.

Чтение книги онлайн.

Читать онлайн книгу - страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
 -

Скачать книгу

deyirsən ki…

      – Hə, düz tapdın. Sənin içində mənimlə bağlı hüzur yoxdur. Rahatlıq yoxdur. Özün yaxşı bilirsən ki, səhv etmisən. Əsl qatil qurbanını güllələyəndən sonra onun ağzına da güllə sıxandır. Çünki öldürmək istəyir və bilir ki, ağıza vurulan güllə beyni parçalayır. O adamın daha sağ qalmaq şansı yoxdur. Qatil olanda da eləsindən olmaq lazımdır. Sən isə… sən adama güllə atandan sonra qulağını sinəsinə qoyub yoxlayırsan ki, ölüb yoxsa sağdır? Sən Tolstoy olmaq istəyən Markiz de Sadsan, əzizim…

      – Nə dəhşət dedin, Nərmin…

      – Məndə arada olur belə şeylər…

      – Yox, belə şeylər arada olmur. Belə şeylər ömürdə bir dəfə olur.

      – O da sənin payına düşdü…

      Nərmin qəflətən çox darıxdığını hiss etdi. İçini nə qədər silkələsə də, danışmağa söz tapa bilmədi. Sözlər donmuşdu. Telefona “odboy” vermək istəyəndə gördü ki, danışıq qurtarıb. Ekranda Elçinin şəklinin yerində gül dəstəsi vardı. Yatağa girib yorğanın altında büzüşdü.

      Səhəri Elçindən mesaj gəldi: “Gecə sağollaşa bilmədim. Şanel qayıtdı. Bağışla…”.

      22-23 yanvar 2016  

      Həyatı köçürtməyin cansıxıcı detalları

      İyirmi dörd saat işləyən köşkdən bir şüşə soyuq su alıb xırda qəpikləri cibinə soxdu. Bir qurtum içib yoluna davam elədi. Bu küçədə qarşısına daim eyni adamlar çıxırdı və bu adamlar ona fikir vermirdilər.

      Qapıları min ildir qapalı olan kilsənin qarşısından keçib sola döndü. Son müştərilərinə göz qoyan ofisiantlara baxdı. Nəfəsini dərmək üçün dayananda cibindən kağız çıxartdı, baxmadan gecəyə bir söz pıçıldadı: “Nuray”. Kağızda bir cümlə yazılmışdı: “Həftənin cüt günləri…”. Mənzilə çatmamış son döngədə dayandı, şüşədəki suyu əlinə töküb üzünə çırpdı. Sürətlə döyünən ürəyinin sakitləşməsini gözlədi.

      Üstündə işıqlı reklamlar sayrışan binaya girdi, Nurayı görmədi. Onu heç kimdən soruşmadı; belə şərtləşmişdilər. Divana çöküb “Red Bull” istədi, kök qadın gətirdi. “Red Bull”dan stəkana süzdü, içinə buz atdı. Qadın “Jack Daniels”i götürəndə əliylə “Yox” işarəsi verdi. Stolun üstünə beş manatlıq tulladı.

      Yanında bir qız oturdu. “Nuray niyə yoxdur?”, – deyə soruşdu qızdan. Qız “Nurayı tanımıram”,– dedi. Əlini cibinə atdı, 20 manat çıxartdı. “Nurayı tap, bunu sənə verim”, – dedi. Qız ayağa qalxıb kök qadının yanına getdi. Kök qadın başını “yox” mənasında yellədə-yellədə danışırdı. Qız məyus qayıtdı. Ondan heç nə soruşmadı. Hər şey aydın idi. Qıza viski sifariş verib yaxın oturdu, qız onu qucaqladı. Nurayı düşünməyə başladı. Beləcə yuxuya getdi. Yuxuda mahnı eşidirdi: “Yatcaz, kalkcaz, hop ordayım”. Ayılanda sakitlik idi. Tək idi, üstünə adyal örtmüşdülər. Geniş salonda heç kim yox idi, bircə kök qadının oturduğu stolda başqa qadın oturmuşdu. Qadın ona yaxınlaşanda pivə istədi. Saat 8-in yarısı idi. Pivədən turş qoxu gəlirdi. “Efes Draft” istədi, o da turş idi. Qadın gözə dəymirdi. Stolun üstünə beş manat qoyub çıxdı. Parkda idman edənlərin nifrət dolu baxışları altında siqaret çəkməyə başladı. Yuxu onu siqaret çəkdiyi yerdə haqladı.

