Qum fırtınası. Джеймс Роллинс
Чтение книги онлайн.
Читать онлайн книгу Qum fırtınası - Джеймс Роллинс страница 9
Üç saatdan sonra kibernetik cinayətlər forumu öz işinə davam edəcəkdi. Orada kompüter informasiyalarının oğurluğu, daxili strukturların müdafiəsi və təhlükəsizliyə aid olan bir çox digər mövzularda son dünya tendensiyaları müzakirə olunur. İki saatdan sonra “Hyulett – Pakard” kompaniyasının təşkil etdiyi səhər yeməyi simpoziumu başlayacaqdı. Həmin vaxt Çjan onda olan məlumatları orada ötürəcəkdi. Onunla əlaqə yaradacaq adamın kimliyi indiyə qədər naməlum olaraq qalırdı. Foksvudsda keçirilən əməliyyatın əsas məqsədlərindən biri məhz həmin adamı müəyyən etməkdi. Yeni nəslin silahları haqqında tam məxfi məlumatların ötürülməsinin qarşısını almaq azdır, həmçinin hərbi sirr və texnologiyaların ticarəti ilə məşğul olan kölgə şəbəkəsinin Amerika təmsilçisinə də çıxışı təmin etmək lazımdır. Əməliyyat heç bir halda uğursuzluqla bitməməlidir.
Peynter üç nəfərdən ibarət qrupu izləyirdi. DARPA rəhbərliyi onun xarici nəzarətlərdə olan təcrübəsini, kompüter texnologiyalarında olan biliyini və hər şeydən öncə Foksvudsda itə bilmək bacarığını nəzərə alaraq bu tapşırığı yerinə yetirmək üçün şəxsən onu seçmişdi.
Peynter yarımcins olaraq peko tayfasının hindlisinə xarakterik olan atasının zahiri görünüşünü irsən almışdı. Yalnız solyaridə bir qədər qaralmaq və anasından qalmış mavi gözlərini gizlətmək üçün qəhvəyi rəngli kontakt linzalar taxmağı tələb olunurdu. İndi Peynter çiyinlərinə qədər quyruq kimi yığılmış göyümtül-qara saçları ilə öz atasının surətini əks etdirirdi. O, bu bənzərliyin tamamlanması üçün kazino əməkdaşının döş cibində peko tayfasına məxsus açıq səma fonundakı təpə üstündə ağac emblemi tikilmiş xüsusi formalı smokinq geyinmişdi.
Peynter uzaqdan Çjanı ehtiyatla izləməyə davam edirdi. Onun nəzərləri bir dəfə də olsun çinli xaker və onun mühafizəçilərindən ayrılmırdı. Peynter üç kişini təbii maskalanmadan maksimum istifadə edərək periferik nəzərlərlə müşahidə edirdi. O, öz qənimətini yanıb-sönən oyun avtomatlarının çəpərləri və geniş çəmənlikdə yerləşən yaşıl məxməri stolların arasından güdürdü. Peynter məsafə saxlayaraq, hər dəfə sürətini və hərəkət istiqamətini dəyişirdi.
Onun qulağında çin danışığı – Çjanın güclü mikrofonla qeydə alınan səsi vızıldadı. Çjan öz lyuks nömrəsinə gedirdi.
Peynter larinqofonu boğazına sıxaraq səssizcə sözləri artikulyasiya etməyə başladı.
– Sançes, sən siqnalı necə qəbul edirsən?
Ucadan və aydın, kommander.
Onun həmkarı Kassandra Sançes Çjanın lyuks nömrəsinin qarşısında yerləşən nömrədə gizlənib girişi müşahidə edirdi.
– Dərialtı necə işləyir? – Peynter soruşdu.
– Bizim tanışımız tezliklə öz kompüterinin arxasında oturmalıdır. “Dinləmə qurğusunun” yanacağı qurtarır.
Peynter qaşqabağını salladı. Dinləmə qurğusu dünən massaj seansı zamanı çinlinin bədəninə bərkidilmişdi. Latın Amerika simalı Sançes hindliyə bənzəməsi üçün kifayət qədər qarabəniz idi. Dünən axşam Kassandra Çjanı massaj edərkən mikroötürücünü onun bədəninə implantasiya etmişdi. Gənc qadının bacarıqlı barmaqlarının gücləndirilmiş işi nəticəsində ani olaraq vurulan iynə nəzərə çarpmamışdı. Sançes kiçik yaranı cərrah yapışqanı və ağrıkəsici vasitəsilə suvayıb tutdu. Massaj bitdikdən sonra, yapışqan yaranı sağaldaraq qurudu. Rəqəmsal mikroötürücünün işləmə müddəti cəmi on iki saat idi.
