На семнадцати языках. Переводы произведений Ахадова. Эльдар Ахадов

Чтение книги онлайн.

Читать онлайн книгу На семнадцати языках. Переводы произведений Ахадова - Эльдар Ахадов страница 12

На семнадцати языках. Переводы произведений Ахадова - Эльдар Ахадов

Скачать книгу

свою стихаль

      не обживал свою живаль

      не умирал в свою мираль»

      но неизбежно

      «невидимое станет видимым

      а видимое станет невидимым»

      То великое чудо поэзии, которое берегут в душах людей Маргарита Аль и Фернандо Рендон с помощью фестивалей и чтений, на самом деле спасает весь наш бесконечный и в то же время невыразимо хрупкий мир. Спасибо, что они есть у нас. Будем общаться, встречаться, читать свои и чужие стихи, и понимать всё острее: как мы нужны друг другу.

      Poeziya duyğuları

      Iki: liFFt və Medelvin (Kolumbiya) festivalları haqqında.

      O, Qazaxstan Sovet Sosialist Respublikasının paytaxtı Alma-Ata şəhərində anadan olmuşdu. Hələ uşaqlıqdan dərrakəsi və müstəqil xasiyyəti ilə seçilirdi: heç vaxt ağlamazdı, qaytanlara ilgəklər bağlayardı və qədim şərq ağsaqqalları kimi təsbeh kimi cütləyərdi. Nənəsi dəfələtlə balaca Marqaritanın ev əşyalarından səhnələr tərtib etdiyini müşahidə etmişdi. Hərçənd, onlar hər ikisi bilmirdilər ki, bu «qeyri-adi özfəaliyyətin» böyüklər arasında «performans» adlanan müasir incəsənət növü mövcuddur. Bu növdə müvafiq zamanda və müvafiq məkanda yaradıcının və ya yaradıcılar qrupunun hərəkətləri əsərin mövzusunu təşkil edir. O, oxumağa tez, amma sözləri yazmağa gec başladı. Buna baxmayaraq təhsil prosesi uğurlu idi.

      1992-ci ildə o, Qazaxstan yazıçılar Ittifaqına özünün ilk poetik toplusunu gətirir. O, həyəcan içində dahi Oljas Suleymenovla görüşü və onun rəyini gözləyirdi. Amma, bu görüş ona yalnız 25 ildən sonra nəsib oldu. 2017-ci ildə Marqarita Al, Oljas Omaroviç Suleymenovla nəinki görüşdü, hətta, Umümrusiya Әdəbiyyat Festivallarının Festivalı LiFFt-in sədri, təşkilatçısı və müəllifi kimi ona Moskvada Mərkəzi Әdəbiyyatçılar binasının zalında festivalın qızıl medalını və «Avrasiyanın birinci şairi şairi» diplomunu təqdim etdi. Oljas Omaroviç isə gülümsəyərək dedi: «Indi ədəbiyyatın həqiqətən böhran yaşadığı, keçid dövründə belə festivalları, ədəbiyyatın problemlərinin həlli üçün narahat olan insanların yığıncaqlarını yazmaq, dinləmək görmək mədəniyyəti kimi ümumiyyətlə dəstəkləyirəm… Baş verənlərə nəzər saldıqda ötən vaxtları xatırlayıram. Keçən əsrin 20-ci illərində də ədəbiyyat belə anları yaşamışdı. O vaxtlar da eksersisləri xatırladan belə bir hərəkat olmuşdu. Bunlara baxmayaraq 20-ci illərdə dahi bir ədəbiyyat yetişdi. Әdəbiyyat tarixini qrafiki göstərsək, o, ürəyin kardioqrammasına bənzəyər, enməsi də var, yüksəlişi də… Odur ki sizin LiFFt yüksəlişi xatırladır. Təki belə LiFFt-lərdən çox yaradılsın, gənclər cəlb olunsunlar. Söz incəsənəti çox lazımlı incəsənətdir…»

