Yalnızıq. Пеями Сафа

Чтение книги онлайн.

Читать онлайн книгу Yalnızıq - Пеями Сафа страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
Yalnızıq - Пеями Сафа

Скачать книгу

qoluna girdi:

      – Gəl, – dedi, – Simeranyaya filan qulaq asma… Hər bir caninin içində mütləq və mütləq təmiz bir dünya var… Ora qaçmaq insanın özündən nifrət etdiyini ifadə edir. Mən hamamı səndən daha çox sevən fahişələr tanıyıram. Bu təmizlik həsrətinin sirrini indi biz iş otağının bir küncündə tapmağa çalışacağıq… Bəlkə də, tapa bildik… Mənim də ürəyimə şübhə toxumu səpdin… Dünya bu qədər marağa və həyəcana dəyərmi?

      ***

      “Son gəmi. Göyərtənin ön tərəfindəyik. Yaxınlıqda heç kim yoxdur. Saçlarımız, az qala, bir-birinə toxunur. Külək onun saçlarını mənimkinə, bədəninin qoxusunu isə dənizinkinə qarışdırır. Gözlərim yumulub. İki əli də ovuclarımda… Sıxıram… Başını zərif bir hərəkətlə çəkir və yaz baxışları ilə gözlərimi arayaraq gülümsəyir. Üzündə qarşılıqlı bir yuxu anının dalğınlığı var… Sonra bu izləri ağır düşüncələrdən yaranan dəhşət hissi əvəz edir. Qorxu sarayının qapqaranlıq dəhlizlərində dolaşan tənha və məhbus bir şahzadə kimi gözləri qaranlığı əmir… Sonra böyüyür, irilənir və gözəlləşir… Mən onun tənha qəlbinə uzaqdan da olsa, səsimi çatdırmaq üçün ən gözəl hislərim haqqında qulaqlarına pıçıldayıram. Sonra dodaqlarımı yanaqlarına yaxınlaşdırıram. Üzü od tutub yanır… O dərəcədə yanır ki, bir az sonra kül olub dağılmasından qorxuram. Sonra incə bir nəmişlik… Xəfif bir titrəmə. Gözlərinin içinə baxıram. Qaranlıqdır… Soruşuram:

      – Ağlayırsanmı?

      Gözlərini yumur…”

      ***

      “İndi pəncərəmdə, bu bahar səhərində vələs ağacların arası ilə uzanan dumanlı yola baxa-baxa…”

      ***

      “İki tərəfdə də arzunu qürura qurban verməyə çağıran mənəvi söhbət anları olmasaydı, öz-özünü yeyən məhəbbətin işgəncələri nə qədər də azalmış olardı”.

      ***

      “Hiss edirlərmi? Bəzən bu sirri daşıya bilməyəcək hala düşürəm. Bu mənim taqətimi kəsir… Ağır bir yükə çevrilir… Süfrə arxasında donub qalmış sükuta çevrilirəm. Yanakı baxışlarla məni süzürlər… Dünən axşam Məfharət radionun başında birdən-birə soruşdu:

      – Abi, sizə ritmik bir mahnı axtarımmı?

      Əslində o, radioda deyil, qəlbimdə ritmik bir dalğa axtarırdı.

      Cavab vermədim. Tənhalıq… İsrar etmədi. Birdən-birə Bəsim üçün darıxdım. Onun sevinci, nəşəsi daima bu evi səssizliyin fırtınalarından xilas edir.

      O dəqiqə gəldi. Əlləri cibində, ayaqlarını aralı qoyub… Mənə tərəf bir addım atıb:

      – Abi, – dedi, – bu səhər həddindən artıq mühüm bir qərar vermişəm… Daha doğrusu, artıq bir həftədir ki, bu qərarı verir, amma heç cürə tətbiq edə bilmirəm…

      Nə olduğunu soruşmadım. Mənim əvəzimə Məfharət soruşdu. Bəsim ona tərəf çevrilərək cavab verdi:

      – Üzümü yumağa qərar vermişəm. Bundan sonra hər gün mütləq üzümü yuyacağam.

      Hər səhər bütün vücudunu kolonya ilə silən Bəsimin su qorxusu məni illərlə düşündürmüşdü. Bu hissin altındakı komlpeksin nə olduğunu hələ tapa bilməmişəm.

