Cins və xarakter. Отто Вейнингер

Чтение книги онлайн.

Читать онлайн книгу Cins və xarakter - Отто Вейнингер страница 5

Жанр:
Серия:
Издательство:
Cins və xarakter - Отто Вейнингер

Скачать книгу

tədqiqatçılar üçün öz-özlüyün-də anlaşılan olacaq. Xüsusilə bu faktı diqqətə alsaq ki, hər bir canlı varlıq onda şırımların yaranması və bölünmə sa-yəsində bir hüceyrədən yaranır.

      Adı çəkilmiş tədqiqatçılar topladıqları və sonradan is-tənilən bir hissədən orqanizmin bərpası sahəsində aparıl-mış saysız-hesabsız təcrübələrlə və müxtəlif növ qonoloji toxumalarda kimyəvi fərqliliyin müəyyənləşdirilməsi ilə əlavə olunmuş çoxlu faktlar əsasında çoxalma üçün bilava-sitə əhəmiyyət daşımayan spesifik növ xüsusiyyətlərinin məcmusu olan idioplazmanın mövcudluğunu tamamilə ədalətli olaraq qəbul etdilər. Burada həmçinin iki fərqli ar-renoplazma və teliplazma anlayışları da yaradıla bilər və yaradılmalıdır. Onlarda hər bir idioplazma cinsi cəhətdən fərqlənən varlıqlarda üzə çıxır, ancaq artıq əvvəllər söylən-miş müddəaların əsasında empirik reallığın var olduğu sərhədlər kimi yalnız ideal hallar nəzərdə tutulur.

      Gerçək olaraq mövcud olan protoplazma ideal arren-oplazmadan get-gedə daha çox uzaqlaşaraq (real yaxud təsəvvür olunan) neytral nöqtədən (hermaphroditismus verus) ən son həddədək teliplazmaya yaxınlaşan protop-lazmaya keçir. Bütün bunlar yalnız bütün yuxarıda deyi-lənlərin ardıcıl nəticəsidir. Ancaq mən xahiş edirəm ki, yeni terminologiyaya görə məni bağışlayasınız. Məqsə-dim heç də oxucunun gözündə mövzunun yeniliyini yük-səltmək deyildir.

      Ayrıca götürülmüş hər bir orqana və hətta ayrıca gö-türülmüş hər bir hüceyrəyə arrenoplazma və teliplazma arasındakı hər hansı bir nöqtəyə yerləşdirilmiş cinsi əla-mətlər verilməsi və buna görə də hər bir sadə hissənin ən başlanğıcdan cinsi mənada müəyyən formada səciyyələn-məsi barədə müddəanı çox asanlıqla aşağıdakı faktdan müəyyən etmək olar: hətta eyni bir orqanizmdəki müxtə-lif hüceyrələr cinsi xarakteristika ilə heç də həmişə bəra-bər səciyyələnmir. Bir bədənin bütün hüceyrələrində K və Q heç də bərabər miqdarda deyil, onların arrenoplazmaya və teliplazmaya yaxınlığı eyni deyil. Eyni bir bədənin hü-ceyrələri bu qütblərin arasında yerləşən sıfır nöqtəsinin hətta müxtəlif tərəflərində yerləşə bilir. Əgər biz daim ki-şilik və qadınlıq demək yerinə, onlar üçün fərqli işarələr-dən istifadə etsək, əlbəttə hər cür məkrli gizli niyyətsiz ki-şi başlanğıcı müsbət, qadın başlanğıcı isə mənfi qəbul et-sək, onda yuxarıda göstərilmiş müddəanı belə ifadə edə bilərik: eyni bir orqanizmin müxtəlif hüceyrələrinin seksu-allığı nəinki müxtəlif mütləq qiymətli, həm də müxtəlif işarəlidir (yəni + və ya -). Məsələn, kosa saqqallı və zəif əzə-ləli kifayət qədər yaxşı inkişaf etmiş masculmalara yaxud döşü az inkişaf etmiş demək olar ki, tipik femininalara rast gəlmək olur. Digər tərəfdən uzun saqqallı tamamilə qadın kimi kişilər və qeyri-normal qısa saçlı gözə kifayət qədər dəyən üz tükünə sahib, lakin iri gözəl döşlü geniş çanaqlı qadınlar da olur. Qadın budlu və kişi baldırlı, sol budu qadın sağ budu kişi olan insanlar da tanıyırdım. Ümumiy-yətlə, bədənin hər iki tərəfinin simmetrikliyi yalnız çox seyrək müşahidə olunur, əksər hallarda isə sol və sağ his-sələrdə cinsi xarakteristikanın, cinsi əlamətlərin təzahür dərəcəsinin müxtəlifliyi özünü büruzə verir, məsələn saq-qalın bitişində burada daima saysız-hesabsız asimmetriya müşahidə olunur.

      Artıq deyildiyi kimi, oxşarlıqdakı çatışmazlıqları (cin-si xarakteristikanın mütləq oxşarlığı isə heç vaxt olmur) çətin ki, daxili ifrazatın qeyri-bərabərliyi ilə izah etmək mümkün olsun. Patoloji xarakterli olmayan bütün hallar-da qan orqanlara, doğrudur, eyni kütlədə olmasa da, heç olmasa eyni tərkibdə daxil olmalıdır. Ancaq elə miqdarda və elə keyfiyyətdə olmalıdır ki, orqanizmin qorunma şərt-lərinə uyğun olsun.

