Günahsız günahkar. Roman. Hissə – 2. Fatma Axmed kızı Nabieva

Чтение книги онлайн.

Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva страница 13

Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva

Скачать книгу

olmasın. Rəyis – Tahirə: sabahın xeyir oğlum, nədir o düşündüyün kimi olmayacaq? Tahir – rəyisə: mənə güvənmirsinizmi siz? rəyislə Sərdar Tahirə şaşqın baxışlarla baxdılar. Sərdar – Tahirə: nə olur səhər – səhər sənə? doğru düzgün anlatsana. Tahir – rəyisə: tapşırığınızı yerinə yetirdik Aylınla. Atası Sərdara baxdı təcüblə, rəyis -Tahirə: oğlum sən nədən danışırsan anlatacaqsanmı? Aylın gecədən plan qurduğumuz yerdədir, hər şey hazırdır bildirməyə gəldim. Sərdarla, atası ikisi birdən, nəə? sən nə danışırsan? rəyis ayağa qalxdı. Tahir çaş – baş baxa qaldı, – rəyisə: Aylın zəng edib sizin dinləndiyinizi və izləndiyinizi dedi. Mənim onu aparmağımı tapşırdığınızı dedi, Sərdar geri divana əyləşib – Tahirə: sən nə etdin qardaşım, başını tutdu əlləri ilə. Tahir – rəyisə: anlamadım mən, bu sizin əmriniz deyildimi? rəyis baxa qalmışdı Aylının etdiyindən şokda idi. Tahir anladı Aylının özünü aldatdığını öz – özünə: Aylın sən məni aldatdınmı? Sərdar Tahirə baxıb başını narazılıqla sirkələdi. Rəyis – Tahirə: nə etdin oğlum sən, necə mənə demədən başqasına inana bilərsən? Tahir qaldı baxa, çox üzüldü Aylının özünü aldatmasına. Tahir – rəyisə: siz dediyinizdə Aylına özünüzdən çox inanırsınız məcbur inandım, Tahir pis oldu bu duruma düşməsindən. Sərdar qalxıb Tahirə yaxınlaşdı. Qardaşım onu mən tanıyıram atam onu mələk bilsədə, mən bu yalanlarına görə onu sevmirdim. Rəyis – oğluna: tez ora lazımı qrupları yolla, hər kəs iş başına. Orda qızın həyatı təhlükədədir, sən burda onun kim olub – olmadığından danışırsan, – atasına: sən ki əvəldən bilirdin ora getdiyində qızının həyatı təhlükədə olacaq, indi bu nə həyəcanıdır? Sərdar tez gedib maşının açarını, silahını götürdü. Atasıda pencəyini telefonunu götürüb çıxmaq istədikdə Tahirin hələdə getmiyib dayandığını görüb, – Tahirə: oğlum özünə gəl artıq. Tahir – Sərdara: birdə bir problemimiz var. Sərdar pencəyini geyinərək -Tahirə: dünyada ən böyük problem Aylın adlanır qardaşım, anladıq. Tahir – Sərdara: mən o binaya partlayıcı cihazlar yerləşdirdim, pultuda Aylındadır.

      Rəyis geri dönüb baxdı, Sərdar şaşqın baxışlarla baxdı Tahirə ki, bu qədərdə səhv olmaz qardaşım, rəyis inana bilmədi eşitdiyinə -Tahirə: nə etdin nə etdin? Tahir zorla cavab verdi. Aylın dedi ki siz tapşırmısınız ora cihazarı yerləşdirim, rəyis dizlərinə vurub – Tahirə: oğlum sən dəlisənmi? nə cihazı, nə pultu? biz birinci gündən vaz keçmişdik o plandan. Tahir başını tutub özünə baxan Sərdara baxdı, Sərdar tez Aylına zəng etməkçün telefonunu çıxardı, telefonun ekranında Aylından gələn mesaj vardı idi, açıb oxudu. Sizi aldatdığımçün məni bağışlayın, atanı üzmə özünədə yaxşı bax Sərdar bəy. Tahirə acıqlanmayın onun günahı yoxdur, birdə bunu deyim sizin mənədə borcunuz yoxdur, demişdim sənə borcumu neçə ödəyəcəyimi. Mənə bu həyatdan gərçəkdən heç bir şey gərək deyil, dediyim kimi anamın yanına getmək istəyirəm çox yoruldum. Sərdarın gözləri doldu bi ixtiyar, – atasına: evdən tək – tək çıxaçağıq ətrafdakıları şüphələndirmədən. Sərdarın gözlərinin yaşarması atasının gözündən qaçmadı – oğluna: o zaman siz Tahirlə öndən çıxın, mən biraz sonra çıxaçam. Tahirllə Sərdar çıxdılar evdən, atası divara söykənib öz – özünə: sən niyə belə edin qızım? kövrəldi.