      Bax buna xasiyyət deyərəm! Belə bir xasiyyətə malik olan qadını əlbəttə, Moskva gözləyirdi! Axır ki, gəlib çıxdı. SSRI parçalandıqdan sonra Marqarita Al Moskvaya köçdü. O, burada Poeziya və Fəlsəfə Akademiyasına qəbul oldu. Fakultələrdən birinin dekanı ədəbiyyatda metametaforik cərəyanın banisi, cırcıramaları könnüllü mühafizə cəmiyyətinin (DOOS) təşkilatçısı Konstantin Aleksandroviç Kedrov özü idi. Təhsil ərəfəsində «Poetik performans» adlanan yabanı sözlər fəzasını mənimsədi. Marqarita Alın poeziyası ilə tanış olan, müasir incəsənətə dəyər verən hər kəs mətnin fəlsəfi istiqamətləndirilməsinə və sözün görüntülü təsvirinə ilk növbədə diqqət yetirirlər. O, kiçik mətnlərlə gördüyü işlərin həcminə görə hamının diqqətini cəlb etdi. 2004-cü ildən 2014-cü ilə qədər o, Moskvada bir neçə sərgidə öz şəxsi sərgisini keçirmişdir. (50-dən çox yaradıcılıq işi: «Dəmır adamın misteriyası», «Başqa adamlar», «V. Xlebnikovun ulduz əlifbası», " Pavel Çelışevin mələkləri», " Insan insaydautu», " Dördüncü ölçü», «Әbədiyyət saatı»). O, V.V.Mayakovski adına Dövlət muzeyində» Kuboşar» və» Kruçe kruçennıx» performanslarının müəllifidir. O, Taqanka Teatrında keçirilən Konstantin Aleksandroviç Kedrovun yaradıcılıq axşamının səhnə tərtibatçısı olmuşdur. O, «Ayna paravoz» və «Әbədiyyət saatı» kimi art-obyektlərin, «Rus avanqardının 100 illiyi» layihələrinin müəllifidir. Onun «Mənim qardaşım Zaratustra» adlı ilk poetik toplusu şair, fəlsəfə elmlər doktoru K.A.Kedrovla birgə «Inkarın təsdiqi» kitabına daxil edilib… Amma, ən böyük və dəyərli performans, piramida qaydası ilə qurulmuş LiFFt Beynəlxalq Әdəbiyyat layihəsidir.

      Hadisələrin xronologiyasına nəzər salsaq, Marqarita Al öz Moskva həyatını 20—21 əsrlərdə bir-biri ilə fiziki olaraq kəsişsələr də, yenə üç şərti mərhələyə bölür… Birinci mərhələ- onun Xlebnikov, Mayakovski, Elyuar, Eynşteyn, Salvador Dali, Maleviçin yaradıcılığından bəhrələnərək, Yeryomenko, Jdanov, Parşikovun metametaforik ədəbiyyatı cərəyanına

      daxil olması; DOOS ədəbi-fəlsəfi cəmiyyətinə (Konstantin Kedrov, Henrix Sapqir, Andrey Voznesenski, Yelena Katsyuba və s.) qəbul olması və özünün poeziya və fəlsəfədə avanqard düşüncəsinin inkişafı mərhələsidir. Bu mərhələ «Poeziya və fəlsəfə Akademiyası"nda təhsillə birgə 2014-2015-ci illərə qədər davam edir; DOOS qrupuna üzvlüyə qəbul olunması (DOOS beynəlxalq avanqard festivalının laureatı), Marqaritanın yaradıcılığının görkəmli Rus avanqardı nümayəndələri tərəfindən tanınması, «Işi», «Drojal» və s. şerlər), Beynəlxalq Akademiyaya qəbul olunması («Otmetina Davida Burlyuka» Beynəlxalq mükafatı laureatı); Ixtisaslı rəssamlar ittifaqına qəbul olunması və s.

      Ikinci mərhələ-performans təzahürünün və öz platformasının yaranmasıdır. Bu Marqarita Alın öz bədii və poetik perfopmanslarıdır. Bu əvvəlcə ölkədə, sonralar Avrasiyada və nəhayət, beynəlxalq səviyyədə jurnallar, kütləvi performans -festivallar, ədəbiyyat sahəsində birləşdirmək fəlsəfəsidir. Bu mərhələ təxminən 2015-ci ildən başlayır və bu gün də davam edir. Al yeni ideyaların təşkilatçısına və generatoruna çevrilir; O, Yuneskonun təsis etdiyi Ümumdünya Poeziya gününün təşkilatçısıdır; O, «DOOS» və «LiFFt» nəşriyyatlarına başçılıq edir, «Şairlər» avanqard jurnalının təsisçisi, naşiri və baş redaktorun müavinidir; Rusiyanın 20 bölgəsinin «LiFFt» ədəbi jurnallarını və 89 bölgəni təmsil edən ədəbi «LiFFt» jurnalının baş redaktorudur; Dünyanın 26 dilində çap olunmuş «Müasir Avrasiya yazıçıları» antologiyasının

Скачать книгу