Tomris Xan . Əhməd Haldun Dərzioğlu

Чтение книги онлайн.

Читать онлайн книгу Tomris Xan - Əhməd Haldun Dərzioğlu страница 7

Жанр:
Серия:
Издательство:
Tomris Xan  - Əhməd Haldun Dərzioğlu

Скачать книгу

style="font-size:15px;">      – Bəs nə edəcəyəm? Çox çarəsizəm. Əgər verdiyi əmri yerinə yetirmədiyimi öyrənsə, boynumu vurdurar, – Harpaqos dedi.

      Həmin gecə səhərə qədər düşündülər. Axırda bu işi başqasına həvalə etməyi qərarlaşdırdılar. Beləliklə, günahda şərik olsalar da, haqsız yerə öldürülən körpənin qatilləri özləri olmadıqları üçün az da olsa, təsəlli tapacaqdılar.

      Harpaqosun qəddar köləsi var idi. Adı Mitradat olan kölə insanları öldürməyi özünə vəzifə bilir, bu işi tərəddüd keçirmədən edirdi. Harpaqos bunu son çıxış yolu hesab etdi və onu səslədi:

      – Mitradat, səndən çox gizli və məsulliyyətli bir işi yerinə yetirməyini istəyirəm. Ancaq bu işin səbəbini soruşmayacaqsan!

      – Buyurun! Əmr edin, sahibim. Sizin əmriniz nə olursa-olsun, yerinə yetirməyi özümə borc bilirəm.

      – Gördüyün bu körpəni götür və öldür. Hansı şəkildə öldürməyini mən daxil olmaqla, heç kimə söyləmə. Əgər uşaq yaşasa, gələcəkdə hamımızın başına bəla olacağını unutma!

      Bu, əslində, Mitradat üçün elə də çətin tapşırıq deyildi. Sahibinin əmrini dərhal qəbul etdi. İşi yerinə yetirəcəyi təqdirdə qarşılığında çox böyük mükafat alacağını yaxşı bilirdi. İnsan qanı axıtmaqdan həzz alan qatil kölə günahsız körpəni qucağına alıb getdi.

      Harpaqos körpəni uzaq bir yerdə öldürməyi tapşırmışdı. Ona görə də kölə üçün atlara qoşulmuş araba hazırlatmış, bir də bir neçə əsgər ayırmışdı. Bu günə qədər sahibindən aldığı hər tapşırığı yerinə yetirən insafsız qatil bu körpəni də asanlıqla öldürəcəkdi. Onu arabanın altına qoyub əzər və ya sıldırım qayadan ata bilərdi. Ancaq o, bir anlıq qəribə hisslərə qapıldı. Nə olursa-olsun, sahibi üçün əhəmiyyətli və dəyərli olan bu körpə uşağı həyat yoldaşına göstərməliydi. Onsuz da bu dəfəki ovu onun üçün təhlükəli deyildi, istədiyi an axırına çıxmaq olardı.

      Bütün bunları düşündükdən sonra Mitradat sahibinin tapşırdığı dəyərli körpənin kim olduğunu, sahibinin ona hansı dərəcədə etimad etdiyini həyat yoldaşına göstərmək qərarına gəldi. Həyat yoldaşı hamilə idi. Yaxın zamanda dünyaya övlad gətirməli idi. Mitradat həyat yoldaşının oğlan doğmasını istəyirdi. Bunun üçün nəzir deyib niyyət eləmişdi.

      O, evinə gəlib çatanda içəridən fəryad səsləri eşidildi. Nə baş verdiyini anlamaq üçün həyəcanla evə tərəf getdi. İçəri daxil olanda gördükləri onu dəhşətə saldı. Uşaq xəstə və zəif olduğu üçün elə doğulan kimi dünyadan köçmüşdü.

      Həyat yoldaşının söylədiyi ağılar onu sarsıtdı. Aylarla bətnində bəslədiyi övladının səsini eşitmədən o dünyaya yola salması qadına çox pis təsir etmişdi.

      Bu əsnada Mitradatın qucağındakı körpə ağlamağa başladı. Baş verənlərdən sarsılan həyat yoldaşı eşitdiyi səs qarşısında nə edəcəyini bilmədi.

      – Bu uşaq kimdir? – soruşdu.

