Xeyrin çöküşü. Zaur Pənahov

Чтение книги онлайн.

Читать онлайн книгу Xeyrin çöküşü - Zaur Pənahov страница 16

Xeyrin çöküşü - Zaur Pənahov Qaranlıq günəş

Скачать книгу

haqda bir şey fikrimə ilişdi. Səhv etmirəmsə, rizanmaqların fikirləri oxuya bildiyini demişdim, düzdü?” Eçso onu çoxdandır maraqlandıran və soruşmaq üçün düzgün vaxtın gəlməyini gözlədiyi sualı verdi.

      “Düşüncəni yox, zehni. Bunlar fərqli şeylərdi. Zehni oxumaq həmin insanın yaddaşını oxumağa bənzəyir. Çox vaxt anlaşılmaz şəkil kimi görünürlər, lakin düzgün təlimlə onların nə mənaya gəldiklərini anlamaq olar.”

      Eçso “Yəqin, bu çox əyləncəlidi?” dedi. “İstədiyin hər kəsin nə düşündüyünü, daha doğrusu, onun nə etdiyini görmək, bunu mən də öyrənmək istərdim.”

      Aqren “Elədir, bəzən əyləncəli olur,” dedi gülümsəyərək. “Bu qabiliyyət daha çox günahını inkar edən cinayətkarlar və cinayətdə şübhəli bilinən insanlar üzərində tətbiq olunur.”

      Eçso dayanaraq “Mənimkini də oxuya bilərsən?” deyə soruşdu.

      Aqren tərəddüdlə “Əlbəttə, ancaq…” dedi “elə burada?”

      “Niyə də yox?”

      “Yaxşı, niyə də yox?” deyərək qadın nakra dayanıb Eçsoya yaxınlaşdı.

      “Aqren!” Etrak onlardan on addım öndə dayanmışdı və silahdaşına səslənmə tonu soyuq idi. Gəncin zehnini oxumağa hazırlaşan silahdaşına yanına gəlməyini əmr etdi.

      “Bəli,” Aqren silahdaşının yanına çatan kimi qarşılıq verdi, “eşidirəm.”

      Etrak “Onun zehnini oxumağa çalışma. Heç vaxt,” deyə qətiyyətlə əmr etdi.

      Qadın nakra qısa müddətlik çaşqınlıqdan sonra “Mən… başa düşmədim,” deyə qarşılıq verdi. “Mən, yalnız…”

      “Dediyimi et. Onun zehnini bir də oxumağa çalışma, aydındı?”

      Aqren başını xəfif əyərək “Necə istəyirsiniz,” deyə olduqca rəsmi səs tonuyla bildirdi. ”Ustad.”

      Günorta olanda Eçso yemək bişirirdi. Yolun onu çox yorduğu aydın görünürdü. Saç və qaşları tərdən islanmışdı. Aqren yemək yeyəcək qədər vaxtlarının olmadığını desə də, Etrak gözlənilmədən demişdi. Ancaq heç biri onun bişirdiyi yeməkdən yeməmişdilər. Aqren ət yeməklərinin onları ağırlaşdırdığını, bu səbəbdən daha xəfif və qidalı zun adlanan yaşıl maddəni yediklərini bildirdi. Eçso isə cavab olaraq deyə qarşılıq vermişdi.

      Eçso yemək yeyərkən Aqrenə maraqlandığı mövzular haqda suallar verirdi “Məncə, bəzi tarixi hadisələri bizdən gizlədirlər,” deyirdi gənc Eçso. “Çünki Azar tarixi kitabında bəzi xronoloji ardıcıllıqda pozğunluq hiss olunur. Elə bil bəzi hadisələr ortadan çıxarılıb.”

      Aqren “Belə deyil,” deyə etiraz etdi. “Sənin oxuduğun kitab, çox köhnədir və kitabın yarıdan çoxu ekro dilindədi. Keçmişdə bəzi şeyləri insanlardan gizləyirdilər, ancaq indi elə deyil. Son yarım əsrin kitablarında sən istədiyin məlumatları tapa bilərsən, həm də yeni əlifba və dildə.”

