Günahsız günahkar. Roman. Hissə – 2. Fatma Axmed kızı Nabieva

Чтение книги онлайн.

Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva страница 3

Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva

Скачать книгу

dözsün həm işinə, həm də təlimnə. Birazda özündə olmayan mədənyyəti – mərəfəti öyrənəcək məndən. Atası – oğluna: oğlum biraz mülayim ol, qız bizim işimizə görə çətinliklərə qatlanmağa razı oldu. Nə düşünürsən? onun çoxmu xoşu gəlir sənin acı sözlərini qəbul etmək. Sərdar acıqlandı – atasına: istəmirdi razı olmayaydı, mən dəfələrlə dedim onada sənədə, anlamadınız məni ikzinizdə. Birdəki o bizim işimizə görə deyil, pula görə razı olub bunu ikimizdə yaxşı bilirik. Atəş səsindən qulaqlarını tutub baxırdı üzümə, duymurdu nə dediklərimi. O halıylamı o bizə oları çəkəcək sübut əldə edəcək? ay hay etdi, birisi atəş açsa əlindəkiləri buraxıb qulaqlarını tutuacaq. Atası acıqlandı – Sərdara: nə etsin qız? borcu var, hə pula ehtiyacı var. Sərdar – atasına: səndə bundan istifadə etdin eləmi? borcu var deyə soxdun öfdəsindən gələ bilməyəcəyi işə, o orda 1 dəqiqədə sağ qala bilməz.

      Atası acıqlandı – Sərada: nə olub sənə, bu nə danışıqdı? Sərdar dərindən nəfəs alıb – atasına: artıq orda ona nə isə olsada inan uğrumda deyil. Biz nə cavab verəcəyik yaxınlarına düşündünmü heç? dayısı böyük yerlərdə çalışır əli çatmayan yerlər yoxdur. Dostunun atasını desən oda elə, çalışdığı evdəkilərində az adı sanı yoxdur. Bilirsən o qadın bunu qızı kimi qəbul edib, de necə çıxacağıq bu işin altından? Sərdar haqlıydı bir tərəfdən. Atası üzgün baxışlarla baxaraq – Sərdara: bilmirəm oğlum, mənim başqa çarəm qalmadı bilirsən. Neçə illərdi o alçağı ələ keçirə bilmirəm, hər gecə ananı yuxumda görürəm, çox qorxuram o şərəfsizi gəbərtmədən ölərəm. Hər gününü keflə gözümüm içinə baxa – baxa yaşayır alçaq şərəfsiz. Mənim ruhumda yanar o dünyamda əgər ananın qisasını almassam ondan, yaşarmış gözləri ilə oğluna baxdı. Mən şəxsən sənə görə ona toxuna bilmirəm, bilirəm ki məni tək səninlə məğlub edəcək. Sənsiz həyat mənə gərək deyil oğlum, sən anandan mənə qalan tək yadigarısan anla. Sərdarda pis oldu kənara baxdı, – Sərdara: hamilə bir qadına qıydı bi qeyrət, məni sındırmaqçün ananı vurdurtdu gözümün önündə. Səni həkimlər çox zor qurtardılar, o günlərin kabusunu mən hər gün təkrar – təkrar filim kimi izləyirəm. Anlayırsanmı oğlum mənim niyə belə etdiyimi? niyə günahsız qızın ora getməsinə razı olduğumu. Sərdar – atasına: mənə görə onu ora göndərmə ata, onun ordan sağ qayıtmayacağını ikimizdə yaxşı bilirik. Mənim anamın qisasıdır, mən gedim bu dəfə eybi yox ölsəmdə. Atası – Sərdara: oğlum ora məndə gedərəm qorxmuram olardan, bilirsən ki biz ikimizdə ora getsək satılacağıq, ananın qisası alınmadan ortalıqlarda dolaşacaq bi qeyrət. O şərəfsizdən ananın qisasını almasam mənə nə bu dünyada yer var, nədə o dünyada, anladınmı oğlum.

      Aylın əsəbləşib gəlmişdi ki rəyisə desin işdən imtina edirəm, danışdıqlarını duyduqdan sonra dayanıb baxa qaldı yerində, çox pis oldu. Bilmirdi rəyisin arvadının qatili olduğunu çəkəçəyi adamın, sakitcə dönüb otağına getdi.

