Sinifdənxaric oxu. Народное творчество
Чтение книги онлайн.
Читать онлайн книгу Sinifdənxaric oxu - Народное творчество страница 9
Bir qədər də danışdıqdan və məsləhətdən sonra belə qə-rar qoyurlar ki, camaat içindən üç nəfər ağsaqqal seçib gön-dərsinlər şəhərə ki, bazarı gəzib nə qədər tapsalar, yan tütə-yi alsınlar və çobanlardan da hər nə bacarsalar yığıb apar-sınlar. Bundan əlavə qubernata da bir ərizə yazdırsınlar ki, bundan sonra qoşunların musiqi dəstəsinin xərcini cama-atın üstünə yıxmasınlar; çünki Gərməçataq camaatı çox ka-sıbdır.
***
İrəvanda Cəfərabad məhəlləsində oturan kazak qoşun-ları iyunun ikisində Kənakir dağına yaylağa gedəsi idilər və İrəvan naçalnikindən haman gün əlli dörd araba istəmişdi-lər və naçalnikdən kazak böyüyünə cavab gəlmişdi ki, lazı-mi qərardad olunub və vəqti-müəyyəndə əlli dörd araba ha-zır olacaq.
Haman iyunun ikisində arabalar gözlənilən vaxt kazak böyüyü polkovnik Afanasyevə ərz edirlər ki, Gərməçataq yüzbaşısı dörd dənə fleyta gətirib. Polkovnik bu işə təəccüb edir və fleytaları qəbul etməyib, arabaları soruşur. Yüzbaşı-nın da ki, arabadan xəbəri yox. O da naçalnikin hökmünü nişan verir. Hökmdə də araba yazılmayıb, yan tütəyi yazı-lıb.
Polkovnik bir neçə dəfə ayaqlarını yerə döyəndən sonra və yüzbaşının atasını və anasını bir neçə dəfə söyəndən son-ra yüzbaşını da, onun yasovulunu da və gətirdikləri yan tü-təklərini də götürüb, bir neçə kazak əsgərləri də onların da-lınca gedirlər naçalnik divanxanasına ki, görsünlər bu nə əməldir.
Xülasə.
Amma naçalnikin və mənim başıma bu mərəkəni açan yan tütəyindən də axırda elə bir mətləb hasil olmadı; axırda belə məlum oldu ki, yan tütəyi çalmaqda əmoğlum kimi məharət göstərmək və qulaq asanları valeh etmək mənə xu-dayi-taaladan qismət deyilmiş.
Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qə-dər azaldı ki, başıbəlalı tütəyi bilmərrə gözdən saldım.
Əbdürrəhim bəy Haqverdiyev
(1870-1933)
OVÇU QASIM
– Doğrudur, ovçu çox yalan danışan olar və mənim yol-daşlarımın arasında da qurama-qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm.
Xeyr, əfəndim, nə buyurursunuz?! Biz heç vaxt sizin söhbətlərinizin doğruluğuna şəkk gətirmirik. Bizdə gördü-yünüz halət, ancaq heyrət əlamətidir, başqa bir şey deyil və ola da bilməz.
Ovçu üzrləri qəbul etməyib hekayətinin dalısını söylə-məyəcəkdir.
Bizim qonşumuz ovçu Qasım da bu qəbil ovçulardan-dır.
Qış gecələrində bikar adamlar onun başına cəm olub söylədərlər. O da uzun-uzadı öz ovçuluğundan, hünərin-dən, dörd ayını bir gündə öldürdüyündən, gecə vaxtı darı zəmisində qırğı ilə bildirçin ovladığından, tüfəngsiz gedər-kən yolda yüz tülkü gördüyündən və bu qəbil söhbətlərdən edib, vaxtın xoş keçməsinə səbəb olur.
Bu da qeyd edilməlidir ki, ovçu Qasımın uydurma söh-bətləri fəqət ova dairdir, Qasım, iş yalanı deməz.
Qış gecəsi idi. Qasım kənddə isti buxarının kənarında başıaçıq əyləşib bizim üçün söhbət edirdi. Buxarının içinə yığılmış palıd kötüyü çırtaçırt yanmaqda idi, samovar da bir tərəfdə segah oxuyurdu. Buxarının bir tərəfində bir bö-yük pişik dörd ayağını və quyruğunu uzatmış, xorultu ilə yatmışdı. Qasımın istəkli tulası “Gümüş” də qapının ağzın-da “şonqutma” əyləşib sahibinin söhbətinə qulaq asırdı.
Bayırda şiddətli külək qarı səhra qumu tək havaya so-vururdu, damın taxtalarının arasından keçdikdə fabrik bo-rusu tək fit verirdi.
Yoldaşlardan birisi küləyin vıyıltısını eşidib dedi:
– Belə gecəninki belə-belə söhbətlərdir. İsti otaqda, isti buxarının kənarında əyləşib vaxt keçirəsən.
Qasım bu sözə şərik olmadı.
– Yox, qardaş, səhvsən, görünür, ovçu deyilsən, qışın belə günləri ayı ovu üçün çox müsaid olur. Mən belə bir gündə iki sənə bundan əqdəm dörd ayını Hacı Samlı meşə-sində öldürdüm. Ayıların cəmdəklərini meşədə qoyub gəl-dim ki, səhər araba aparıb gətirim. Yerlərini və yolu da ni-şanlamışdım. Səhər araba ilə gəldim, gördüm, kürdlər zalım uşaqları cəmdəklərin dördünü də oğurlayıb aparıblar.
– Qasım, ayının dördünü də tək özün öldürdün?
– Mən ova tək gedirəm. Həmişə yoldaşım bircə bu Gü-müş olar.
Bu halda Gümüş öz adını eşidib “ham” elədi. Gümüşün nə demək istəməsini yəqin bir sahibi bildi, bir də özü. Qa-sım söhbətinə davam elədi:
– Qırqovul vurmaq üçün, dovşan ovuna, tülkü ovuna, çaqqal və canavar ovuna getmək üçün belə hava çox yara-yan olar. Həmçinin ördək ovu üçün qış fəsli yaxşı olar. “Ör-dək” dedim, bir şey yadıma düşdü, sizə nağıl edim.
– Buyur.
– Bir sübh tüfəngi götürüb kənddən çıxdım. Kəndin kə-narından ötərkən gördüm Allahverən kişinin bağının çəpə-rinə altı ördək qonubdur.
Yoldaşlardan birisi Qasımın sözünü kəsdi:
– Ay Qasım, axı ördəyin çəpərə qonduğunu biz anadan olandan görməmişik.
Qasım hirsləndi.
– Sən öz bazarından dəm vurursan. Ördəyin xasiyyətini biz ovçular bilərik. Hər yerin ördəyində bir xasiyyət olur. Sizin kəndin ördəkləri ola bilsin ki, çəpərə qonmasınlar. An-caq bu yerin ördəkləri başqadır: buranın