Qum fırtınası. Джеймс Роллинс

Чтение книги онлайн.

Читать онлайн книгу Qum fırtınası - Джеймс Роллинс страница 15

Жанр:
Серия:
Издательство:
Qum fırtınası - Джеймс Роллинс

Скачать книгу

sonra havada yalnız kirli toz qatı saxlayaraq ölüb getdi. Qız çətinliklə oturaraq ağrıdan zarıdı və qolundan yapışdı. Kara ətrafa nəzər saldı.

      Bu, heç cür ola bilməzdi! Ətrafda üzərində nə insan ləpiri, nə də təkər izi olmayan hamar düzənlik yaranmışdı. Hər şey it-mişdi. Nə qum çalası, nə buğanın bədəni, nə də motosikl qalmışdı.

      Qulaqları tutulan Kara səhra qumlarına baxırdı.

      – Ata…

      * * *

      Qalereyadan eşidilən səs Karanı indiki zamana qaytardı. Əlindəki siqaret filtrə qədər yanmışdı. Gənc qadın qalxaraq, si-qaret kötüyünü söndürdü.

      – Bura! – onunla birgə gələn ekspertlərdən biri səsləndi. – Mən bir şey tapmışam.

      * * *

      Şərq qurşağı vaxtı ilə 08:02

      Ledyard, Konnektikut ştatı

      Böyük Peko qülləsindəki liftin qapıları sonuncu mərtəbədə açılmağa başladı və Peynter Krou aşağı əyilib liftdən çıxdı. Pus-quya müntəzir halda tapançasını qabağa verdi: daraq paronla do-lu idi, şəhadət barmağı isə tətiyə sıxılmışdı.

      Liftin qarşısındakı meydança boş idi. Peynter nəfəsini saxlayıb ətrafı dinləməyə başladı. Nə səda, nə də addım səsi eşidilirdi. Hardasa uzaqda televizor ucadan səs saldı: “Sabahın xeyir, Amerika”. Ancaq, Peynter üçün, bu sabah heç də xeyirli deyildi.

      O, qəddini düzəldib dəhlizi nişangahda saxlayaraq ehtiyatla küncə nəzər saldı. Heç nə. Peynter çəkmələrini çıxarıb birini elə qoyu ki, liftin qapısı bağlanmasın. Bu, lazım olan anda onun asanlıqla aradan çıxa bilməsi üçün idi. Yalnız corablarda qalan Peynter üzbəüz divara tərəf üç addım irəliləyib ətrafı gözdən keçirdi.

      Hər şey təmizdir.

      Peynter ürəyində donquldanıb adamların azlığından hid-dətləndi. O, artıq bütün çıxışları bağlamış mehmanxanın mühafizə xidməti və yerli polisin dəstəyi ilə təmin edilsə də, federal xidmətinin agentlərinin sayı hind rezervsiyalarının suverenliyinə hörmət əlaməti olaraq qəflətən məhdudlaşdı. Bundan başqa, ehtimal edirdi ki, bütün tapşırıq cinayətkarların yaxasından tutmaqla bitəcək. Ən pis ssenariyə əsasən, silahlar haqqında məlumatları çinlilərin əline keçməməsi üçün məhv etmək lazım idi.

      İndi isə hər şey puç oldu. Peynteri onun öz şəxsi avadanlığı aldatdı. Hərçənd, indiki zamanda onu narahat edən bu deyildi. Kassandra…

      Peynter Kassandra barəsində yanıldığına inanmaq istəsə də, ancaq, onun buna heç bir ümidi yox idi. O, dəhlizin ortasında düz liftin qarşısında divar boyunca sivişib keçdi. Hər iki tərəfdə üzərində nömrələri olan qapılar yerləşirdi. Peynter əyilib cəld sola-sağa çevrildi. Heç kim yox idi. Nə Çjan, nə də onun cangüdənləri.

      Peynter dəhlizdə gedirdi. Onun hisləri hədsiz dərəcədə kəskinləşdi. Qəflətən arxasında qapı kilidinin şıqqıltılı səsini eşidib dizi üstə çöküb tapançasını öz qarşısına tutdu. Məlum oldu ki, bu, mehmanxananın qonaqlarından biridir. Dəhlizin o biri ba-şında əyninə xalat geymiş ahıl bir qadın göründü. Qapı kandarından mehmanxananın bütün qonaqlarının təchiz edildiyi təzə qəzet nüsxəsi götürüb öz nömrəsinə qayıtdı və dəhlizin bu biri başında silahlı bir adam dayandığının fərqinə də varmadı.

