Hekayələr. Исмаил Шихлы

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Исмаил Шихлы страница 5

Жанр:
Серия:
Издательство:
Hekayələr - Исмаил Шихлы

Скачать книгу

style="font-size:15px;">      O, dirsəkliyi sürtülmüş kreslonu pəncərənin qabağına çəkdi. Qalın yun şalı kəmər yerinə qədər dartıb, dizlərini möhkəm bürüdü. Otağa qaranlıq çöksə də, işığı yandırmadı. Gözünü pəncərəyə zillədi. Pəncərənin nəfəsliyi açıq idi. Çisələyirdi. Arxa tərəfdəki qırmızı işıqlar yaş yollarda közərirdi. Səkilərin yaxası boyu cərgələnən ağacların yarpaqlarını narın damlalar döyəcləyirdi. Onların yeknəsəq tappıltısı qarşıdakı bağçanın xəzəl xışıltılarına qarışıb otağa dolurdu. İçərini nəm yarpaqların rütubəti bürüyürdü.

      Qoca gözünü pəncərə şüşələrinə qonmuş çisəkdən çəkmirdi. O, narın su zərrələrinin birləşərək gilələndiyini və bu damlaların süzülüb şüşədə zolaq-zolaq izlər buraxdığını müşahidə etməkdən son vaxtlar doymurdu. Elə bil ki, bağçadakı ağacların yarpaqlarını yuyub təmizləyən çiskinli yağışın asta şırıltısı onu sakitləşdirirdi. Qoca belə hallarda saatlarla oturub az qala pəncərədən içəri dolan yarpaqların ucunda gilələnmiş damlalara, onun yuyub təmizlədiyi zolaqlara, qırov kimi hər yerə qonmuş ağımsov su zərrələrinə baxdıqca bədənində bir sərinlik, əsəblərində insanı mürgülədən bir sakitlik duyurdu.

      O yorulmuşdu. Əlli ildən çox ali məktəblərdə mühazirə oxuyan, elmi konfranslar, müzakirələr keçirən, cild-cild əsərlərin müəllifi olan bu qoca alim axır illər guşənişin olmuşdu. Bədəninin giziltiləri artmış, ayaqları hərəkətdən qalmışdı. O hiss etmişdi ki, daha əvvəlki maraqla dərs deyə bilmir. Tez-tez dayanıb nəfəsini dərir, adəti xilafına, mühazirə zamanı stul çəkib oturmalı olur. Onun dərsi getdikcə maraqsızlaşırdı. “Hər şeyin məqamını bilmək, ölçü hissini itirməmək ən böyük qabiliyyətdir. Vaxtında səhnədən getməyi bacarmaq, xatirələrdə çağlayan şəlalə kimi yaşamaq hünər istəyir”. Bu sözləri professor dəfələrlə təkrar etmiş, sürünənlərlə barışmadığını hamıya bildirmişdi. Bəs indi? Bəs özü?

      O, ərizə verdi. Təqaüdə çıxdı. İlk aylar onun yanına məsləhətə gələnlər, göstəriş alanlar çox oldu. Ancaq tədricən astanadakı ayaq səsləri, telefon zəngləri azaldı, gedib-gələnlər seyrəldi, bir ildən sonra isə tamam kəsildi. Balacalıqdan övladı kimi yanında saxladığı bacınəvəsi də onu tərk etdi. Qoca tək qaldı. İlk anlar o, buna sevindi. Tam sakitlik içində oturub kitabları qabağına tökdü, gecə-gündüz yazıb-pozdu, elə bildi ki, bu məşğələ onu usandırmayacaq, kitablar onu yormayacaq. Bir-iki ay da keçdi. Qoca dəhşətlə hiss etdi ki, bunlar hamısı təsəllidir. Yalqızlıq onu sıxır, evə, qəlbinə getdikcə ağır bir kədər qonur. Fikrini dağıtmaq üçün tez-tez həyətdəki bağçaya endi, əsasına söykənə-söykənə dəniz kənarına yollandı, bir küncdə oturub saatlarla ləpələrə tamaşa etdi. Bu da çox sürmədi. Ayaqlarının sızıltısı artdı, yeriməyi çətinləşdi, nəhayət, evdən bayıra çıxmağa ehtiyat etdi…

      Evdəki əşyalar: tavana qədər ucalan kitab rəfləri, küncdəki iri yazı stolu, döşəməni başdan-başa bürüyən naxışlı qədim çilçıraq qaranlığa qarışıb əriyirdi. Arabir maşınların işığı pəncərədə parıldayır, gah divarın bir hissəsində, gah tavanda, gah da kitab rəflərində sürünüb ötürdü. Bu işıq zolaqları bəzən qocanın sifətində sarımtıl iz buraxırdı. Onun oturuşundan, alnındakı qırışların sıxlaşmasından, gözlərinin uzaq məsafə və zaman arxasında nə isə axtarırmış kimi sakit və dalğın dayanmasından hiss olunurdu ki, yorulmuşdur, səksən ildən artıq ömür sürən bu ixtiyar alim qəlbən, ruhən sakitlik və dinclik arayır.