      Mitradat məsələni həyat yoldaşına danışdı. Qadın baş verən bu hadisələr qarşısında təəccübünü gizlədə bilmədi. Həyat yoldaşının danışdıqları və bir az əvvəl baş verənlər onun uzun düşüncələrə dalmasına səbəb oldu. Qadın sarsılmışdı:

      – Sən indi barmaq boyda körpəni öldürəcəksən? Günahsız uşağın canını necə ala bilərsən? Əslinə qalsa, dünyaya gətirdiyim övladın sevincini yaşaya bilməməyimin səbəbini günahsız insanları vicdansızcasına öldürməyində, tökdüyün qanlarda, səbəbsiz yerə qətl etdiklərinin qarğışlarında görürəm. Bu qarğışlar körpəmi məndən aldı. Əlbəttə, bu, uca Tanrının ədalətinin təcəssümüdür. Bəli, övladım vicdansız davranışlarının qurbanı oldu.

      – Bu mənim vəzifəmdir, –Mitradat dedi, – əlimdən başqa iş gəlmir. Allah məni…

      – Bəsdir! – həyat yoldaşı qışqırdı. Bu zaman səsi elə kəskin çıxdı ki, körpə fəryad etməyə başladı.

      Qadın həyat yoldaşından uşağı istədi. Onu ana şəfqətilə qucağına alıb əmizdirdi. Uşağın acgözlüklə əmməsi necə acdığını göstərirdi. Bu qədər yolda, bu qədər çətinliklər içərisində nə cür sağ qalmışdısa, başqa ananın südünü öz doğma anasınınkı kimi qəbul elədi. Qadının sevincdən gözləri doldu, ağlamağa başladı. Həyat yoldaşı bu mənzərə qarşısında susub qalmışdı, artıq nə edəcəyini belə bilmirdi. Bu hal bir neçə dəqiqə davam etdi. Nəhayət, heç nədən xəbəri olmayan uşaq qadının qollarında yuxuya getdi.

      Qadın həyat yoldaşına yalvardı:

      – Nə olar, mənə hədiyyə et bu körpə balanı! Öz övladımın yerinə qoyaram, ona övladım kimi baxaram. Körpəmizin yoxluğunu hiss etdirməz, onu əvəz edər. Öz südümlə bəsləyərəm. Məni ana, səni ata bilər. Heç kimə bu haqda heç nə demərik. Onu doğma övladımız kimi böyüdərik.

      Qadının yalvarış və ağlayışlarını görən Mitradat təklifi qəbul etdi. Beləliklə, körpə uşaq, gələcəyin böyük Kiri ölümdən xilas edildi. Neçə dəfə ölümün bir addımlığında olsa da, onu qoruyan qorudu.

      Artıq özünə ata-ana tapmışdı. Tanrı onun yaşamasını istəmişdi. Bu körpə hələ bir aylığında bu qədər çətinliklər qarşısında yaşamışdısa, demək ki, yaşayıb qarşıda onu gözləyən böyük işləri yerinə yetirməliydi. Məhz bu səbəblərə görə Tanrı onun yaşamasını istəyirdi. Kral Astiaq bütün cəhdlərə əl atsa da, Tanrının yazdığı yazıdan qaça bilmədi.

      Körpə artıq başqa ad almışdı. Adi kölə idi. Böyük hökmdar Astiaqın doğma qanından olan nəvəsi kölə Mitradatın oğlu kimi böyüməyə başladı. Atasının yaşadığı həyat onun gələcək tərbiyəsinə təsir edəcəkdi. Çünki atası vicdansız, rəhmsiz qatil idi. O qatilin oğluydu. Bundan sonrakı həyatını da elə qatil oğlu kimi davam etdirəcəkdi.

      Kir on yaşlarında olanda qatıldığı uşaq oyunu onun gələcəkdə kim olacağına dair işarələr verdiyi üçün ibrətamiz hadisə kimi hər kəsin dilində dastana çevrildi.

      Uşaqlarla çöllük ərazidə oyun oynayırdılar. Adi uşaq oyunu idi. Ancaq Kirin uşaqlarla arasında olan söhbət onun gələcək alın yazısının təsadüfi göstəricisi idi. Belə ki, çöldə oynayan uşaqlar aralarından kral seçməli idilər. Kir cəld ortaya atılaraq: – “Əlbəttə, hökmdar mən olmalıyam! Mən dünyaya hökmdar olmaq üçün gəlmişəm!”– dedi.

      Bu, gələcəkdə reallaşacaq həqiqətin ifadəsi idi. Necə oldu ki, uşaqlarla oyun oynayan zaman durduğu yerdə Kir bu sözləri dedi?!

      Uşaqlar Kiri hökmdar seçdilər. Kir bundan sonra uşaqlara

Скачать книгу