Yüreğimdeki Sensin. Ebülfet Medetoğlu

Чтение книги онлайн.

Читать онлайн книгу Yüreğimdeki Sensin - Ebülfet Medetoğlu страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
Yüreğimdeki Sensin - Ebülfet Medetoğlu

Скачать книгу

target="_blank" rel="nofollow" href="#n112" type="note">112.

Çətindi113 anları saymaq

Nə sürəti

İmkân vermir114

Nə hökmü…

Bu anların

İçində

Birinə sahib

Çıxmaq

Ömrün yarpaq

Tökümü…

Eləcə115 xatirədi

Vərəqlənir,

Oxunur…

Sahib

Çıxdığın

Ansa116 -

İlıq

Göz yaşlarındı

Yanağına

Toxunur…

Təsəlli üçün…

Əslində

Sən özün

Mənim üçün

Allah qələmi ilə

Yazılmış

Şersən117

Bunu sənə

Demişəm -

Özün də bilirsən

Bəs118 onda119 niyə,

Gülüm, məndən

Hər gün şer

İstəyirsən…

Bəlkə

Müqayisə edirsən?

Mən səni

Düşündükcə

Ağrım-acım

Bal olur

Elə bil120 qorxusundan -

Dərd də susub

Lal121 olur.

Tək122 xəyalın

At çapır123

Ömrümün ormanında,

Mən hər an yanındayam,

Bəs sən hardasan124,

Harda? -

Bu dünyaya

Sevgimdə

Yoxsa ki, üsyanımda

Sarılırsan boynuma -

Sevgimə inananda…

Çök sinəmə duman tək125

Özümü dağ sanım mən.

Dönüm sonsuz ümidə -

Hər an səni anım mən…

Qəm sanki iynə-sapdı126

Hər yerdə məni tapdı127.

Şimşəkdən çınqı128 qopdu -

Alışdırdı129, yanım mən.

Dünya cənnət – mən qərib

Könlüm sən tək gül dərib130.

Tanrım səni göndərib -

Sevgi nədi – qanım131 mən.

Mən hara132 gedirəm bu yolla belə133,

Gözündən yorulmuş dərvişlər kimi.

Mən hara gedirəm son ümidini,

Birinci cəhdində134 dərmişlər135 kimi136.

Mən hara gedirəm yolu bilmədən,

Dərd almış həm sağı, solu bilmədən.

Ürəyim doludur, dolu, bilmədən -

Qalmışam, gün altda137 sərmişlər kimi.

Mən hara gedirəm, çaşmışam138 bəlkə139,

Getdiyim ünvanı aşmışam bəlkə?

Torpaq mı, ağac mı, daşmışam140, bəlkə,

Susum əsəbini gərmişlər kimi.

Mən bir az dərd dəlisi

Bir az söz adamıyam

İncitmirəm kədəri -

Onun öz adamıyam

Xəyalım qərar tutan141,

Budaqlar142 budam-budam143

Tüstüsün144 dağlar udan145

Ocaq, köz146 adamıyam.

Heç nəyə147 baş əyməyən

Ruhu göydə əylənən148

İçin-için göynəyən149 -

Bar az, döz150, adamıyam!

Bük sən məni qəzetə151

Bələyim qəzet olsun

Ağrıdığım bu yerdə -

Fələyim qəzet olsun.

Teli qırılsın sazın,

Bəd152 gəldi mənim yazım153

Mən sənə məktub yazım -

Kələyim qəzet olsun.

Dərd bəsləsin, böyütsün.

Gendən

Скачать книгу

113

Zordur

114

İzin vermiyor, müsaade etmiyor

115

Yalnızca

116

An ise

117

Kötülüksün

118

Peki

119

O zaman

120

Sanki

121

Dilsiz

122

Yalnızca

123

Atını koşturuyor

124

Nerdesin

125

Gibi

126

İpliktir

127

Buldu

128

Kıvılcım

129

Tutuşturdu, yaktı

130

Koparıp

131

Anlayayım, farkına varayım

132

Nereye

133

Böyle

134

Çabasında

135

Koparmışlar

136

Gibi

137

Güneş altında

138

Şaşırmışım

139

Yoksa

140

Taş imişim

141

Karar kıldığı, durduğu

142

Dallar

143

Budanmış durumda

144

Dumanını

145

Yutan

146

Kor, ateş

147

Hiçbir şeye

148

Duran, karar kılan

149

Sızlayan

150

Katlan, dayan, sabret

151

Gazeteye

152

Kötü

153

Kaderim, alın yazım