      Sadiqlə anası Aylının müalicə aldığı xəstəxanaya getməyə hazırlaşırdılar. Anası – Sadiqə: oğlum qızım şad olacaq, birinci təbrik edən biz olaçağıq, – anasına: bir həftə çox zor keçdi dostumü üçün. Anası gülümsəyərək, – Sadiqə: yaxşı ki küçüyünüz var, yoxsa Aylınsız darıxdğını kimin üstünə atardın? Sadiq dərindən nəfəs alaraq – küçüyünə: dostum Aylın başqa insandır. Kimsəyə bənzərliyi yoxdur, ona öncədən yaxşı davran ki sonra peşman olma. Anası oğlunun saçını qarışdırıb – Sadiqə: bu məsləhətlərindən birazınıda özünə saxlasaydın oğlum. Sadiq anasının sözünə gülümsəyib, – anasına: Aylına ən böyük hədiyyə olacaq bunu gördüyündə, küçüyü öpüb yerə buraxdı. Anası yaxınlaşıb başını oğlunun sinəsinə qoyub, – Sadiqə: mən bilirəm sənin ürəyini oğlum, sən deməyə çətinlik çəksəndə kövrək ürəyini oxumaq heçdə çətin deyil. Sadiq anasını sınəsinə sıxıb öpdü alnından, məni tək bir canım anam anlayır, birdə Aylın. Anası oğlunun sinəsindən öpüb oğluna baxıb gülümsədi, – anasına: yəni o da anlayır mənasında dedim. Sadiqin xasiyyəti belə idi anası yaxşı bilirdi, başını narazılıqla sirkələyib -Sadiqə: mən baxım əksik qalan şeylərimiz varmı, getdi.

      Kamillə Ramizdə maşınla gedirdilər Aylının yanına xəstaxanaya, Kamil darıxırdı tez – tez saatına baxırdı, off çatmırıqmı? sıxıldım mən. Ramiz – Kamilə: döz uşaq deyilsən ki? istəyirsən saxlayım maşını hava al biraz, – Ramizə: yox gərək deyi. Heç belə sıxılmazdım nə oldu mənə? Ramiz maşını idarə edirdi. Bilmirəm məndə axşam elə olmuşdum, yata bilmirdim yuxumuda qarışdırdım, səhər Aylın mesaj atdığında rahat oldum. Kamil – Ramizə: elə bil ürəyim indi çıxacaq yerindən, elə çırpınır oyandığımdan. Ramiz telefonunda baxdı nə qədər yol qalıb deyə, – Kamilə: az qalıb dostum döz. Kamil ofuldayıb köynəyinin yaxasını dartıb yola baxdı. Ramiz dərindən nəfəs alıb, paçkadan siqaret götürüb alışdırıb çəkdi.

      Sərdar Tahirlə Aylınla əlaqə yaradacaqları maşına gəldilər, maşının qapısını açıb əyləşdilər. Sərdar maşındakı başqa – oğlana: tez Aylınla əlaqə yarat. Oğlan Aylınla əlaqə yaradıb qulağına taxan cihazı Sərdara verdi, Sərdar tez götürüb taxdı qulaqlarına cihazı. Aylın məni eşidirsənmi? Aylın yavaş səslə – Sərdara: eşidirəm Sərdar bəy. Biraz yavaş danış yuxumu dağıtdın, Sərdar Aylının səsini eşidib biraz rahat oldu. Sərdar – Aylına: bu etdiklərinin cavabını mənə sonra tək – tək verəcəksən, sən ehtiyatla ordan çıx gəl indicə səni gəlib mən götürəcəm. Aylın – Sərdara: mənim qərarım qətidir Sərdar bəy, dostumla bu qədər hazırlıq etdikdən sonra planı pozmaqmı istəyirsən? – Aylına: qulaq as mənə plan pozulmayacaq, sadəcə başqa vaxt olacaq bu gün deyil. Aylın – Sərdara: başqa gün yoxdur mənimçün bu gün var, mən burda qalıram sizdə oralarda durun, gəldiklərini bildirin mənə. Sərdar əsəbi idi, ancaq yaxşıda bilirdi ki Aylına bağırsa hər dediyini əksinə edəcəkdi. Özünü toplayıb mülayim olmağa çalışdı – Aylına: bax canım qulaq as böyük sözü dinlə, dediyimi et anlaşdıqmı? – Sərdara: yox dedim. Sərdar yenə özünü saxlaya bilmədi, bağırdı! – Aylına: dedim çıx ordan gəlib götürürəm səni, bəlkədə oralarda biriləri vardır mən sənin həyatını təhlükəyə atmaq istəmirəm. İnan yoxsa bu dəqiqə səni ora gəlib, özünə baxan Tahirə oğlana gözü sataşdı, sözünün ardını demədi. Aylın – Sərdara: mən artıq məşqimi bitirdim Sərdar bəy səninlə, mənimlə yüksək səslə danışma anladınmı? sən heç danışma başqası əlaqə saxlasın mənimlə. Əgər bura bir nəfər yaxınlaşarsa məni götürmək adıyla, cihazın pultu əlimdə hazırdır, bilirsən basaram gözümü qırpmadan göyə sovuraram buranı. Sərdar Aylını saktdəşdirməyə çalışdı – Aylına: anladım tamam sakit ol, bir dəqiqəlik dayanıb gözlərini yumub düşündü. Sərdar –

Скачать книгу