Sinifdənxaric oxu. Народное творчество
Чтение книги онлайн.
Читать онлайн книгу Sinifdənxaric oxu - Народное творчество страница 7
– Bir qoca gizli bir yerdə sənin dalınca çox deyindi. Səni zalım, qaniçən adlandırdı.
Hökmdar casusun xəbərindən qeyzə gəldi. Fikrində qo-canı məhv etməyə qərar verdi. O, çölə palaz sərdirərək üs-tünə qum tökdürdü. Belə vəziyyətdə divlər də divanə taci-dardan qaçardı.
Bu vaxt yel sürətli bir cavan çaparaq qocanı tapdı. Qo-caya dedi:
– Şah səni xain bilir. Amandı, oyan, ehtiyatlı ol! O şey-tan səsli, məkrli zalım səni çağırmamış, özün onun yanına get. Şahı yola gətir, inandırmağa çalış. Öz dərdinə bir əlac et!
Qoca dəstəmaz alaraq kəfənini əyninə geyindi. Şahın önünə gəlib ədəblə salam verdi. Qara niyyətli şah qızmış halda yumruğunu sıxdı. Arxasında dayanan qocaya kinlə baxaraq dedi:
– Qoca, eşitmişəm dalımca danışmısan. Məni qəddar, yelbeyin adlandırmısan. Bilirsən, mən Süleyman mülkünün sultanıyam? Mənə hansı cürətlə zalım, div deyirsən?
İxtiyar qoca cavab verdi:
– Mənim ağlım başımdadır. Nə dediyimi yaxşı bilirəm. Sənin dediklərindən beş qat artığını demişəm. Qocalar da, gənclər də əlindən qan ağlayır. Bütün ölkə, kəndbəkənd, şəhərbəşəhər sənin əməlindən dad çəkir. Mən sənin eyiblərini bircə-bircə sayanam. Bir ayna kimi sənin yaxşını, yamanını göstərirəm. Ayna səni özünə necə varsan eləcə də göstərirsə, onda özünü qır, günah səndədir. Güzgünü qır-maq sənə yaraşmaz. Ağıl deyəni dinlə, mənim sözlərimi gö-tür-qoy et. Əgər düz demirəmsə, əmr et, məni dara çəksin-lər.
Qoca öz sözünü şahın üzünə şax və mərdanə söylədi. Onun düz sözü məğrur şaha bir az da təsir elədi.
Hökmdarı işin yaxşı, yaman tərəfi yumşaltdı. Qocanın haqlı, özünün haqsız olduğunu müəyyən edərək belə bir hökm verdi:
– Qocanın əynindən kəfəni çıxarıb ona xələt geyindirin. Bu ədalətli qocanın başına ətir səpin.
Şah o gündən istibdaddan, zülmdən əl çəkdi. O, xalqını əziz tutaraq, dərdindən hali oldu.
Şahın dürüst işini və qərarını heç kəs inkar etmədi. Axı doğruluğu danmağa kim cəsarət edə bilər?
Hər acıdan, ağrıdan ancaq düzlüklə qurtarmaq olar. Qoy düzlük və ədalət sənin məramın olsun. Çaldığın hər zəfər Tanrıdan gəlsin.
Halva da olsa, haqq söz haqsız üçün acıdır. Haqq acıdır-sa, fəqət hamı həqiqətin möhtacıdır.
Kim ki sözü yerli-yerində, mətləbi isə düz söyləyirsə, həqiqətin hamisi Tanrı da onun əlindən tutar.
Nizaminin ki qəlbi, xilqəti düzlükdür. Onun, inşallah, hər işi, mətləbi başa çatar.
