Parma monastırı. Стендаль

Чтение книги онлайн.

Читать онлайн книгу Parma monastırı - Стендаль страница 5

Parma monastırı - Стендаль Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

dalınca düşdülər. Fabrisio da əsgərlərə qoşuldu. Onbaşı onları düz qocaman bir palıd ağacının yanına gətirib dedi:

      – Məni diqqətlə dinləyin, uşaqlar! Əmr verilmədən atəş açmayın. Unutmayın ki, cəmi üç patronunuz var.

      «Burada nə baş verir?» – Fabrisio öz-özünə düşündü. Ancaq bu sualına ağlabatan cavab tapa bilmədi. Nəhayət, onbaşı ilə təklikdə qalanda dedi:

      – Silahım yoxdur.

      – Əvvəla, sus! İkincisi, get prussiyalıların öldürdüyü bədbəxt əsgərlərdən birini tap. Onun silahını və patrondaşını aç götür. Yaralılara dəymə. O adamınkını götür ki, öldüyünə əminsən. Sonra cəld geri qayıt, yoxsa elə öz yoldaşlarının gülləsinə tuş gələrsən.

      Fabrisio qaça-qaça getdi, çox keçmədən isə silah və patrondaşla geri döndü.

      – Silahını doldur və bu ağacın arxasına keç. Amma unutma: əmr olmadan atəş aça bilməzsən. Bu qılıncı da tulla. Ayağına dolaşar, yıxılarsan. Lənətə gələsiniz! Bizə verdikləri əsgərə bax!

      Bunu deyib o, Fabrisionun qılıncını açdı və fırladıb uzağa tulladı.

      – Ay yazıq, sən heç ömründə silah görmüsən?

      – Mən ovçuyam.

      – Aman Allah! – onbaşı köks ötürdü. – Əmrim olmadan atəş açma!

      Fabrisio sevinc içində idi. «Nəhayət ki, əsl döyüşdəyəm, çox keçməz, düşmən də öldürərəm», – deyə fikirləşdi.

      O, diqqətlə ətrafa baxdı. Bu vaxt lap yaxınlığında güllə səsi eşitdi. Lakin atəş açmaq əmri almadığına görə əvvəlcə gözlədi. Sonra tüfəngin ağzını çevirib diqqətlə nişan aldı və tətiyi çəkdi. Çapar atı ilə birlikdə yıxıldı. Özünü sanki ovda hiss edən Fabrisio sevincək cəsədə yaxınlaşmışdı ki, iki nəfər Prussiya süvarisi çapıb özlərini yetirdi. O, meşəyə tərəf cumdu və qaçmaq daha rahat olsun deyə silahını da yerə atdı.

      Oğlan özünü meşə boyunca uzanan palıdlığa yetirdi. Bu vaxt prussiyalılar onun üç addımlığında idilər. Az qalmışdı ki, Fabrisioya çatsınlar, ancaq xoşbəxtlikdən yeddi-səkkiz iri ağac yollarını kəsdi.

      Oğlan daha sürətlə qaçmağa başladı. Elə o dəqiqə də beş-altı silahdan açılan yaylım atəşinin səsini eşitdi. Yana əyildi və başını qaldıranda qarşısında onbaşını gördü.

      – Deyəsən, birini öldürə bilmisən, – o, Fabrisioya dedi.

      – Hə, amma silahımı itirdim.

      – Fikir eləmə, burada nə qədər istəsən silah var. İlk baxışda axmaq təəssüratı yaratsan da, dəliqanlı adammışsan. Nəysə, gedək, alay çox da uzaqda olmamalıdır, on dəqiqəyə taparıq.

      Onbaşı bunu deyib dəstənin qabağında irəliləməyə başladı. Bir azdan adyutantla nökərin daşıdığı yaralı generalla rastlaşdılar. General güclə nəfəs ala-ala onbaşıya dedi:

      – Dörd nəfər verin, məni hospitala çatdırsınlar. Ayağım parçalanıb.

      – Get görüm burdan, – onbaşı qışqırdı. – Bu gün hamınız imperatoru satdınız.

