Günahsız günahkar. Roman. Hissə – 2. Fatma Axmed kızı Nabieva
Чтение книги онлайн.
Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva страница 7
Səhər açılmışdı, ağır bir gecə ötmüşdü hər kəs üçün, bazar günü olduğundan rəyisin iş günü deyildi, Sərdara gəldi. Tahirin atasıyla oturub söhbət etdiyini görüb gəlib dostuyla görüşdüb əyləşdi sakitcə, axşam olanlardan Tahir xəbərdar idi. Aylında gəlib – Tahirə: sabahın xeyir, Tahirə baxdı ki anlasın o dəfə dedikləri ilə razıydımı? Tahirin baxışlarından razı olduğunu anladı, – Aylına: sabahın xeyir Aylın xanım. Aylın heçnə olmamış kimi mətbəxtdə getdi, rəyis axşam oğlunun etdiklərindən çox üzgün idi, Aylının qarşısında xəcalət çəkirdi. Sərdar – Tahirə: necəsən qardaşım? – Sərdara: məni boş ver sən pərişan görsənirsən, yaxşısanmı? Sərdar axşam atasının acılamasından sonra, Aylının ardınça pis söz deməməməkçün özünü zor tuturdu. Tahir Sərdarın çiyninə əlini qoyub, sənə vallahidə medal düşür, rəyis -Tahirə: əsil medal Aylına düşür, qardaşınla baş edə bildiyinə görə. Sərdar öz – ozünə: inşallah ölümündən sonra verərsən medalını, atası duydu dediyini, Sərdara nə isə demək istəyirdi Aylın gəldi qəhvə dolu sini ilə. Sinini masaya ortalığa qoyub – rəyisə: yoldaş rəyis sizdən izin ala bilərəmmi şəhərə çıxmağımçün? rəyis Aylına baxdı. Aylın – rəyisə: məni kimsə tanımayacaq narahat olmayın, mən uzaqdan dayımı və Ramizi görmək istəyirəm. Rəyis axşam olanlardan sonra Aylına dahada çox sayğı duyurdu, pulu qəbul edərək işini tərk etmədiyinə görə. Tamam qızım haqqın var çıxa bilərsən izin verirəm, Aylın – rəyisə: məni Tahirin aparıb gətirməsini xayiş etsəm, rəyisin xoşuna gəldi bu fikir. Əlbətddə qızım aparar – gətirər, Tahir Sərdarın Aylına tərs – tərs baxdığını görsədə rəyisin sözündən çıxa bilməzdi. Həmdə Aylının fikrini anladı nəyçün özüylə şəhərə çıxmaq istəyirdi. Tahir – Aylına: əlimi – qolumu bağlamayacağına söz verirsənsə razıyam zarafat etdi, rəyisi birdən gülmək tutudu, xatırladı Tahirin necə toletə qaçmasını. Rəyis gözlərini silib gülərək, – Tahirə: apar oğlum qızı maşınla dediyi yerə, ancaq birinci toletə get sonra sənə problem olmasın, yenə güldü qəh – qəhə çəkib. Tahirdə rəyisə baxıb gülümsədi, Sərdarla Aylın yenə bir – birinin gözlərinin içinə baxırdılar nifrətlə. Aylın – Tahirə: sən qəhvəni içincə mən hazırlanıb gəlirəm, getdi. Sərdarda qalxıb getdi, rəyis başıyla Tahirə işarə etdi ki getsin ardınca oğlunun. Tahir anladı, tez qalxıb getdi Sərdarın ardınca,
Sərdar Aylının otağına gəldi ardınca, Aylın Sərdara fikir vermədən əynini dəyişməküçün paltarlarını götürüb yatağına qoydu. Sərdar – Aylına: indi səni Tahir aparacaq və bir daha bura dönərsənsə məndən incimə, duydunmu? Aylın cavab qaytarmadan əynindəki koftasını çıxarıb, yatağına qoymuş başqa koftasını geyindi. Sərdar Aylının özündən çəkinmədən qarşısında koftasını çıxarıb dəyişməsinə təcüblə baxırdı. Aylın şalvarınıda çıxarmaq çün kəmərini açırdı, qapını döyüb içəri Tahir girdi. Aylının şalvarını çıxaracağını görüb tez üzünü çevirib – Sərdara: dostum gəl atan çağırır. Sərdar qollarını bir – birinə keçirib nifrətlə gülümsəyərək, Aylına baxdı. Baxışları ilə anlatırdı ki, nə edəcəksən? qarşınmda şalvarınıda çıxaracaqsanmı? Aylın Sərdarın fikrini anladı, ona acığa gərçəkdəndə şalvarını çıxardı. Sərdar pərt olsada bildirmədi baxmağa davam etdi. Tahir Sərdarı otaqdan çıxarmaqçün döndüyündə, Aylını şalvarsız görüb üzünü qolu ilə tutdu. Zorla Sərdarın qolundan tutub dartaraq – Sərdara: dostum gəl qız əynini dəyişsin rahat. Aylın o biri şalvarını geyindi, Tahirin qolundan dartmağına baxmayaraq, Sərdar Aylına baxa – baxa zorla otaqdan gedirdi. Aylın şalvarının kəmərini bağlayıb pencəyinidə geyindi, Tahir zorla Sərdarı otaqdan çıxarıb qapını örtüb – Sərdara: ikinizdə başqa – başqa manyaklarsınız vallahidə. Çox çətinliklə zorla dartaraq – Sərdara: bir – birinizə acığa nələr edirsiniz siz? gəl atan görsə yaxşı olmayacaq ayıbdır. Sərdar acığından güldü, əlini qılçına vuraraq dayanıb gülməyə başladı. Tahir başını narazılıqla sirkələyərək – Sərdara: vallahi sonunda axlını oynatdın səndə, Sərdarın qolundan buraxmadan dartıb apardı.
