neçə

      qısa cümlə yazdı. Əgər o, xilas ola bilməsə, qoy baş verənlər barədə məlum olsun. Ceyson artıq “göndərmək” düyməsini basmağa hazırlaşırdı ki, ağlına bir fikir gəldi. İş masasına 27

      Kristanın hansısa faylları qoyulmuşdu. Ceyson onları öz məlumatına qatdı və yalnız bundan sonra göndərdi.

      Elektron məlumat ünvana dərhal getmədi. Qatılmış

      fayllar çox böyük idi; onların çatdırılması bir dəqiqədən az vaxt aparmayacaqdı. Lakin Ceyson daha gözləyə bilməzdi.

      Ümid etmək qalırdı ki, məlumatı tam göndərmək üçün ak-kumulyatorun enerjisi çatacaq.

      Burda yubanmaqdan qorxan Ceyson qapıya tərəf döndü.

      O, Kristanın hara yox olduğunu onsuz da bilməyəcəkdi. Ümid etmək istəyirdi ki, qız səhrada gizlənməyə macal tapıb. O da indi ora tələsəcək. Orada yarğanların və qurumuş çay məc-ralarının böyük labirinti var. Lazım gəlsə orada bir neçə gün gizlənmək də olar.

      Ceyson qapıya tərəf atıldı və bu zaman qapı yerini qara siluet tutdu. Ceyson ah çəkib, geriyə çəkildi. Fiqur anbara addımladı və təəccüblə pıçıldadı:

      − Ceys, bu sənsən?

      Ceyson yüngüllük hiss etdi.

      − Krista…

      Ceyson qucağını açaraq, ona tərəf atıldı. Onlar birlikdə

      xilas olacaqlar.

      − Ah, Ceyson, şükürlər olsun!

      Onun sevinci Kristanın hiss etdiyi sevincə bərabər idi, ta ki, Krista tapancanı qaldırıb onun sinəsinə üç güllə atdı.

      Güllələr ağır yumruq kimi Ceysonu vurub yerə sərdi. Sonra isə onu, gecəni daha qaranlıq edən, yandırıcı ağrı bürüdü.

      Hardasa uzaqlarda atışmalar, partlayışlar, qışqırıqlar eşidilirdi.

      Krista onun üzərinə əyildi:

      − Sənin çadırın boş idi. Biz fikirləşdik ki, sən qaçmağa macal tapmısan.

      28

      Ceyson öskürdü, ağzı qanla dolduğuna görə, cavab verə

      bilmədi.

      Çox güman ki, onun susmasından razı qalan Krista çevrilib geriyə − ölüm və alovun kabusuna qayıtdı. O, alovlanan tarlaların fonunda qara siluet kimi görünərək, qapıda bir an dayandı, sonra isə gecədə yox oldu.

      Ceyson əbəs yerə nəyisə başa düşməyə çalışırdı.

      “Niyə?”

      Zülmət onu sürükləyirdi. Ceyson başa düşdü ki, bu sualın cavabını tapa bilməyəcək. Amma, hər halda, ölümündən əvvəl nəsə eşidə bildi. Qonşu masadakı kompyuter ciyildədi. Məlumat göndərilmişdi.

      2

       10 oktyabr,

      Saat 07: 04

       Şahzadə Uilyamın meşə parkı

      Virciniya ştatı

      O, sürətini artırmalı idi.

      Kommander Qreyson Pirs motosiklin sükanına doğru əyilərək, sərt viraj etdi. Altıfutluq bədənını döngənin mərkəzinə tərəf əyərək o, sözün əsl mənasında, motosikli ho-rizontal yerləşdirərək, az qala dizini yerə sürtüb dağıdacaqdı.

      Mühərrik axıradək açılmış drossel qapağa cavab olaraq guruldadı. Motosikl irəli yönələrək dik durdu. Hədəf əlli yard uzaqlıqda axarlı “Honda”da sürətlə gedirdi. Qrey isə onu 29

      köhnə “Yamaha”da izləyirdi. Hər iki motosikl dördsilindrli mühərriklə təchiz edilmişdi, amma Qreyin maşını daha ağır və böyük idi. “Honda”ya çatmaq üçün, o, bütün məharətini göstərməli idi.

      Bəlkə bir az da bəxti gətirməli idi.

      Hər iki motosikl meşə massivini bölən qısa düz yola çıxdılar. Yolun hər iki tərəfində enliyarpaqlı ağacların sıx cəngəlliyi uzanırdı. Hündür fıstıq və göyrüş ağaclarının ahəngi həyəcanlı mənzərə yaradırdı, ələlxüsus indi, yarpaqlar rən-gini dəyişdiyi vaxt. Təəssüf ki, axşamüstü güclü tufan olmuşdu və külək yarpaqları qopararaq, asfaltı sürüşkən yaş

      ləkələrlə örtmüşdü.

      Qrey yenidən tam qaz verdi. Bu sürətlənmə, əsl mənada, onu kürəyindən itələdi. Motosikl azca oyan-buyana dartınaraq raket sürətilə irəli şütüdü. Qırıq-qırıq yol nişanları bütöv xəttə

      çevrildi.

      Lakin o biri motosiklçi də düz yolun açdığı üstünlükdən istifadə etdi. Hələ ki, 619 nömrəli şossenin böyük hissəsi başgicəlləndirici “amerikasayağı dağlıqlar”ın gözlənilməz döngələrini, sərt yoxuşlarını və ölümcül enişlərini təmsil edirdi. Bir saat davam edən ötüşmə çox sərt keçirdi, lakin Qrey ikinci yarışçıdan geri qalmağı heç ağlına gətirmirdi.

      Növbəti

Скачать книгу