Yüreğimdeki Sensin. Ebülfet Medetoğlu

Чтение книги онлайн.

Читать онлайн книгу Yüreğimdeki Sensin - Ebülfet Medetoğlu страница 11

Автор:
Жанр:
Серия:
Издательство:
Yüreğimdeki Sensin - Ebülfet Medetoğlu

Скачать книгу

ay məni nahaq yerə cırnadan395 -

Mən heç kəsin396 payına göz dikmərəm.

Haqqın yeri ürəyimin başında

Dəyəri var – hətta qara daşın da

Ömrüm boyu – lap elə bu yaşımda -

Qaş düzəldib, göz öpürəm, tökmürəm397.

Öz gözümün mizanını398 bilirəm,

Bu sevgimin yazanını bilirəm

Çömçə399 gəzəb – qazanını bilirəm -

Dib-dəhnədən400 dərdi nahaq401 çəkmirəm.

Gördüyümü, duyduğumu köçürtdüm402

Köçürtdükcə ruha dönüb

Köçürdüm

Özüm bildim nəyi, necə

Keçirdim -

Ürəyimin tay403 sapını404

Sökmürəm

Nə var qalsın bu meydanda

Ortada

Günahkarlar

Ayaq-başdı405, ortada

Bu Әbülfət arxayındı406 – orda da -

Deyəcəkdi dərd biçirəm, əkmirəm.

Barmaqlarımı

Qatlayıram

Və sayıram

Birinci – gözün, qaşın

İkinci – dilin, dodağın

Üçüncü – oxşadıqca

Qarışan saçların

Dördüncü – pıçıltıdan407

Alışan yanaqların

Beşinci – boynuma

Sarılan qolların

Altıncı – mənə aid

Olan ürəyin

Yeddinci – səni görüşə408 gətirən

Ayaqların

Səkkizinci – hamıdan409

Fərqli vücudun

Doqquzuncu – ləyaqətin,

Dözümün410

Onuncu – bütün bunların -

Bir sahibi,

Bir ünvanı var…

Adını çəkmədən411

Rəsmin qəhrəmanını

Tanımaq olar412.

Deyirsən ki, bu olanlar -

Olacaqmış

Bu boşalan – boşalmalı

Bu dolanlar – dolacaqmış

Bu bitənlər göyərməli413

Bu solanlar solacaqmış

Bu gedənlər getməliymiş

Bu qalanlar qalacaqmış

Bu olanlar olacaqmış

Deyirsən ki, hər şey göydən

Gələn yazı

Kim narazı414 – mən razı

Fərq eləməz

Yol beşikdən behiştədi415

Amma insan -

İz qoymalı – nişanədi…

Bacarmırsa, ya buna heç

Cəhd etmirsə416 -

Demək417 hər şey

Tənbəllərin uydurduğu

Bəhanədi…

Heç bu qədər darıxdığım418 olmayıb

Aman Allah, qəbir üçün, gor419 üçün

Niyə axı420 bircəciyin421 demədin

Sən başıma nə gələcək, görücüm422

Talehimi, qədərimi yazanın

Günahımı nə saydığın423 de, bilim424

Heç olmasa son anımda anlayıb

Bundan sonra adam kimi sevinim.

Zamanımın olammadım adamı

Həyat məni şişə çəkdi425 görk üçün426

Sellər yuyub427 aparıbdı428 odamı -

Tay429 hara430 var həyətində431 görüküm432.

Səsini səp dən433 kimi,

Mən dinləyim təkbətək434

Səsə bürünmək üçün -

Allah məni göyə çək!

Dodağım çat-çat olsun,

Dərdim neçə435 qat olsun

Düzlük436 mənə ad olsun -

Məni düzəngahda437 ək!

Əl gəzdirir vaxt telə,

Arada bir vaxt elə

Paxılıma438 üç belə439 -

Özümə

Скачать книгу

395

Kızdıran, sinirlendiren

396

Kimsenin

397

Çıkarmıyorum

398

Ölçüsünü

399

Kepçe

400

Köşe bucaktan

401

Boşuna, boş yere

402

Aktardım

403

Artık

404

İpliğini, dikişini

405

Herşey tersinedir

406

Telaşsızdır, rahattır

407

Fısıltıyla

408

Buluşmaya

409

Herkesten

410

Tahammülün, sabrın

411

Anmadan

412

Mümkün

413

Yeşerecek

414

Memnuniyetsiz

415

Cennete kadardır

416

Çaba göstermiyorsa

417

Demek ki, o zaman

418

Sıkıldığım

419

Mezar

420

Neden peki

421

Birisini bile

422

Kâhinim

423

Saymış

424

Bileyim

425

Müthiş ıstırap verdi, eziyet etti

426

İbret için

427

Önüne katıp, silip süpürüp

428

Götürmüştür

429

Artık

430

Nere

431

Avlunda, bahçende

432

Görüneyim

433

Tane

434

Tek tek

435

Kaç

436

Doğruluk

437

Düz bir yerde, engebesiz yerde

438

Beni kıskanana

439

Bu kadar