      – Nə? Siz mənim əmrimə tabe olmursunuz? Siz kiminlə danışdığınızı bilirsiniz? Mən qraf B., sizin diviziyanıza rəhbərlik edən generalam!

      Onbaşı yaralının dediklərinə əhəmiyyət verməyərək oradan uzaqlaşdı. O, qəzəblə dedi:

      – Təkcə sənin deyil, bütün generalların əl-qolunu qırmaq lazımdır. Onlar hamısı imperatora xəyanət ediblər.

      Fabrisio bu ittihamları dəhşətlə dinləyirdi; o nə baş verdiyindən xəbərsiz idi.

      Axşam saat 10 radələrində dəstə bir neçə küçədən ibarət kəndin girəcəyində alayla birləşdi. Onbaşının zabitlərdən yan gəzib heç birinə vəziyyətlə bağlı məruzə etməməsi Fabrisionun gözündən qaçmadı.

      Kəndin küçələri piyadalar, süvarilər, güllə yeşikləri və furqonlarla dolu idi. Yerimək çətin məsələ idi.

      – Burada da əsgərlərə xəyanətkar rəhbərlik edir! – onbaşı qışqırdı. – Düşmənin ağlına bu kəndi mühasirəyə almaq gəlsə, hamımız əsir düşəcəyik. Uşaqlar, dalımca!

      Fabrisio boylanıb-baxdı, indi onbaşının ardınca cəmi altı əsgər gedirdi. Müəyyən müddət hara gəldi getdilər. Nəhayət, çəpəri aşıb çovdar əkilmiş sahəyə çıxdılar. Sonra yenidən böyük yola üz tutdular. Yol kənarındakı xəndəklərdə silahlar atılıb qalmışdı. Fabrisio özü üçün silah seçdi.

      Yol enli olsa da, qaçqınlar və arabalarla elə tıxanmışdı ki, onbaşı ilə Fabrisio yarım saata zorla beş yüz addım irəliləyə bildilər. Bir azdan onbaşı dedi:

      – Gəlin yenə çovdarlıqla gedək.

      Dəstədəkilər yavaş-yavaş aradan çıxırdılar: indi vur-tut üç əsgər, onbaşı və Fabrisio qalmışdı. Geniş yoldan aralanmışdılar ki, əsgərlər zarıyıb şikayətlənməyə başladılar.

      – Baho! Günümüz qara oldu ki! – onbaşı çığırdı. – Yaxşı, bu saat sizin kefinizi açaram.

      O, sahənin ortasında bitən beş-altı ağaca göz gəzdirdi.

      – Ağaclara tərəf! – əmr tonuyla qışqırdı.

      Ağaclara yaxınlaşanda isə əlavə etdi:

      – Yerə uzanın və səs salmayın. Amma yatmazdan əvvəl yemək lazımdır.

      O, əsgərlərin birindən çörəyi alıb beş yerə böldü, ən balaca tikəni özünə götürdü.

      – Dan yeri sökülməmiş düşmən alayı hücum edəcək. Onların bizi burada qılıncdan keçirmələrinə imkan verməməliyik. Beşimiz də əl-ələ versək, qurtula bilərik. Yanımdan ayrılmayın, gülləni yaxından atın. Sizə söz verirəm ki, sabah axşama hamınızı təhlükəsiz yerə çatdıracağam.

      Onbaşı sübh tezdən dəstəni yuxudan oyatdı. Əmr etdi ki, silahlarını doldurub hazır saxlasınlar.

      Dəstə geniş yolla irəliləyən qaçqın selindən əlli addım aralıda gedirdi. Bir azdan kəndarası yola çıxdılar. Fabrisio qırx franka qəşəng at aldı, ətrafa səpələnmiş qılıncların arasından isə ən uzununu seçdi.

      Dəstə dayanmadan yoluna davam edir, əsgərlər öz aralarında oradan-buradan danışırdılar. Birdən onbaşı yola baxıb qışqırdı:

Скачать книгу