Cəlil Məmmədquluzadə
(1869-1932)
YAN TÜTƏYİ
Bir gün divanxanada oturub yazı yazırdım. Yoldaşları-mın çoxu ruslar idi; ancaq bir-iki nəfər müsəlman mirzələri hərə öz işinə məşğul idi. Günorta vaxtı idi. Burada birdən mənim başıma bir iş gəldi; oturduğum yerdə akoşkadan gördüm ki, divanxana həyətinə çoxlu kənd camaatı gəl-məkdədir. Bu təbiidir. Yaraşar ki, qəza naçalniki divanxa-nasında həmişə kəndli olsun, amma məni təəccübləndirən iki şey oldu. Biri bu idi ki, kəndlilərin çoxunun əlində bir şey görürdüm: uzaqdan çubuq sapına oxşadırdım, amma akoşkaya yavıq gəldim və diqqətlə baxıb gördüm ki, kəndlilərin əlindəki yan tütəyidir.
Təəccüb! Məgər bunlar hamısı çobandırlar?! Və əgərçi çobandırlar, tütəklərini niyə əllərində gətiriblər və nə mü-nasibətlə buraya bu gün cəm olublar və kim bunları çağı-rıb?..
Mən, – necə ki naçalnik dilmancı, – borc bildim, çıxam həyətə və bu əhvalatdan xəbərdar olam, həyətə çıxan kimi camaat töküldü üstümə və başladı şikayətə:
– Ay ağa, bizə naçalnik ağanın rəhmi gəlsin. Biz Gərmə-çataq camaatındanıq. Həyə bu tütəkləri istəyirsiniz, bax, beş-on dənə yığıb gətirmişik.Vallah, billah tapılmır, çoban-ların çoxu dağdadır; hərə öz tütəyini götürüb aparıb. Sar-vanlar kəndinə də adam göndərmişik deyirlər: orda ustası var, olsa qayırtdırıb gətirəcəklər. Yoxsa İrəvanı vurduq bir-birinə, ancaq beş-üç dənə tapdıq.
Mən bir şey başa düşmədim; çünki nə qədər fikir eləyir-dim, yadıma düşmürdü ki, naçalnik divanxanası Gərməça-taq camaatından yan tütəyi istəmiş olsun və niyə istəsin? Mən bu fikrimi camaata deyəndə qabaqda duran kəndlilər belə bəyan etdilər ki, guya naçalnik divanxanasından hökm göndərilib Gərməçataq yüzbaşısına ki, bu gün, yəni iyun ayının ikisində, İrəvandakı kazak qoşunundan ötrü əlli dörd dənə yan tütəyi camaatdan yığıb göndərsin.
Mən daha da təəccüb elədim və soruşdum ki, bəs hanı naçalnik hökmü və yüzbaşı özü haradadır?
Bu heyndə bir kazak böyüyü, yanında bir neçə kazak, onların dalınca Gərməçataq yüzbaşısı Əbdül Kərim, əlində şallaq, onun dalınca yasovulu Heydərli və bunların da yan-larınca bir neçə nəfər Gərməçataq ağsaqqalı hücum çəkdilər divanxanaya və kazak böyüyü qeyzli, uca səslə naçalniki soruşdu və cavab almayıb, soxuldu naçalnikin kabinəsinə, yanındakılar da bunun dalınca.
Burada məni təəccübləndirən bu oldu ki, indi gələn ka-zakların birinin əlində dörd dənə “fleyta”, yəni yan tütəyi vardı. Bunlar, daha çobanlar çaldığı sadə yan tütəyi deyil-dilər; çünki “fleyta” dedikdə düyməli, uzun və şəvə kimi qara tütəklərdi ki, əsgəri musiqi dəstəsində bunun öz yeri var.
Çox qəribə! Kəndlilər bir yandan, bu kazaklar da bir yandan, bunlar hamısı bu gün bizə yan tütəyi daşıyırlar.
Mən məəttəl qalmışdım və heç macal eləmədim ki, hu-şumu başıma yığam, burada naçalnikin çox uca və çox acıq-lı səsini eşitdim:
– Mirzə Abbas! (Məni çağırırdı.)
Cəld