Günahsız günahkar. Roman. Hissə – 2. Fatma Axmed kızı Nabieva

Чтение книги онлайн.

Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva страница 10

Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva

Скачать книгу

danışırsan qardaşım? ondan nə desən gözlənilir. Manyak hara getdi görəsən? – Sərdara: atana nə deyəcəyik indi? off Aylın başımıza oyun açma nə olar.

      Axşam olurdu, Tahirlə Sərdar oturmuşdular üzgün, Aylını tapa bilmədiklrinə görə nə deyəcəklərini düşünürdülər. Sərdar – Tahirə: bir tərəfdən yaxşı oldu qardaşım onun getməsi. Atama deyərik qorxub qaçıb bilmirik, Tahir üzülürdü, Aylın getsə əvəzinə dostu gedəcəkdi yerinə, çox çətin vəziyyətdə qalmışdı ortalıqda. Tahir – Sərdara: dostum Aylının əvəzinə mən gedərəm. Sərdar Tahirə baxdı təcüblə – Tahirə: səni ora gedincə yaşatmazlar, bunu bilirsənmi? dəli olma axlımı çaşdırma səndə.

      Qapı açıldı atası işdən gəldi salamlaşdı ikisiylədə, axşamınız xeyir necəsiniz? Aylını görməyib – Sərdara: Aylın hanı? Sərdar çatan kimi atasının Aylını soruşmasından biraz tutuldu. Sərdar ayağa qalxıb – atasına: ata bu gün məşqdən sonra, sözü ağzında yarımçıq qaldı Aylının gəldiyini görüb. Aylın gəlib – rəyisə: axşamınız xeyir yoldaş rəyis. Rəyis Aylını görüb şad oldu, axşamın xeyir qızım, məndə səni Sərdardan oruşurdum görməyincə. Aylın gülümsəyərək, – rəyisə: bu gün biraz məşqdə yorulduq ikimizdə, dincəlirdim otağımdaydım, rəyis – olara: çox gözəl. Qızım necə gedir məşqiniz? oğlum səni incitmədən, acılamadan, hazırlaşdırırmı? Aylın – rəyisə: düzü deməkdə biraz çətinlik çəkirəm, bilirsiniz əvəlcədən oğlunuzla olan münasibətimizi. Tahir narahat oldu, Aylın indi deyəcəkdi olanları. Aylın – rəyisə: bunu bilmənizi istəyirəm, oğlunuzla qürur duya bilərsiniz yoldaş rəyis, sizin sözünüzü yerə salmadan bütün gücü ilə məni öyrətməyə çalışır. Sərdar Aylına baxdı, Tahir rahat nəfəs aldı ki, Aylın olanları demədi əksinə təriflərdi Sərdarın özünə bu gün etdiklərinə baxmayaraq. Tahir Sərdara baxdı narazı baxışlarla. Atası sevindi, Sərdara yaxınlaşıb çiyninə əlini vuraraq – Sərdara: mən oğlumda yanılmadım heç bir zaman. Rəyis – Aylına: gördünmü qızım? deyirdin oğlum mənə oxşamır, bax necədə mənə çəkmiş, əyləşdi gülümsəyib. Sərdara bu sözlər pis təsir etmişdi, Aylın Sərdarı atasının qarşısında satmadı və atasıda gərçək olanları bilmədən fəxr etdi özüylə, Aylın – olara: mən axşam yeməyinizi gətirim, mətbəxtdə getdi. Tahir Sərdara baxırdı altdan – altdan, Sərdar – olara: məndə yardım edim, getdi mətbəxtdə. Sərdarın gedişindən Tahir narahat olsada, atası hələdə oturduğu yedən baxaraq qürur duydu oğlu ilə. Oğlunun ardınca baxıb -Tahirə: Aylın bu evə gələndən çox şey dəyişdi. Tahirin gözü mətbəxt tərəfdə qalmışdı, başını qaşıyıb baxdı rəyisə.