      Bəsim sualına cavab tapa bilməyəcəyinə əmin olsa da, soruşdu:

      – Abi, Simeranyada necə yuyunurlar?

      Elə bu vaxt Səlmin içəri girdi. Sualı eşitmişdi. Gözlədi. Cavab gəlmədiyini görüncə öz cazibəsini və heç bir kişinin qarşısında dayana bilməyəcəyi təsirini mənim üzərimdə açıq-aşkar sınamaq istədi:

      – Dayı, Simeranyanın qızları və sevgiləri haqda danışardınız da, çox xahiş edirəm.

      Hələ də özümü karlığa vururdum. Bəsim Səlminə başı ilə məni işarə edərək dedi:

      – Bu quyudan ovucla su götürə bilməzsən. Boş yerə özünü yorma. Simeranyanın qızlarını tanımaq istəyirsənsə, “Nəğmələrin nəğməsi”ni oxu. “Çox gözəlsən, sevgilim, çox gözəlsən”… “Gözlərin göyərçinlər kimi…”, “Məni almalarla canlandırın… Mən məhəbbət xəstəsiyəm”. “Sol əli başımın altında olsun, sağ əli ilə isə məni qucaqlasın… Ey! Orşelin qızları! Sizə – ceyranlara və səhra marallarına and verirəm ki, sevgilim istəmədikcə onu yuxudan oyandırmayasınız… Bu gələn sevgilimin səsidir… Budur, dağlar üstündən keçərək, təpələri adlayaraq gəlir…”

      Dayandı. Xatırlamağa çalışaraq hafizəsini qurcaladıqdan sonra ilk gəncliyimizdə bərabər əzbərlədiyimiz bir parçanı oxumağa başladı: “Sevgilim ceyrana, yaxud maral balasına bənzəyir… Bax bu dəqiqə divarın arxasında durur… Pəncərədən baxır… Qəfəsdə çırpınır… Çünki artıq qış keçib. Yağışlar da yağmır… Hər yan çiçəyə bürünüb… Budama zamanı yetişib… Hər yerdə qumruların səsi eşidilir. Əncir ağacları tumurcuqlayır.. Üzüm tənəkləri çiçək açıb ətir yayır hər yana… Qalx, ey məhbubəm, Cəmiləm3, gəl… Ey qaya koğuşlarında, uçurumun gizli yerlərində yaşayan göyərçinim… Gəl üzünü görüm, səsini eşidim. Çünki səsin şirin, üzün gözəldir”.

      “Dünən gecə az yatmışam. Məsələni hələ də həll edə bilməmişəm. Səkkiz ay əvvəl münasibətlərimizin dərinləşdiyi ilk anlarda sevdiyim rənglər haqqında danışarkən mən yaşılın adını çəkmişdim. “Yaşıl üçün mənim də ürəyim gedir”, – demişdi. Dünən mindiyimiz taksi təzə və gözəl idi. “Kaş ki rəngi yaşıl olmayaydı”, – dedi. Bənövşəyi rəngə nifrət etdiyimi də, gərək ki, xatırlayaydı. Soruşdum: “Bənövşəyi olsaydı, daha yaxşımı olacaqdı?” Tərəddüd etmədən cavab verdi: “Təbii ki…”

      “Ya düz səkkiz ay əvvəl yalan söyləmişdi: hissimizin bir olduğu təsəvvürü yaratmaq üçün etmişdi… Ya da dünən yalan söyləyirdi. Hislərimizin bir-birindən qopduğunu hiss etdirib buna görə mənə əzab yaşatmaq üçün. Ya da, həqiqətən də, dəyişmişdi bu zaman ərzində. Birinci və ikinci ehtimal: fəttanlıqdır4. Üçüncü ehtimal isə üsyan. Dördüncü ehtimal yoxdur. Və ən dəhşətlisi də budur ki, bu ehtimalların hamısı pisdir. Eşq məni qarşısında axmaq yerinə qoyan bir səraba çevrilib. Ağlım istiqamətindən qüruruma sancdığı bu bıçağın ağrısı qoymadı ki gözümə yuxu getsin”.

      ***

      “Fəttanlıq… fəttanlıq”…

      ***

      “Bu

Скачать книгу