Himətli sözlər. Коллектив авторов

Чтение книги онлайн.

Читать онлайн книгу Himətli sözlər - Коллектив авторов страница 1

Жанр:
Серия:
Издательство:
Himətli sözlər - Коллектив авторов

Скачать книгу

>SÖZLƏR

      cib kitabları silsiləsi / 1

      1

      Gələcək təmiz adamlara məxsusdur.

      Maksim Qorki

      Biz həmişə adamlardan şikayətlənirik. Özümüz də

      adamıq. Demək, bizdən də şikayətlənə bilərlər.

      Maksim Qorki

      Cəmiyyət xaricində insan ya Tanrıdır, ya vəhşi heyvan.

      Aristotel

      İnsan öz təbiəti etibarilə ictimai varlıqdır.

      Aristotel

      İnsan zəkası təbiət və cəmiyyətin inkişaf qanunlarına, həyatın sirli mənalarına getdikcə

      daha çox yol açır.

      Nizami Gəncəvi

      İnsanın bacarmadığı şey yoxdur.

      Nizami Gəncəvi

      Adam yüksələndə əhdini pozmaz.

      Nizami Gəncəvi

      İnsan azad doğulur, amma mən onu hər yerdə

      2

      zəncirdə gördüm.

      Jan-Jak Russo

      Adi vəziyyətdə insan müdafiəsiz yaşayır, onun üzərində heç bir nəzarət olmur.

      Ona ancaq günah işlər görmək qadağandır, amma günah etməmək mümkün deyil.

      Ona görə də, küçələrdə qanun-qayda, nizam, qəlblərdə isə hərc-mərclik hökm sürür.

      Maksim Qorki

      Müəyyən bir şeyə möhkəm meyil edəndə insanlar çox cazibədar olur. Müəyyən yerə gedir, nə isə bir şey axtarır, əzab-iztirab keçirirlər. Lakin məqsədlərinə

      çatıb dayanırlarsa, artıq onlar da maraq doğurmur, hətta nifrət qazanırlar.

      Maksim Qorki

      Kimsə təkbaşına dünyanı udmaz,

      Yalnız bir insanın şahlığı tutmaz.

      Nizami Gəncəvi

      İnsan öz zəifliyini etiraf etdikdə qüvvətli olur.

      Onore de Balzak

      İnsan heyvandan yalnız ağlı, iradəsi ilə deyil, 3

      eyni zamanda hissi, qəlbi ilə də fərqlənir.

      Lüdviq Feyerbax

      Səhvimiz çox zaman tam səadətimizdir.

      Hər bir insanın həyatı ağrılar, qüssələrlə doludur.

      Qüssə və ağrıların da sonu olmur.

      Evripid

      İnsan həyatı dəmirə bənzəyir.

      Əgər ondan iş üçün istifadə edirsənsə parıldayır, istifadə etmirsənsə pas atır.

      Katon Starşiy

      İnsanın qayğıları yalnız öləndən sonra qurtarır.

      İordan

      Ölümdən qorxan insan heç nəyə nail ola bilməz.

      Yalnız qorxmayana hər şey mənsubdur.

      Lev Tolstoy

      Azadlıq sevməyən insan yoxdur.

      Məsələ burasındadır ki, ədalətli şəxs bunu hamı üçün, ədalətsiz yalnız özü üçün tələb edir.

      Beorne

      4

      İnsan üçün ən əziz şey həyatdır. O, adama bir dəfə

      verilir, ona görə həyatı elə başa vurmaq lazımdır ki, mənasız yaşadığın illər səni yandırmasın, rəzil və məzmunsuz həyat sürdüyün üçün qəlbin ağrımasın və ölərkən deyə biləsən ki, mən bütün həyatımı və bütün qüvvəmi dünyada ən gözəl şeyin –

      bəşəriyyətin azadlığı uğrunda mübarizəyə

      həsr etmişəm.

      Nikolay Ostrovski

      Biz nə olduğumuzu bilirik,

      amma nə olacağımızı bilmirik.

      Vilyam Şekspir

      Özünü idarə edə bilməyən adam,

      başqasına ağıl verə bilməz.

      Demokrit

      Təmiz adamı təqib etmək olar,

      amma hörmətdən salmaq olmaz.

      Volter

      Özümüzün üzərimizdəki qələbəmiz

      ən böyük qələbədir.

      Kalderon

      5

      Dörd cür adam – yoxsul, kor, bivaris və cüzamlı xəstə

      elə diri ikən də ölü hesab olunur.

      Talmud

      O kimdir dünyada etməsin günah,

      Günahsız bir insan yaşamaz əsla.

      Sədi Şirazi

      Dizi üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır.

      Dolores İbbaruri

      İnsan gərək inam-etiqad üçün yaşasın.

      Motsini

      İnsanla yaşayan mərddir, kişidir,

      Kimsəni sevməmək namərd işidir.

      Nizami Gəncəvi

      Ah,

Скачать книгу