      Əgər baxılan hər bir hüceyrənin ibtidai, embrional in-kişafın ilk addımlarından başlayaraq sabit və çox rənga-rəng cinsi xarakteristikasını bütün bu variyasiyaların sə-bəbi hesab etməsək, onda ayrıca götürülmüş hər bir fərdi cinsi baxımdan onun rüşeym vəzilərinin cinsiyyət tipinə nisbi yaxınlığını göstərməklə tamamilə təsvir etmək olar-dı. Onda məsələ həqiqətdə olduğundan daha sadə həll olunmuş olardı. Lakin cinsi əlamətlər bütün orqanizmə təsəvvür olunan eyni kütlədə yayılmamışdır, ona görə də bir hüceyrəyə verilən tərif qalan digərlərini xarakterizə et-mir. Eyni bir varlığın müxtəlif hüceyrələri və orqanları arasında cinsi xarakteristikadakı əhəmiyyətli kənarlaşma-lar az-az baş versə belə, ayrıca götürülmüş hər bir hüceyrə üçün bu xarakteristikanın spesifikliyini ümumi hal hesab etmək lazımdır. Bu halda müəyyən etmək olar ki, hətta ay-rı-ayrı hüceyrələrin deyil, ayrı-ayrı orqanların əhəmiyyətli müxtəlifliyinə nisbətən bütün bədənin cinsi xarakteris-tikasının tam yekrəngliyinə yaxınlaşmalar çox az-az olur. Maksimum dəyişilmə imkanları hələ hər bir hal üçün təd-qiqat yolu ilə müəyyən edilməlidir.

      Əgər hələ Aristotel tərəfindən söylənilmiş və əksər həkim və zooloqlar tərəfindən dəstəklənən məşhur fikrə görə heyvanın axtalanması onu heç bir istisnasız əks cinsə çevirə bilərsə, misal üçün dişinin eo ipsosunun axtalan-ması onu tamamilə erkəyə çevirə bilərsə, o zaman hər hü-ceyrənin rüşeym vəzilərindən asılı olmayan ilkin əsaslı cinsi əlamətlərinin mövcudluğu məsələsi yenidən müba-hisəli olardı. Lakin Zellheym və Foqesin ən yeni eksperi-mental tədqiqləri göstərdi ki, qadından tamamilə fərqlə-nən axta tipi mövcuddur, erkəyin axtalanması heç də onun dişiyə çevrilməsi ilə eyni deyildir. Doğrudur, bu yöndə geniş radikal nəticələrdən qaçmaq lazımdır. O da istisna deyil ki, əks cinsin gizli qalan rüşeym vəzi birinci rüşeym vəzisinin aradan qaldırılmasından yaxud atrofiyasından sonra cinsi cəhətdən müəyyən ölçüdə dəyişkən orqanizmi sarır. Klimakteriya dövründə orqanizmdə qadın cinsiyyət orqanlarının başqalaşmasında ikinci dərəcəli cinsi əlamət-lərin – “nənə”də saqqalın, qoca cüyürlərin alnında kiçik qozaların, qoca toyuqlarda “xoruz lələklərinin” və i.a. mü-şahidə olunması kimi çoxsaylı və bir qədər cəsarətli izahı olan hallar mövcuddur. Bunula belə, daha yaşlı orqanların deqradasiyası, onların əməliyyat yolu ilə aradan qaldırıl-ması olmadan da oxşar dəyişikliklər baş verir. Tamamilə normal inkişaf kimi bunları Cymothoa, Anilocra, Nerocila cinsinin nümayəndələrində, balıq parazitlərində, Cymot-hoe alcimeda qrupuna aid asellus aquaticuslarda (dəniz ulağı) müəyyən etmək olar. Bu heyvanlar tamamilə xüsusi cinsdən olan hermafroditlərdir. Onlarda eyni zamanda fəaliyyət göstərə bilməsələr də, daim və eyni zamanda həm kişi, həm də qadın rşeym vəziləri olur. Onlarda həm də protandriyanın bir növü müşahidə olunur – hər bir fərd əvvəlcə erkək, sonra isə dişi kimi fəaliyyət göstərir. Özü-nün kişi fəaliyyəti dövründə onların inkişaf etmiş maya-lanma orqanları olur, qadın keçid yolları və mayalanma orqanları inkişaf edib açıldıqda isə bunlar atılır. Lakin tamamilə bunun oxşarı olan hallar insanlarda da rast gəli-nir. Cinsi psixopatologiyada barəsində danışılan yaşlılar-da, yetişkin kişi və qadınlarda müşahidə olunan “evirato” və efleminato” adlanan qəribə hallar bunu sübut edir. Kişi rüşeym vəzinin kəsilməsi halında isə erkəyin dişiyə çevrilə bilməsi imkanını heç cür inkar etmək olmaz. Buna bax-mayaraq, faktların göstərilmiş rabitəsi ümumi və zəruri ola bilməz, ona görə ki, axtalanma fərdi məcburən

Скачать книгу