Cins və xarakter. Отто Вейнингер

Чтение книги онлайн.

Читать онлайн книгу Cins və xarakter - Отто Вейнингер страница 8

Жанр:
Серия:
Издательство:
Cins və xarakter - Отто Вейнингер

Скачать книгу

hər kəs əvvəlcə öz üzərində yoxlasın, ondan sonra ona öz tanışlarının çevrəsində diqqətlə baxsın. Xüsusilə, mən o hallara diqqət yetirmənizi istəyirəm ki, sizin zövqünüzü anlamırlar, hət-ta hər hansı bir zövqə sahib olduğunuzu belə rədd edirlər, ya da nə vaxtsa eyni münasibəti siz digərlərinə göstərirsi-niz. Hər bir insan belə bir yoxlamanı apara bilmək üçün insan bədəninin xarici formalarına aid minimum biliklərə sahibdir.

      İndi ifadə edəcəyim qanunu mən özüm göstərilən yol-la kəşf etmişəm.

      Qanun belədir: “Ayrıca götürülmüş hər bir halda müxtəlif nisbətlərdə iki müxtəlif fərdə parçalanmış ol-salar da cinsi birləşmə üçün həmişə mükəmməl kişi (K) və mükəmməl qadın (Q) üz-üzə gəlir”.

      Başqa bir ifadə ilə: adi danışıqda “kişi” adlandırılan hər hansı bir fərddə kişiyə aid hər şeyi Kk ilə, qadına aid hər şeyi isə Qk ilə, adi danışıqda “qadın” adlandırılan bəl-li subyektdəki qadına aid hər şeyi isə Qq ilə, kişiyə aid hər şeyi Kq ilə işarə etsək, onda hər bir mükəmməl yaxınlıq, yəni ən güclü cinsi cazibə halı aşağıdakı düsturla ifadə olunar:

      (1a) Kk+Kq = S1 = K = ideal kişi

      Eynilə bunun kimi:

      (1в) Qk+Qq = S2 = Q = ideal qadın.

      Bu düsturu yanlış anlamaq lazım deyil. Bu hər iki düsturun eyni dərəcədə mühüm olduğu bir haldır, bir tək cinsi münasibətdir. Onların ikincisi bilavasitə birincidən alınır və birinciyə yeni heç nə vermir, çünki biz düşünü-rük ki, hər bir fərddə onda çatışmayan kişi ünsürü qədər qadın ünsürü vardır. Xalis kişinin xalis qadına ehtiyacı vardır və əksinə. Əgər bir fərd böyük ölçüdə müəyyən ki-şiliyə və heç olmasa bir az qadınlığa sahibdirsə (buna isə etinasız qalmaq lazım deyil), onda digər bir fərdin bütöv-də çatışmayan kişiliyi tamamlaması lazımdır. Eləcə də ey-ni zamanda onun qadınlıq hissəsi də tamamlanmış olur. Məsələn, hər hansı bir fərd ¾ Kk-ya maliksə (onda ¼ Q), o zaman onu tamamlaya biləcək fərdin cinsiyyət nisbəti aşağıdakı kimi olmalıdır:

      ¼ Kq (və ¾ Q).

      Artıq elə bu formullardan adi baxışlarla müqayisədə nəzəriyyənin daha çox ümumiliyə malik olmasının dəyəri aşkar olur. Yəni kişi və qadın cinsiyyət tipləri olaraq bir-birilərini cəlb edirlər.

      Hər kəs müəyyən cinsi zövqün mövcudluğu faktı ilə razılaşır, lakin zövq qanunları məsələsinin qanuniliyi, cin-si seçiciliklə ayrıca bir varlığın digər fiziki və psixi xüsu-siyyətləri arasındakı funksional əlaqə artıq bununla təsdiq olunmur. Burada gətirilmiş qanun öz-özlüyündə elə də inanılmaz deyil: nə gündəlik, nə də elmi təcrübə zərrə qə-dər də olsun ona zidd deyil. Əlbəttə, o nə isə “öz-özünə anlaşılan bir şey” də ola bilməz. Təcrübədən çıxarılmadığı, əqli nəticələr yolu ilə yaradıldığı üçün onu aşağıdakı kimi təsvir etmək olar:

      Kk – Kq = const

      Yəni K məzmununun cəmi deyil, fərqi sabit kəmiy-yətdir. O zaman ən kişixislət kişi K və Q arasındakı məsa-fənin düz ortasında yerləşmiş tamamlayıcısından (yarısın-dan) bu halda qadınlığın son həddində olan qadınxislət kişinin öz tamamlayıcından olduğu eyni uzaqlıqda olardı. Dediyimiz kimi, bu gerçəklikdə deyil, ancaq düşüncədə həyata keçirilə biləndir. Əgər biz elmdə təvazökar olmaq-la bağlı məsləhətə əməl edərək qarşımızda empirik qanun olduğunu dərk ediriksə, onda qabaqcadan iki fərdi iki oyuncaq rəqqas kimi bir-birinə doğru itələyən gücdən bəhs etməyəcək, bu qanuna yalnız hər bir güclü cinsi cazi-bədə eyni formada müşahidə olunan münasibətlərin ifa-dəsi kimi yanaşacağıq. O, baxılan halda bir-birinə cəzb olunan hər iki varlıqda kişiliyin və ya qadınlığın daim ey-ni miqdarda olduğunu göstərə bilər.