      Peynter yenidən çevrilib öz nömrəsinin qapısına sarı qaçdı. Qapının dəstəyini dartdı. Bağlı idi. O, bir əli ilə tapançasını Çjanın lyuks nömrəsinin qapısına tuşlayıb, o biri əli ilə açarı çıxarıb elektrik kilidə keçirdi. Qapının kilidində yaşıl lampa yandı. Peynter qapını itələyib çöl divara qısıldı.

      Nə atəş, nə səs eşidildi.

      O, nömrəyə atıldı. Qapıdan beş addım kənarda atəşə hazır vəziyyətdə ayaqlarını aralayıb dayandı. Buradan həm qonaq, həm də yataq otağı aydın görünürdü. Heç kim yox idi.

      Peynter irəli qaçıb həm yataq həm də vanna otağına nəzər saldı. Nə bir yad adam, nə də Kassandranın bir izi yox idi. O, elektron aparatların cərgə ilə düzüldüyü yerə qayıdıb monitora baxdı. Orada Çjanın lyuks nömrəsinin müxtəlif rakurslardan görüntüləri əks olunmuşdu. Sakinlərin hamısı nömrəni tərk etmişdilər. Kompüter itmişdi. Otaqlarda yalnız bir nəfər qalmışdı.

      – Ay Allah, bircə bu olmasın.

      O, ehtiyatlılığı unudaraq qapıdan içəri atıldı. Dəhlizdə şütüyərək təlaşla mühafizə xidmətinin qüllədəki bütün otaqların qapısını aça bilən xüsusi-açarını çıxarıb Çjanın nömrəsinə daxil olaraq qonaq otağından keçib yataq otağına qaçdı.

      O, çılpaq vəziyyətdə tavanın altına ventilyatora bərkidilmiş kəndirdən asılmışdı. Rəzədən sıxılmış boynu və üzü qıpqırmızı qızarmışdı. Peynter monitorun ekranında onu görəndə hələ də tərpənən qıc olmuş ayaqları indi cansız vəziyyətdə aşağı sallanırdı.

      Peynter tapançasını qoburuna qoyub stuldan qalxaraq yuxarı atıldı. Xəncəri biləyindəki qınından çıxarıb ildırımsürətli bir hərəkətlə kəndiri kəsdi. Peynter ağır halda aşağı düşərək xəncəri tulladı və müvazinətsiz bədəni tutub saxlamağa müvəffəq oldu. Özünü yarıya qədər əyib qızı çarpayıya qoydu, özü isə dizi üstə düşdü. Onun barmaqları həyəcanla düyünü açmağa məşğul oldu.

      – Lənət şeytana!

      Kəndir qızın arıq boğazına ilişib qalsa da, nəhayət, öz qurbanından əl çəkdi. Peynter təcrübəli hərəkətlə onun boğazını əli ilə yoxlayaraq, düyünü dartıb çəkdi. Onurğası sınmamışdı.

      Görəsən, o sağ idimi?

      Cavabında qız həyəcanla nəfəs aldı, bədəni titrədi. Peynter rahatlıqla başını aşağı saldı.

      Qız gözlərini açdı. Baxışı xoflu və çaşqın idi. Sinəsində öskürək qopurdu. Gözə görünməyən düşməni ilə çarpışan əlləri titrəməyə başladı. Peynter çin dilində danışaraq onu sakitləşdirməyə cəhd etdi.

      – Heç nədən qorxma. Hər şey qaydasındadır. Sakit uzan. Heç nədən qorxma.

      Qız öz on üç yaşından da kiçik görünürdü. Çılpaq uşaq bədənində zorakılıq izləri qalmışdı. Çjan utanmadan və vəhşicəsinə ondan istifadə edib, təqibi yubatmaq üçün onu rəzənin üstündə yellənən vəziyyətdə qoymuşdu.

      Peynter dabanı üstə geri çəkildi. Qız yumağa bükülü halda hönkürməyə başladı. Peynter ona toxunmadı.

Скачать книгу