– Nə qədər vaxt qalıb?
– Ən optimist rəqəm – on səkkiz dəqiqə.
– Lənət şeytana!
Peynter yenidən diqqətini öz qənimətinin səsinə cəmlədi.
Çjan elə sakit danışırdı ki, onu yalnız mühafizəçilər eşidə bilsinlər. Çin dilinin Pekin ləhcəsini mükəmməl bilən Peynter dinləyirdi. O, ümid edirdi ki, Çjan heç olmasa bir sözlə də olsa plazma silahına aid məlumatlar olan faylı nə vaxt götürəcəyini ağzından qaçıracaq. Lakin, onu məyusluq gözləyirdi.
– Qızı hazırlayın – çinli xaker göztəriş verdi. – Mən onunla duş qəbul edəndən sonra məşğul olacam.
Peynter yumruğunu sıxdı. Qızın cəmi on üç yaşı vardı. Şimali Koreyadan gətirilən bu qız faktiki olaraq qul vəziyyətində idi. “Bu mənim qız övladımdır”, – Çjan sual vermək arzusunda olanlara bu cür izah edirdi. Əgər Peynterin şübhələri əsaslandırılmış olsa, o zaman Çjanın ittiham olunduğu uzun cinayətlər siyahısına daha biri – yetkinlik yaşına çatmayanları pis yola çəkmək də əlavə olunacaq.
Öz ovunu izləyən Peynter xırda pul kassasını dolanıb oyun avtomatlarının cərgəsi boyunca irəlilədi. Onlardan biri cekpotun töküldüyünü elan edərək, coşqunluqla cingildədi. Orta yaşlı, idman kostyumu geyinmiş bəxtəvər kişi ətrafına göz gəzdirib, sevincini bölüşməyə bir adam axtarırdı. Ətrafda Peynterdən başqa heç kim yox idi.
– Mən cəmi bircə dollara bunu udmuşam, – bəxti gətirən bu kişi şadyanalıqla qışqırdı. Onun qırmızı, şişmiş gözlərindən bütün gecəni bu oyun zalında keçirdiyi görünürdü.
Peynter başını yelləyib onun yanından keçərək kart paylayan oyunçunun sözünü təkrar etdi.
– Uğur olsun, ser!
Əslində kazinonun özündən savayı, burada qalib oyunçu yox idi. Yalnız oyun aparatları keçən il səkkiz milyon dollar təmiz qazanc gətirmişdi. Görünür peko tayfası keçən əsrin səksəninci illərində məşğul olduğu qum və çınqıl karxanasından çoxdan uzaqlaşmışdı.
Bədbəxtlikdən, oyun bumu Peynterin atasından yan keçmişdi. Elə səksəninci illərin əvvəllərində o, xoşbəxtlik axtarmaq üçün rezervasiyadan Nyu-Yorka yollanmışdı. O, orada Peynterin anası ilə – sonda yeddi illik ailə həyatı və oğlunun doğulmasından sonra ərinin başını kəsən ehtiraslı italiyalı qızla tanış oldu. Anası eletrik stuluna yollandı, Peynterin özü isə müxtəlif uşaq evlərində tərbiyə aldı. Orada tez bir zamanda susmağın və görünməz olmağın ən yaxşı şey olduğunu mənimsədi. Bu, onun həyatda ilk dərsi olsa da, sonuncu olmadı.
Çjan mehmanxananın mühafizəçisinə öz nömrəsinin açarını göstərib, cangüdənlərinin müşaiyəti ilə Böyük Peko qülləsinin vestibülünə daxil olub liftə tərf yönəldi.
Peynter onun yanından keçdi. Onun qoltuğunun altında smokinqin gizlətdiyi qoburunun içində doqquz kalibirlik tapança vardı. Peynter tapançanı çıxarıb Çjanı peysərindən vurmaqdan özünü güclə saxladı. Çində ölüm hökmü məhz bu cür