      Eşitdiklərindən dəhşətə gəlmişdi, otağına gəlib öz – özünə: demək qisas məsələsidir. Alçağa bax sən hamilə qadını vurdutmuş rəyisə görə, imansız bi qeyrət şərəfsiz. Gəlib yerinə uzanıb dərindən nəfəs alıb öz – özünə: yazıq rəyis nələr çəkmisən bir şərəfsizin üzündən. İndi anlaşıldı bunun anasının necə rəhmətə getdiyi, yazıq qadın. Qapı açıldı, Aylın artıq bilirdi qapını döymədən otağına gələn ancaq Sərdar olardı, yerində oturdu. Sərdar gəlib dayandı çarpayısının yanında, qalx yemək vaxtıdır. Aylın yavaş səslə – Sərdara: aç deyiləm mən, Sərdar çox üzgün görünürdü. Sərdar – Aylına: demişdimmi sənə təkrar etməyə xoşlamıram? Aylın yerindən qalxıb – Sərdara: hə yoldaş kamandir. Bağışlayın günahkaram əmir edərsiniz, otaqdan çıxarkən qapıda dayanıb gözlədi. Sərdar – Aylına: nə durmusan önümdə? – Sərdara: qapını üzünə örtməyim deyə dayandım komandirim. Bilirsinizmi yol həmişə xanımların deyil, Sərdar evdə atası var deyə Aylının payını verə bilmədi. Gözlərinin içinə baxıb – Aylına: bax belə, əhilləşdirəcəm səni az vaxtda. Artıq adam olursan ardımca gəl, Sərdarın dediyi söz Aylına daş kimi dəydi, dodağını ceynəyərək bir anlıq özünü ələ alaraq, əsəblə getdi ardınca.

      Rəyis süfrəni hazırlamışdı yemək çəkdi hər ikisinə. Sərdar təşəkkür edib götürüb yeməyə başladı, rəyis özünədə yemək çəkib oturdu. Aylın Sərdarın atasını gözləmədən yeməsinə baxdı, rəyis anlamışdı Aylın oğluna nəyə görə elə baxırdı, gülümsədi. Rəyir – Aylına: qızım bu evə anasından sonra, oğlumdan və məndən baqşa qadın – qız girmədi bu günə kimi. Bəzən yeməyi mən hazırlayıram, bəzəndə oğlum, düzü çox az hallarda biz evdə yemək yeyirik, oğlumla dışarda yeyirik çoxsu vaxtdı yeməyimizi. Hazırladığımızı bəzən çarəsiz yeyirik, ya duzu çox olur, yada hədsiz dadsız olur. Atası danışıb qurtarınca Sərdar yeməyini bitirdi, sağol ata əllərinə sağlıq. Qalxıb öz qabını aparıb getdi mətbəxtdə. Rəyis – Aylına: hərbiçilərin yeməyidə cəld olmalıdır qızım, əks halda ac qalarıq zarafat etdi, yeməyini ye qızım. Aylın yeməkdən bir qaşıq yemişdi, hədsiz duzlu olduğunu hiss etdi, rəyisi qırmamaqçün bildirmədən zorla yedi.

      Sərdarda atasına duzludu demədən yemişdi. Görünür bu evdə normal yemək bişməmişdi heç vaxtı, qadın olmayan ev bilinirdi yeməklərindən, səliqəsizliyindən. Rəyisdə sakitcə yeyirdi yeməyini, Aylın çox çətinliklə bitirdi yeməyini çörək yemədən. Aylın – rəyisə: çox sağolun əllərinə sağlıq. Rəyis – Aylına: nuş olsun qızım, yenə çəkimi yemək? Aylın tez, yox doydum sağolun. Mən sizə çay süzüm, ayağa qalxıb mətbəxtdə gəldi.

      Sərdar masaya söykənib qəhvə içirdi, mətbəxtdə çox qarışıq idi, çay hardadı tapa bilmədi baxsada. Aylın – Sərdar: çay hardadır? Sərdar yuxarıdan açıb verdi çay poketini, görünür bu evdə heç dəmlənmirdi normal çayda. Aylın fincanı götürüb qaynar su töküb, çay poketini saldı fincana, şirinyat qabınıda götürüb apardı. Rəyis yeməyini bitirmişdi, Aylına təşəkkür etdi çaya görə, çox sağol qızım. Aylın siniyə masada olanları toplayıb apardı mətbəxtdə. Sərdar qəhvəsini bitirib fincanı yumadan qoyub getdi. Aylın mətbəxtdin vəziyyətinə baxıb dərindən nəfəs alıb özünə su tokub içdi, yemək duzlu olduğundan yanmışdı içi.

      Gecə saat 4 olurdu, Aylının yuxusu tam dağılmışdı gərçəkləri duyduqdan sonra. Mətbəxtdi səliqəyə salıb hər şeyi yuyub qoymuşdu yerinə səliqə ilə, ətrafa atılmış paltarlarıda yuyub sərmişdi. Hər yeri səliqəyə salmışdı silmişdi, sabahçün yeməkdə bişirib hazır qoymuşdu. Yeməyin dadına baxıb öz – özünə: mm pis deyil, rəyisin hazırladığına baxsaq mənim hazırladığım ləzzətli olub. Qazanın qapağını qoyub, əlindəki qaşığı yuyub yerinə silib qoydu, öz – özünə: Şahnaz anamın yeməklərinə çatmaz əlbətddə. Mətbəxtdən çıxıb gəlib divanda əyləşdi, saata baxdı səhər 5: 00 olurdu artıq. Divanda uzandı biraz düşündü, və eləcə ordada yuxuya düşdü. Aylın evin abu havasıda dəyişmişdi, çox səliqəli olmuşdu.

      Adətlərinə görə Sərdarla

Скачать книгу