Himətli sözlər. Коллектив авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Himətli sözlər - Коллектив авторов страница 2
6
İnsanda, adətən, əql adlanan şey onun mühakimə
yürütmək, düşünmək üsuludur, başqa bir şey deyildir. Alimlər bunu metod, sənətə xidmət edənlər istedad adlandırırlar.
Henrik İbsen
Tənbəllik, avaralıq insan əxlaqını pozur.
Abbasqulu Ağa Bakıxanov
Əgər insansansa, insanlığı sev!
Nizami Gəncəvi
İnsan ömrünü heç bir şey
həyatın sakit keçməsi qədər uzatmır.
Moris Donney
İnsan var-dövlətini xeyirli, faydalı işlərə xərcləməsə
dövlətli deyil, yoxsul hesab edilə bilər.
Vissarion Belinski
Mənim üçün insan heç nədir, amma onun məsləki (əqidəsi) hər şeydir; yalnız məslək məni insana bağlayar, ya da ondan ayıra bilər.
Vissarion Belinski
7
Özgəyə hörmət etmək üçün insan əvvəlcə
özünə hörmət etməlidir.
Herman Züderman
İnsanlar arasında qarşılıqlı məhəbbət –
insan həyatının əsas qanunudur.
Lev Tolstoy
İnsanların əksər hissəsi həyatlarının birinci yarısında ikinci yarısını bədbəxt etmək üçün ömür sürürlər.
Daniel Brier
İnsan dünyaya ovcu sıxılmış halda gəlir və sanki,
“Bütün dünya mənimdir” – deyir.
Amma həyatdan əlləri açıq gedir, sanki,
“Baxın, özümlə heç nə aparmıram” – deyir.
Henrix Heyne
Bir ideya uğrunda əzab çəkmək ən yüksək məziyyətdir. Buna insan şəxsiyyəti qabildir.
Cüzeppe Mazzini
İnsan qəlbinin ən yüksək qabiliyyəti, məziyyəti xeyirxahlıqdır.
Fridrix Nitsşe
8
Özgələrinin addımlarında nöqsanlar axtarıb mühakimə etmək insanların xüsusiyyətidir.
Henrik İbsen
Bütün fitnə-fəsadların nəticəsi avaralıq olduğu təcrübədə yoxlanılıb. Avara adam öz insanlıq vəzifəsini unudaraq, başqasına yük olur.
Abbasqulu Ağa Bakıxanov
Özlərinə hər şeyi bağışlayan mərhəmətli adamlar çox vaxt özgələrinə münasibətdə ən ciddi, tələbkar olur.
Valdur
Əsl adam o adamdır ki, öz şəxsi qüsurlarını özgədən yaxşı görür və öz qabiliyyətini əhəmiyyətsiz (az) hesab edir.
Abbasqulu Ağa Bakıxanov
Böyük adamlar çox zaman avara, səfeh və lazımsız adamların əlilə ölüb-öldürülürlər.
Vilyam Şekspir
Fanatizm, səbirsizlik yayan və sakitliyi pozan adamlar zərərlidirlər.
Jan Leron Dalamber
9
İnsanlar inama ancaq inamla cavab verirlər.
Oskar Uayld
İnsanlar xoşbəxt olmaq üçün əsarət zəncirini qırıb azad olmalıdırlar.
Nikolay Çernışevski
Cavan hər nə etsə də ayıb tutulmaz ona, Min bir ayıb tutular qocalıqda insana.
Nizami Gəncəvi
İnsanlarda ən qiymətli ləyaqət cəmiyyətdir.
Karl Marks
Həyatın ən böyük məziyyəti hər şeyin sonunun olmasındadır.
Maksim Qorki
Həyatda gülərək addımlamaq, onu gözyaşı ilə
isladaraq keçməkdən daha yaxşıdır.
Rabindranat Taqor
Həyat əta deyil, bilməlisən ki, hər addım atdıqca məzara yaxınlaşırsan; həyatda naümid, bədbin olma, ondan səmərəli istifadə et.
Mirzə Şəfi Vazeh
10
Gözəl bir həyat qur, şən yaşa hər an, Kimsəyə dəyməsin səndən bir ziyan.
Nizami Gəncəvi
Həyatda hamar, güzgü kimi yol olmur.
Yolda rast gəldiyin kiçik çuxurlar, ümidsizlik, kədər gətirməməlidir.
Aleksandr Puşkin
Həyatın mənası gözəlliyə və məqsədə meyil etməklə
güclüdür. Həyatın hər bir anının öz böyük məqsədi, məramı olmalıdır.
Maksim Qorki
Axmaqcasına çiyinlərini zərbə altına verənləri həyat əzir.
Aleksandr