Günahsız günahkar. Roman. Hissə – 2. Fatma Axmed kızı Nabieva

Чтение книги онлайн.

Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva страница 12

Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva

Скачать книгу

narahat etməyim, telefonu yerinə qoyub ofuldayıb yatağına uzandı. İnşallah hər şey yaxşıdır, gözünü yuma bilmədi narahatçılığından.

      Sadiqdə yuxudan küçüyün ulayan səsinə oyandı, nə oldu buna? tez yerindən qalxıb gəlib küçüyə baxdı, kücük qorxmuş kimi görünürdü yazıq – yazıq ətrafa baxırdı. Sadiq gülümsəyərək, – küçüyə: dostum sən nədən qorxdun? gəl baxım kim qorxuzmuş səni, küçüyü qucağına aldı qucaqladı. Sən təklikdənmi qorxdun? gedək mənimlə yataq qorxma, küçüyü aparıb otağına getdi. Gətirib yatağına qoydu tumarladı -küçüyə: qorxma mənimlə yatacaqsan, küçük yenə zingildəməyə başladı. Sadiq yerində oturub – küçüyə: nə oldu sənə, bu nə səslərdi? qorxaq olma bu qədər, gəl dostum gəl. Qucağına aldı küçüyü, sığallayıb sakitləşdirdi. Küçük Sadiqə burnunu qısıb sakit dayansada, nədən isə narahat olduğu hiss olunurdu. Sadiq – küçüyə: xəstələndinmi sən? səhərə az qalıb həkimə aparacam səni, öpüdü küçüyün başından. Küçük Sadiqin qucağında zingiltili səslər çixararaq baxırdı, Sadiq küçüyü sığallayaraq sakitləşdirməyə çalışdı.

      Aylın Tahirlə dağılmış – baxımsız qalmış bir tikinti yerinə gəldilər. Tahir çox yavaş danışırdı – Aylına: sən mənim başıma açdığın oyun nədir? Sərdar bilərsə partlayıcı haqda məni yaşatmaz, bilirsənmi? – Tahirə: dostunun məndən zəhləsi ketdiyini yaxşı bilirsən. Narahat olma bilməz, dostunun ölməsinimi istəyirsən sən? yada atasınınmı? Tahir yavaş səslə – Aylına: Allah qorusun istəmirəm heç kimin ölməsini. Aylın -Tahirə: o zaman danışmadan qur cihazları hər tərəfə. Elə et ki lazım olsa burdan bir nəfərdə sağ çıxmasın. Tahir şüphəli baxışlarla baxaraq – Alına: bu son variantımızdır Allah etməsin, səni görərlərsə istifadə edəcəksən bunu danışdıq səninlə dostum. Tahirin özünə dostum deməsindən Aylının xoşu gəldi, yazıq – yazıq çarəsiz baxan -Tahirə: söz verdim dostum narahat olma, gərək olmayacağına məndə inanıram. Aylın gülümsəyərək, – Tahirə: mənə bir şey olmaz qorxma, əğər dediyimiz son variantımıza ehtiyac olarsa, mən sübüt olaraq vidyo çəkəcəm və özüm çıxdıqdan sonra partladacam. Tahir- Aylına: burdan necə çıxacaqsan ki? -Tahirə: hər tərəf dağılmış görürsən, bir tərəfdən yol tapıb çıxaram. Məni bir aydı buna demi hazırlaşdırırdı dostun yerə çırparaq? Tahiirin baxdığını görüb, tamam zarafat edirəm. Aylın – Tahirə: dostum hava işıqlanacaq birazdan cəld ol, Tahir gətirdiyi partlayış cihazını aparıb getdi.

      Aylın ətafa baxdıb gizlənəcək yer axtardı, Tahir cihazları quraşdırırdı. Aylında bir yer tapdı özünə gizlənməyə, öz – özünə: burası mənə görədir, dağılmız daş qırığlarını yığırdı gətirib anbara. Tahirdə gəldi cihazları yerləşdirib – Aylına: hər şeyi cəld etməliyik dostum. Bura o şərəfsizlər gəlmədən öncə qorumalarını göndərəcəklər, buranın hər yerini baxışdan keçirəcəklər və sonra olara xəbər verəcəklər. Əmin olmadan gəlməzlər bura o şərəfsizlər, səni görsələr həm planımızda batar, həmdə öldürəllər səni və sonrasınıda bilirsəndə?

      Aylın -Tahirə: planımızın batmaması üçündə rəyisə bu haqda, burda hər şeyin hazır olduğundan sora evinə gedib deyəcəksən. Bizdə gecədən buna görə demi əlləşirik burda dostum? Tahir öz – özünə: mənə niyə öncədən bildirmədi axı? mən onun yanında idim bütün günü işdən ayrılana kimi. Aylın – Tahirə: plan nəyə deyillər? bəzi şeylərdə dəyişiklik ola bilir, məndən yaxşı bilirsən. Sən burda mənimlə şüphə dolu söhbət edincə get qalanlarıda qur, birdə gözdən keçir hər şey düzdürmü. Əgər mənə inanmırsansa götür özün zəng et rəyisə soruş. Tahir çox çətində olsa Aylına inandı, çantadan başqa partlayıcı cihazları götürüb getdi. Aylın dərindən nəfəs alıb Tahirin ardınca, səndə məni bir gün bağışlayarsan dostum, yalan danışmaq zorunda qaldım.

