Yüreğimdeki Sensin. Ebülfet Medetoğlu

Чтение книги онлайн.

Читать онлайн книгу Yüreğimdeki Sensin - Ebülfet Medetoğlu страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Yüreğimdeki Sensin - Ebülfet Medetoğlu

Скачать книгу

aldım gətirdim.

Yönüm, qibləm hər an sən,

Dilim, dinim, quran sən…

Qorxma, bir də yorulsan -

Ağ at aldım, gətirdim…

Tərs yozum var, tərs yazı

Öyrənirəm dərs – yazı!

Mən yazdığım hər yazı -

Bal! – dad aldım gətirdim.

Ay Allah, bu gecəni

Mən necə yatıb-durdum200

Gündüz gördüklərimi -

Gecə yenidən qurdum.

Saç üzümə dağıldı,

Yanaq öpdü- yanağı…

Əlin tapıb sığındı -

Əllərimin qonağı.

Dodaqların ucunda

Adın oldu tər201 çiçək

Həsədindən202 ölərdi -

Bu an sənin – hər çiçək!

Qoy203 sarılım boynuna,

Bu gün dursun yerində

Hənrim204 dolsun qoynuna -

Çiçəkləsin şerim də!

Bir anlıq

Ağlımdan gəlib keçdi

Sahildəki

Balıqqulaqlarının205

Hamısın206

Saymaq kimi

Bir dəlilik…

Sonra da mavi ləpələrdən207

Sənə bir gəlinlik

Yaxasının

Gül xonçası da

Ürəyim…

Hardasan208

Qızıl balıq209,

Baxışlarımı

Sancmışam210 dənizə,

Dolaş211 kipriklərimə

Üz212 sahilə…

Mən də səndən

İndi ağlımdan

Gəlib

Keçənləri diləyim

İstəyənin

Bir üzü qara

Boylanma213 ora-bura214

Özün bilərsən

Daha

Özgə nə deyim…

Gözlərim axtarışda.

Xəyalım uzaqlarda…

Əllərim qoynumda -

Özümsə yalqızlıqda215

Səpələnib216

Hər tərəfə -

Axtarıram…

Qarşılaşmaq

Ümidi ilə…

Yaşamaq da çətin,

Sevmək də -

Bu yaşda!

Ürək yerindən oynayır,

Çarpazlaşmış

Qolların -

Əvəzinə kəsişsəydi yollarım -

Sonu çatardı

Yalqızlığımın!

Yığışıb217 hər tərəfdən -

Göydən, yerdən -

Yaşardım

Bir gilə218 ümid ilə!

Əl boyda219 güzgü220 kimi

Götür bax, daran221 mənə.

Bütünlüklə sən mənsən -

Bəs222 yaddı223 haran224 mənə?!

Axşamdan səhərə tək225

Sinəmdə öpüşlər ək

Könlümü dağlara çək -

Heç düşmür226 aran227 mənə…

Dünya tamam228 bəyazdı

Qoynunda qış da yazdı229.

Sənsizlik qar, ayazdı -

Dağ çəkir230 boran231 mənə.

Bilmirəm hardan başlayıb

Hardan bitirim sözümü

Dünyaya çağır – mən gəlib

Orda itirim232 özümü.

Qəm nə imiş duyuruq tək,

Ürək sıxılır yumruq tək

Çağır nə olar simurq tək

Sənə yetirim233 özümü.

Yer darısqal234, göysə235 ada

Ruhum dincəlmir236 orda da

Ölüb qalmışam ortada

Necə götürüm özümü.

İndiki anda heç kəsəm237

Quru nəfəs, titrək səsəm,

Sənə canım qurban desəm -

İnanarsan?!

Gözümdəki

Скачать книгу

200

Uyuyup kalktım

201

Taptaze

202

Kıskançlığından

203

Bırak

204

Soluğum

205

Midyelerin

206

Hepsini

207

Dalgalardan

208

Nerdesin

209

Avrupa alabalığı

210

Saplamışım

211

Sarıl

212

Yüz

213

Bakınma

214

Oraya buraya, sağa sola

215

Yalnızlıkta

216

Dağılmış, saçılmış

217

Toplanıp

218

Damla, azıcık

219

Büyüklükte

220

Ayna

221

Saçlarını tara

222

Peki

223

Yabancıdır

224

Neren

225

Kadar

226

Yaramıyor

227

Ova

228

Tamamen

229

İlkbahardır

230

Yürekten yaralıyor, dağlıyor

231

Tipi

232

Kaybedeyim

233

Sana ulaştırayım

234

Dar, dapdaracık

235

Gök ise

236

Rahatlayamıyor

237

Hiçim, hiç kimseyim