      Eçso çiynini dartdı “Əgər yeni kitablarda hər şey yazılıbsa, Böyük döyüşün kimə qarşı olduğunu və müharibə sonrası yetmiş illik boşluqda nələr baş verdiyini deyə bilərsən?”

      Aqren çox təəccüblənmişdi. İndiyə kimi az insan belə bir incəliyi görə bilərdi. Azar tarixi kitabında Böyük döyüş insanlıq və şər qüvvə arasında baş verdiyi yazılmışdı. Növbəti məlumat isə düz yetmiş üç il sonra baş verən hadisələr haqda yazırdı.

      “Böyük döyüş digər dünyadan gəlmiş şər qüvvələrə qarşı baş vermişdi,” dedi qadın nakra.

      “Bunu bilirəm. Bəs bu şər qüvvənin adı nə olub?”

      “Draqzin. Ona belə deyirlər. Keçmişdə Üçlük bunu gizli saxlayırdı, çünki insanlar, ekroların mükəmməl olduqlarını düşündükləri üçün onların başçılığını şərtsiz qəbul etmişdilər. Əgər vidraların bu dünyaya gəlməyində ekrolardan birinin günahkar olduğunu bilsəydilər, səncə, nələr olardı? Həmin dövrün insanları bunu anlamazdılar.”

      Eçso heyrət içində qalmışdı “Yəni demək istəyirsən vidraları Draqzin adlı bir ekro gətirib? Bu qədərini gözləmirdim. Deməli, insanlar kimi ekroların da yaxşısı-pisi var?”

      Aqren “Dəqiq deyə bilmərəm,” dedi “Yazılanlara görə, Draqzin saf qan ekro deyilmiş. Yarı insan, yəni yarımqan imiş. Yarımqanlar isə bəzən gözləndiyindən də böyük təhlükə yarada bilərlər.”

      “Bəs bu Draqzin nə istəyirmiş?”

      “İnsanlar üzərində hökmranlığını elan etmək və hər iki dünyanı idarə etmək.”

      Eçso qalan hadisəni əzbərdən bilirdi. “Yaxşı,” dedi, “bəs yetmiş illik boşluq? Həmin vaxt nə baş vermişdi?”

      Nakra “Üsyan,” dedi qısaca.

      “Üsyan? Kimin üsyanı?”

      “İnsanların üsyanı. Böyük döyüşdən sonra vidralar və Draqzinin yandaşları bütün Azara yayılmışdılar. İnsanlar qorxu içində yaşayırdılar. Tanrıları öldüyü üçün qiyamətin gəldiyini və yer üzünü sonsuz zülmətin zəbt edəcəyini düşünürdülər. Bu düz beş il çəkdi. İnsanların tanrıların qəzəbindən qurtulmaq üçün biri-birilərini qurban etdikləri daha bir on beş ildən sonra hər şey dəyişdi. Ekrolar insanlara həqiqətləri demək qərarına gəldilər. Tanrı olmadıqları həqiqətini. Hər iki irqi yaradan, yalnız bir yaradıcının olduğunu və ekroların insanların tanrısı deyil, qardaşı olduğunu elan etdilər.”

      “Və beləliklə, üsyan çıxdı,” deyə Eçso tamamladı.

      “İnsanlar arasında hakimiyyət uğrunda müharibələr başladı. Şəhərlər, qəbilələr, hətta qəsəbələr də özlərini ayrıca dövlət elan etməyə başlamışdılar. Hazırda Üçlük dediyimiz idarəçilər, həmin vaxt üsyanı yatırmaq üçün böyük Azarı parçalamalı oldular. Altmış ilə yaxın qarışıqlıq və qanlı çaxnaşmalardan sonra hakimiyyət Azarı üç vilayətə böldü və Üçlük quruldu… qalanını bilirsən.”

      Eçso şübhəylə “Yəni belə böyük bir üsyan, Azarı vilayətlərə parçalamaqla dayandı?” deyə soruşdu. “Belə asan?”

      “Yazılanlara görə üsyanın əsas səbəbkarı Draqzin yandaşları olub. Odur ki, Üçlüyün şəxsən qurduğu xüsusi təyinatlı dəstə tərəfindən bu döyüşçülərin öldürülməyi işi xeyli asanlaşdırmışdı. Digər tərəfdən vidraların

Скачать книгу