      Sərdar mətbəxtdə gəlib – Aylına: niyə gərçəkləri demədin atama, qorxdunmu məndən? Aylın Sərdara fikir vermədən hazırladığı yeməklərdən qablara çəkirdi. Sərdarın qarşısına pıçaqla çörəyi qoydu ki dilimləsin, Sərdar bir anlıq gözlərini yumub özünü toparlamağa çaışdı ki, Aylınla davalaşmasın. Aylın boş qabları və çənkəl qaşıqları götürüb siniyə qoydu. Sərdar dərindən nəfəs alıb pıçağı əlinə götürüb Aylına baxdı tərs – tərs, sakitcə çörəyə dilim çəkməyə başladı. Aylın çörək dilimlərini yığmaqçün qabda qoydu qarşısına, Sərdar dilimlədiyi çörəkləri qaba yığaraq – Aylına: sualıma cavab ver dedim. Aylın – Sərdara: nə deməyimi gözləyirdin? məşqə daxil olmayan idman növlərinlə məni yerə çaxmalarınımı? zor edərək öpmlərinimi? yoxsa gecə otağıma gəlib qolunu altımda qoyub əzdirdiyinimi? yaramı əzib xəstəxanalıq etdiyinimi? de bu etdiklərinin hansı qürur vericıdir atana. Tahirlə oturub söhbət edən atasını göstərib – Sərdara: səndən fərqli olaraq mən atanın üzülməsini istəmirəm, o səndən fəxir edəcək sözlər duymaq istəyir. Bu etdiyin pisliklərini bildiyində – duyduğunda səncə necə olardı onun halı? sən onun tək varlığısan. Yazıq kişinin bu həyatda səndən başqa fəxir edəcəyi başqa kimisə varmı? əlbətddə yoxdur. Ancaq sən belə şeyləri anlamassan, mənim silaha olan davranışım sıfır olduğu kimi, təssüflər olsun sənində belə şeyləri qavraman sıfırdır. Aylın əsblə Sərdarın əlinə yemək dolu sinini verib, – Sərdara: indi isə yeməkləri apar atan acdır işdən gəlib yazıqdır, səndə mənim kimi sıx dişinə səbir et atanın xətrinə az qalıb. Sərdar sinini götürüb biraz Aylına baxıb çıxdı mətbəxtdən, Aylında başqa sinini götürməyə çalışdı yarası acıdı. Bir anlıq dayanıb alnını qoluna qoyub öz – özünə: Allahım sən yardım et.

      Sərdarın gözü mətbəxtdə idi görürdü onu, Aylın sinini qaldırıb gütürdü çətində olsa, gətirib masaya yaxınlaşdığında sinini saxlamaqda çətinlik çəkdi. Sərdar tez tutdu əlindən götürdü sinini masaya qoydu, Aylının gözləri qaralırdı bunu Tahirdə anladı. Tez Ayağa qalxıb bəhanə ilə – Aylına: Aylın xanım sən gəl əyləş, biz yardım edək gerisinə. Aylının qolundan tutub otuzdurdu, rəyis oların Aylına qarşı hörmətinə baxıb razılıqla başını sirkələyərək əllərini bi – birinə sürtüb, ohh yeməklrin çox gözəl qoxur qızım. Mən artıq bu yeməklərin dadına öyrəndim, Sərdar bir anlıq atasının dediyi sözləri baxdı. Sonrada canı acıyaraq dişinə sıxıb bildirmədən oturan Aylınada baxıdı, dərindən nəfəs alıb yeməklərdən çəkib birinci atasının qarşısına qoydu. Atası qaşığı götürüb iştahla yeməyə başladı, mmm əllərinə sağlıq qızım çox gözəl olmuş. Rəyis – Tahirə – Sərdara: sizdə əyləşin yeyin çox dadlı olmuş. Aylın – rəyisə: nuş olsun yoldaş rəyis, Sərdarla Tahirdə əyləşib, qaşıqlarını götürüb yeməkdən yedilər. Tahir – Aylına: gərçəkdən çox dadlıdır əllərinə sağlıq, rəyis – Tahirə: gördünmü oğlum? dadmasan bilməzdin qızımın hazırladıqlarının tamını. Buyurun yeyin nuş olsun yeməyinə davam etdi. Sərdar atasının necə iştahla yeməsinə baxıb, özü haqda düz olmayanları duyaraq fəxr etməsindən xəcalət çəkdi. Tahir işarə etdi ki artıq – əksik söz işlədib atasını üzməsin, Sərdar altdan – altdan Ayına baxdı. Aylınında özü səbəb olub necə canı acııdığını hiss edirdi, üzgün – üzgün çarəsiz yeməyini yedi.

      Beləcə günlər keçirdi səhər acılmışdı, Sərdar Aylının yarasını zədələyəndən sonra Aylınla məşğul olmurdu, təlim keçmirdi. Divanda əyləşib jurnala baxırdı, Aylın duş alıb mətbəxt tərəfə gedirdi. Sərdar – Aylına: sabahın xeyir deməkdə yoxmu? Aylın dönüb Sərdara baxdı, sənin olduğun yerdə hansı sabahım xeyirli oldu ki? xatırlamıramda. Sərdar gözünü jurnaldan çəkmədən – Aylına: neçə günlərdir məşq etmirik, uşaqlıq etməyi bir kənara qoy artıq. Aylın – Sərdara: Sərdar bəy əlində tutuduğun uşaqlara ait jurnalı oxudumağından görünür uşaq kimdir, məncə sənin yaşından keçib uşaq jurnalıyla maraqlanası. Sərdara acıq verdi, Sərdar Aylına baxıb yalandan gülümsəyən kimi göstərdi özünü. Sərdar – Aylına: hardan bildin mən nə oxuyuram? -Sərdara: o jurnal mən gələndən var burda, görünür kiçiklik yadıgarındı. Sərdar Aylını süzdü heyif çıxacaq baxışlarıyla, – Aylına: səni böyük qarşısında necə davranmaq lazımdır deyə necə tərbiyələndirə bilərəm? xəstaxanalıqda oldun yenə axıllanmadın sən. Aylın – Sərdara: sən hələ uşaqlıq illərindən çıxda, başqalarının dərdinə qalma. Aylın Sərdara acıq verib getdi mətbəxtdə.

Скачать книгу