      Qocanın səsinə ayıldı. “Bəlkə deyirəm siz… O film… İndiki cavanlar hər şeyi bilirlər… Bəlkə o film yadınızda ola. Bir qız olur. Evə gəlir. Blokda yubkasını qaldırıb ayaqlarına dezodorant vurur. Sonra da evə girir. Evdə bir oğlanla yatağın üstündə atılıb düşürlər. Guya ki… Başa düşdün də. Sonra qonşu qapını döyür. Bəlkə baxmısan o filmə”.

      Sərxoş adamlara məxsus aşırı diqqətlə qocanı dinlədi, dediklərindən məna çıxartmağa çalışdı, lakin anlamadı. “Siz nə soruşurdunuz? Başa düşmədim”. Qoca eyni sözləri təkrar edəndə başa düşdü ki, düz eşidib. “Hə, siz o filmi deyirsiniz”. Qoca açıqca sevindi: “Hə, adını bilirsinizsə, deyin. O filmi axtarıram. Qız blokda ayaqlarına dezodorant vurur. Sonra da…”. “Sizə o filmin necə bitdiyi lazımdır? Yoxsa nə?”. Qoca duruxdu: “Yox, mənə o filmin adı lazımdır”. “Neynirsiz o filmi?”. Qoca “İstəyirəm o filmə təzədən baxım, o filmin adı lazımdır mənə.” Telefonunu çıxartdı, amma inanmırdı bu qırıq-qırıq məlumatlarla filmin adını tapa bilə. Telefonun batareyası bitmişdi. Amma qocanı ümidsiz qoymaq istəmədi: “Telefon nömrənizi verin, kinodan yaxşı başı çıxan dostlarımdan soruşub sizə deyərəm”. Kişi cibindən qələm-kağız çıxartdı, nömrəsini yazıb ona verdi, sonrada təşəkkür edib uzaqlaşdı.

      Taksi blokun qarşısında saxlayanda pilləkənləri çıxmağa həvəsi qalmadı. Siqaret heç bir ləzzət vermirdi, bədən bir neçə günlük nikotin tələbatını almışdı, amma yenə də ritualı pozmamaq naminə birini yandırdı. Orta yaşlı kişi yaxınlaşdı, məhəllənin avaralarından idi, gecəyarı da, səhər obaşdan da, nə vaxt baxsan həyətdə olurdu.

      – Salam, qaqaş.

      – Salam.

      – Mənim quşumu görməmisən?

      – Quş?

      – Xallı quş, görməmisən?

      – Görməmişəm.

      Quşbaz başını yelləyib uzaqlaşdı. O da pilləkənləri çıxıb liftin düyməsini basdı, liftdən düşən iki oğlan “Bağışlayın, həyatı köçürdürük deyə lifti məşğul elədik” dedilər. Evə girib dəhlizdən qonaq otağına göz atdı, bir həftə bundan qabaqkı otaq idi, boş pivə butulkaları, başından bir az yeyilmiş çips qutusu, külqabıya çevrilmiş boşqablar. Bütün paltarlarını soyunub özünü yatağa saldı. Yerə tökülən qəpiklərə fikir vermədi.

      Oyananda alatoran idi. Hamama girib duş aldı, mətbəxdən bir pivə götürdü. Yatağına uzandı. Telefonu yüklənməyəqoydu. Pivə içə-içə telefonu açdı. Qeydlər bölməsinə baxdı. Sonra da təqvimə. Bu gün tək gün idi. Operatorun yaddaşında qalan ismarıclar telefonuna tökülürdü, endirimlər, lotereyalar, kompaniyalar, ardınca cavabsız zənglər…

      Kök qadın onu görən kimi gülümsəyib salam verdi. Divanda oturan qızlar isə sözlərini kəsib olduğundan daha gözəl görünməyə çalışdılar. Qızları bir-bir süzdü. Gedib uzaqdakı stolda oturdu. Kaş üzünü, ya da heç olmasa, gözlərini xatırlayaydı. Cibindən qələm çıxardıb salfet kağızda fotorobotlar çəkməyə başladı. Son çəkdiyi Hitlerə oxşadı, yanına svastika da çəkib salfeti külqabına atdı. Saçlarını sarıya boyamış

Скачать книгу