      Sərdar saat 6 – da oyandı, qalxıb getdi vannaya, Aylının getdiyindən xəbərsiz idilər. Geçə atasıla dartışmışdılar və sonunda planın bu dəfə baş tutmayacağına qərar vermişdilər. Atasıda gecə yata bilmədiyindən qalxmamışdı hələ yerindən. Sərdar yuyunub gəldi, divanda oturub qolundakı saatına baxdı. Öz – özünə: atamın planı baş tutmadı deyə incimiş məndən, yoxsa çoxdan oyanardı. Yat ata yatmağın yaxşıdı mənimlə davalaşmağındansa, həmdə bu gün bazardı dincəlmiş olarsan. O alçağı isə başqa yolla mən ələ keçirəcəm, söz verirəm sən heç ürəyini sıxma. İndiyə qədər sən deyəni etdim, artıq özüm quracam planı sənsiz, qalxıb getdi mətbəxtdə qəhvə hazırlamağa.

      Hər şey yerində idi, Tahir cihazları partladacaq pultunü verib – Aylına: bax bura basdığında hammısı birdən göyə sovrulaçaq. Ətrafa baxıb – Aylına: buda səninlə əlaqə yaradacağımız mikrafondur, Aylının üstünə yerləşdirdi. Basdığında səsini duyacağıq, basmasan səsin gəlməz anladınmı? Aylın Tahirin dediklərinə diqqətlə qulaq asırdı. Tahirin üzündən necə həyəcanlı olduğu anlaşılırdı. Tahir – Aylına: burda partlayış anı qalsan nələr olacağını bilirsən, sənə yetişməmizçün ən azı 10 dəqiqə filan lazımdır. Biz çox kənarda dayanacağıq, oların bizidə görməmələri lazımdır. Sən bizə buranın və özün haqda məlumatını verəcəksən. Cox aşağı səslə, pıçıldayaraq anladınmı? – Tahirə: anladım dostum bu haqda dostun öyrədib məni, get artıq vaxtdır. Aylın -Tahirə: Tahir, Tahir baxıdı – Aylına: buyur Aylın xanım. Aylın gülümsəyərək, -Tahirə: burax xanımı filan, hər şeyçün cox sağol sən yaxşı dostsan. Sərdarı heç vaxtdı tək qoyma, – Aylına: elə danışırsan bir daha görüşməyəcəyik kimi. Səndə gərçəkdən mərd qızsanmış halal osun sənə bizə kömək edirsən. Aylın Tahirin boynunu qucaqladı, bir anlıq Tahir baxa qaldı, öz – özünə gülümsədi Aylının sadəliyinə və saf ürəyinin olmasına. Özüdə qucaqlayıb bağrına basaraq – Aylına: biz axşama görüşəcəyik, danışdıqmı? dostuna söz verdin unutma. Aylın Tahirin baynunu buraxıb gülümsəyərək, – Tahirə: danışdıq dostum, geci – tezi görüşəcəyik söz. Tahir ətrafa göz gəzdirib saatına baxdı, saat 7 – ə işləyidi, mənim burdan çox ehtiyatlı çıxmamğım lazımdır. Gedirəm rəyisə bildirim hər şeyin hazır olduğunu, olar axşama gələcəklərsə gözətçiləri az vaxtdan burda olacaqlar, yerindən çıxma. Aylın keçib yerində əyləşdi daşların ardında. Tahir Aylının oturduğu yerə birdə baxdı qıraqdan, – Aylına: görsənmirsən, silahın üstündədir demi? Aylın tapancanı göstərib işarə etdi ki, get artıq. Tahir gedincə – Aylına: bax əlindəkiyə ehtiyatlı ol, burdan özün çıxmamış basmaq yoxdur, -Tahirə: get artıq. Tahir boş çantanı götürüb getdi, Aylın dərindən nəfəs alıb öz – özünə: çox şükür inandıra bildim bunuda. Telefonu çıxarıb Ramizə – Kamilə – Sadiqə – Nərgizə, mesaj göndərdərməkçün nə isə yazmağa başladı.

      Ramizin telefonuna mesaj gəldi, telefonunu götürüb baxdı mesaj Aylınan idi. Açıb oxudu, birdənəm salam sabahın xeyir necəsən? axşam yuxumda səni gördüm, yaxşısanmı? birazdan həkimlərin müyanisindən keçəcəm telefonum sönülü olsa bağışla. Mənim tək bir varlığımsan sən bu həyatda, səni çox istəyirəm öpürəm.

Скачать книгу