      Qoca azacıq tərpəndi. Əlini uzadıb yanındakı yemək stolunun üstündən qatıq qabını götürdü. İndi yadına düşdü ki, nahar eləməyib. Əslinə baxsan, son zamanlar qatıqdan başqa, bir şey yemirdi. Həkimlərin məsləhəti belə idi: səhər qatıq, günorta qatıq, yatmazdan əvvəl yenə qatıq.

      Kreslonu geri çəkdi. Titrək əllərini stolun üstündə gəzdirdi. Nə isə xışıltı ilə yerə səpələndi. Qoca kreslodan qalxdı. Əlini dizinə söykəyib azacıq əyildi. Gəbənin üstünə dağılmış kağızları yığışdırdı və birdən xatırladı ki, onun əlindəkilər puldur. Qat-qat, qalaq-qalaq pullar yerə səpələnmişdi. Qolları yanına düşdü. Taqətsiz halda kresloya çökdü. Xışmaladığı pulları stolun üstünə atdı. Onun dodaqlarında qürur qarışıq acı və istehzalı bir təbəssüm oynadı. Sifətini təəssüf xatırladan, lakin peşmançılıqdan çox dünyanın qəribə işlərinə meydan oxuyan bir ifadə bürüdü.

      Düz bir saat əvvəl, qaranlıq qarışmazdan xeyli qabaq, ona pul gətirmişdilər. Külli miqdarda, gözləmədiyi halda. Ona demişdilər ki, sizin haradasa, haçansa kitabınız çap olunub. Böyük tirajla. Əsərin adını da dedilər, özünü də göstərdilər. Professor kitabı götürüb laqeydcəsinə baxdı. Pullara toxunmadı. O, bu əsəri çoxdan yazmışdı, lap çoxdan. Az qala müəllifliyini belə unutmuşdu.

      Yağış yenə çisələyirdi. Təkərlər şırıldayırdı.

      Qapı tərəfdəki iki kəfkirli böyük saat danqıldadı. Dalğa-dalğa otağa yayılan bu səs qocanı diksindirdi. O, nə isə xatırlayıb cəld kreslodan durdu. Pəncərəyə yaxınlaşıb ön taxtaya dirsəkləndi. Boynunu irəli uzadıb bağçaya boylandı. Düz bir həftə idi ki, bir cüt gənc, qaranlıq qarışan kimi, qocanın pəncərəsi önündəki bağçaya gələr, divara tərəf çəkilib, ağacların kölgəsindəki balaca skamyada oturar, baş-başa verib gecədən xeyli keçənə qədər astadan pıçıldaşardılar. Qocanın gecə vaxtı alaqaranlıq kölgəliklərə çəkilib qucaqlaşan gənclərdən xoşu gəlməzdi. Onların gah xısıltılı gülüşləri, gah da həyasız səslərini eşidəndə pəncərəni örtüb otağın dərinliklərinə çəkilərdi. Ancaq bu uşaqlardan xoşu gəlirdi. Onlar sakitcə gələr, sakitcə oturar, gecədən xeyli keçəndən sonra sakitcə də durub gedərdilər. Onların ayaqlarının altındakı yarpaqların xışıltısı eşidilməz olduqdan sonra qoca rahatca yerinə uzanardı. Ancaq bu gün narahat idi. Yağışdan, çisəkdən qorxurdu. Aradan 60 il keçməsinə baxmayaraq yağış, çiskin onu yaman qorxudurdu…

      O, Kazan Universitetində oxuyurdu. Fəlsəfə ilə maraqlanırdı, hərdənbir şeir də yazırdı. Eşitmişdi ki, qədim yunan yazıçılarından biri öz əsərlərini yazanda ucqar bir mağaraya çəkilərmiş. Roma natiqləri çıxış etməzdən əvvəl dəniz kənarına gələr, bütün gecə səhərə qədər, üzünü sulara tutub öz-özünə danışar, sonsuz dənizi insan dəryası, hirsli ləpələri isə natiqin sehri ilə çalxalanan izdiham sanarmış. Onlara oxşamağa çalışırdı. Dərsdən sonra, ya da imtahanqabağı yoldaşlarından ayrılır, təkliyə, xəlvətə çəkilirdi. Volqanın sahilinə qaçıb, gözdən uzaq bir yer tapırdı. Oxuyurdu, danışırdı, uca bir yerə çıxıb sinəsini qabardır, üzünü axar sulara tutub şeir oxuyur, qədim natiqlərin nitqlərindən latınca parçalar söyləyirdi. O, hamını sehrləmək, boğuq-boğuq fit verən gəmilərin səsini batırmaq, çarxlarını dayandırmaq, göyərtədəki adamların diqqətini cəlb etmək, onlara öz nitqini söyləmək istəyirdi. O istəyirdi ki, hamı – sahildəki izdiham da, çay kənarına görüşə gələnlər də, uzaq səfərə hazırlaşanlar da, sahilə yan alan gəmiləri körpüdə qarşılayanlar da onu dinləsinlər, ona qulaq assınlar. Bəzən göyərtədən sahilə əl

Скачать книгу