Beləcə günorta olurdu, Tahir maşını saxlamışdı gözdən qıraq yerdə Aylınla söhbət edirdilər, – Aylına: sənin dediyini təşkil edəcəm, ancaq bir şərtim var. Aylın – Tahirə: səni dinləyirəm de şərtini, Tahir dərindən nəfəs alıb – Aylına: səndə mənə söz verəcəksən, bilərəkdən özünə qəst etməyəcəksən danışdıqmı? ananın ruhuna and et, mənə vicdan əzabı çəkdirməyəcəksən. Sənə bir şey olmasını istəmirəm bilirsən, -Tahirə: and edirəm anamın ruhuna dediyini edəcəm, Tahir rahat nəfəs alıb – Aylına: o zaman gedək dayını gör uzaqdanda olsa. Aylın – Tahirə: yox gedək evə darıxdım qardaşınçün, Tahir təcüblə – Aylına: oları görmək istəmirsənmi? Aylın yalandan gülümsəyərək, – Tahirə: dostuma soz verdim. Anamın ruhuna and etdim, əlini Tahirə uzatdı dost olmaqçün. Tahir Aylının əlini sıxaraq zarafatla – Aylına: ən azından artıq toletə rahat gedə bilərəm, dost olduq çox şadam gülümsədi. Aylın – Tahirə: artıq gərək qalmadı dayımı görməyimə, sübut əldə edib dönəcəm hər kəsə, Tahir Aylına inandı. Maşını işə salıb – Aylına: verdiyin sözə inandım dostum, ancaq biraz qabaq Sərdarçün darıxdığını deməyinə əsla inanmadım, gülümsəyərək maşının qazına basaraq uzaqlaşdılar.
Gəlib evə çatdılar, Tahir Aylınla evə gəldi ki, Sərdar Aylına dönmə demişdi birdən yenə davalaşardılar. Sərdar zalda məşq edirdi çəkinirdi əynində tək mayka ilə. Tahir zala gəlib – Sərdara: dostum darıxmadın ki Aylınsız? Sərdar dayanmadan çəkinərək – Tahirə: qardaşım onun gəlmədiyini desən, indi sənin alnından öpəcəm. Tahir – Sərdara: alınmayacaq dostum məni alnımdan öpməyin, Sərdar çəkindiyi yerdən dayanıb Tahirə baxdı tərs – tərs, – Sərdara: sakit ol atan evdədir bilirsən. Sərdar dərindən nəfəs alıb oturdu yerdə, Aylın gəldi zala. Sərdar Aylını görüb əsəbləşdi – Aylına: demək qayıtdın hə? Aylın – Tahirə: dostum telefonunu məndə unutmusan, gətirib Tahirin telefonunu verib getdi. Sərdar – Tahirə: dostummu dedi o? – Sərdara: qardaşım sənə düşməndir mənə deyil, mənim onunla nə işim var? Sərdar ayağa qalxıb – Tahirə: o elə şeytandı bax. Bir neçə saata özüylə apararaq sənidə şaşdırdı, qardaşım anlayıram səndən incimirəm, səblə getdi zaldan. Tahirdə tez ardınca getdi ki yenə Aylınla davalaşacağından ehtiyat edirdi.
Aylının otağına gəldi qapını döymədən, Aylın telefonla kimə isə mesaj yazırdı. Sərdarı gördüyündə tez telefonu cibinə qoydu, Sərdarın gözündən qaçmadı bu – Aylına: hazırlaş təlimə başlayırıq birazdan, otaqdan çıxdı. Tahir qapının yanında dayanmışdı, Sərdarın davasız çıxdığını görüb pərt qaldı baxa, tez ardınca getdi.
Gecə olmuşdu, rəyis – Aylına: gecən xeyirə qızım Allah rahatlıq versin, Aylında – rəyisə: sizədə yoldaş rəyis, getdi. Aylında otağına gəlib yerinə uzanıb yatdı, çox yorğun idi.
Aylın yatdıqdan sonra Sərdar çox ehtiyatla qapını