      Bu zaman “etik” məqama – gözəllik məqamına diq-qət yetirmək lazım deyil. Çox vaxt elə olur ki, bir insan hansısa bir qadına qarşı heyranlıq duyur, onun “qeyri-adi”, “fü-sunkar” gözəlliyindən az qala ağlını itirir, eyni zamanda başqa biri isə onda heyran olmalı heç nə tapa bilmir; deməli, o, bunun cinsi tamamlayıcısı deyildir. Burada normativ estetika nöqteyi-nəzərində durmadan və belə qiymətləndirmə əsasında misallar toplamadan da demək olar ki, vurğunlar bəzən nəinki estetik nöqteyi-nəzərdən əhəmiyyətsiz olanı, hətta tamamilə çirkin olanı gözəl gö-rürlər, həm də “xalis estetik” dedikdə mütləq gözəl deyil, sadəcə gözəl olan, yəni estetik cəhətdən bütün cinsi apper-sepsiyalardan daha çox xoşa gələn şey başa düşülür.

      Qanun özü yüzlərlə faktla (ən azından) təsdiq olunur və onun yol verdiyi bütün istisnalar görünəndir. Küçədə rastlaşdığın hər sevən cüt onu bir daha yenidən sübut edir. İstisnalar başqa qanunların izlərini gücləndirib onların tədqiqinə maraq yaratsaydı, daha da ibrətamiz olardı. Bu-nunla belə, mən özüm aşağıda göstərəcəyim şəkildə çoxlu təcrübələr aparmışam: əlimdə qüsursuz xalis gözəl estetik hər birində müəyyən nisbətdə Q olan qadınların fotoşəkil-lərindən ibarət kolleksiya vardı və onları bir sıra tanışları-ma göstərərək onlardan dediyim kimi “ən gözəlini” gös-tərmələrini rica etdim.

      Aldığım cavab tamamilə dəyişməz olaraq elə gözlədi-yim cavabın özü idi. Bunu mənim nədən ötrü etdiyimi bi-lənlərdən isə xahiş etdim ki, məni belə sınasınlar: portret-ləri mənə göstərsinlər və mən hansı qadından daha çox xoşlandıqlarını onlara deyim. Bunu mən hər dəfə düz de-yirdim. Üçüncü qrupdan olanlara isə həqiqətə yaxın də-qiqliklə öncədən, hətta onlardan qeyri-ixtiyari göstərişlər almadan onların əks cinsdən olan ideallarını təsvir edir-dim və çox vaxt da bunu onların edə biləcəyindən daha dəqiq təsvir edirdim. İnsanlar bəzən ilk öncə xoşlamadıq-larına diqqət yetirirlər, yalnız mən bunu onlara göstərdik-dən sonra, ümumiyyətlə, isə insan daha əvvəl onu cəlb edən şeyi yox, xoşlamadığını tanıyır.

      Düşünürəm ki, oxucu bir az məşq etməklə tez bir vaxtda həmin mükəmməlliyi əldə edə bilər. Burada təq-dim olunan ideyalara maraq göstərən elmi çevrəmdəki yaxın dostlardan bəziləri qısa bir müddətdə buna nail ol-muşlar. Əlbəttə, bunun üçün cinsi cazibənin digər qanun-larını da bilmək arzu olunandır. Ayrı-ayrı sabit kəmiyyət-lərin çoxluğu cinsi əlavələr arasında əlaqə olduğunu gös-tərir. Zarafatla iki sevənin saçlarının uzunluqları cəminin sabit kəmiyyət olması haqda təbiət qanununu ifadə etmək olar. Bundan başqa, artıq ikinci fəsildə tapılmış əsaslardan alınır ki, bu heç də həmişə belə olmur, çünki eyni bir insan varlığının heç də bütün orqanları eyni ölçüdə kişixislət yaxud qadınxislət deyillər. Bundan başqa bu qaydalar tez-liklə arta və bunun ardınca da müstəvi itilik dərəcəsinə enə bilər, ona görə də mən burada onları xatırlamaqdan əl çək-mək istəyirəm.

      Mən bunu özümdən gizləmək istəmirəm ki, burada bu qanunu kəşf üsulum bir qədər ehkamçıdır və dəqiq əsas-landırmalar yoxdursa, bu onun üçün xüsusilə pisdir. Lakin burada da məni ən az

Скачать книгу