Чтение книги онлайн.

Читать онлайн книгу - страница 8

Автор:
Жанр:
Серия:
Издательство:

Скачать книгу

çoban

Gülməyə başlayıb dedi: “Yalan,

Siz bunu sanmayın həqiqətdir,

Damağım gəldi, bir zərafətdir!”

Binəvalər qayıtdı; leyk çoban

Yenə bir gün dağ üzrə qıldı fəğan:

“Canavar var!” – deyə bağırdı yenə,

Qəryə əhlin kömək çağırdı yenə.

Kəndçilər etdilər dübarə148 hücum,

Yenə oldu yalanlığı məlum.

Doğrudan bir zaman bəəzmi-şikar149

Qoyuna gəldi bir neçə canavar.

screen_66_48_10

Hərçi dad eylədi çoban, yahu150!

Eşidənlər dedi: yalandır bu!

Bu səbəbdən hərayə getmədilər,

Ona heç etina da etmədilər.

Canavarlar yedi bütün qoyunu,

İştə, oğlum, yalançılıq oyunu!

Bax, yalançı tanındı çünki çoban,

Doğru derkən sözü göründü yalan.

Hərgiz, oğlum, yalan demə ki, xuda

Dust tutmaz yalançını əbəda!

Həm də xəlq içrə hörmətin olmaz,

İzzətin, qədrü qiymətin olmaz.

“Evi yandı yalançının, – derlər, –

Ona bir kimsə etmədi bavər151”.

SÖZ

Ey söz, nola dersəm sənə xurşidi152-səmavat,

Səndən alıyor nurü ziyayi həmə zərrat153.

Bir nuri-həqiqətsən, edib həq səni nazil

Kim, bəxş edəsən gülşəni-nasutə154 füyuzat155

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

1

Pəkey – çox yaxşı, baş üstə

2

Şam – axşam

3

Məzur – üzrlü

4

Silə – bir əsər, şeir üçün alınan mükafat, hədiyyə

5

Təriq – yol

6

Dilgüşa – könül açan

7

Səza – layiq, yaraşan

8

Təfərrüc – gəzib fərəhlənmə, şadlıqla seyrə çıxma

9

Əlhəq – həqiqətdə, doğrusu

10

Cinan – cənnət, behişt

11

Feyz – yaxşılıq; nemət, bərəkət

12

Ziyafəşan – işıqlı, işıq saçan, nur saçan

13

Tahir – pak, təmiz

14

Zahir – açıq, aydın

15

Bahir – parlaq, gözəl; hər kəsə məlum

16

Səmər – meyvə, məhsul, fayda

17

Təməvvüc – dalğalanma, ləpələnmə

18

Gühər – gövhər, mirvari

19

Himmət – qeyrət, səy

20

Xak – torpaq; mülk, dövlət

21

Nas – xalq, el

22

Məqal – söz, söyləmə, nitq, danışıq

23

Rövşən

Скачать книгу

148

Dübarə – ikinci dəfə, yenidən

149

Bəəzzmi-şikar – ovlamaq qəsdi ilə

150

Yahu – ay Allah!

151

Bavər etmək – inanmaq, etibar etmək, güman etmək

152

Xurşid – Günəş

153

Zərrat – zərrələr

154

Nasut – insanlıq, insanlar aləmi

155

Füyuzat – feyzlər, bərəkətlər, mənəvi zövqlər