Günahsız günahkar. Roman. Hissə – 2. Fatma Axmed kızı Nabieva

Чтение книги онлайн.

Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva страница 11

Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva

Скачать книгу

qulağına pıçıltıyla – Aylına: sən düz atəş aça bilmirsən, hər atdığın mərmin yan keçir. Aylının əlindəki silahla mişenə tuşlamağı göstərdi, barmağını tətikdə olan Aylının barmağının üstünə qoyub sıxdı, silahdan atəş açıldı. Aylın gözlərini yummuşdu səsdən, silahda Sərdarında əli olduğuna görə, atılan mərmi düz dəymişdi həmişəki kimi mişenin başından. Sərdar Aylının qulağına təkrar pıçıldadı, birdə gözü açıq düşmənınə baxaraq atəş açaq. Aylının saçlarını qoxladı üzünü sürtdü, Aylın əsəbləşdi Sərdarın hərəkətinə, bu dəfə silahı mişenə tuşlayıb, gözünü yummadan atəş açdı. Ancaq yenə yan keçdi dəymədi mərmi. Sərdar pıçıltılı səslə – Aylına: həyəcanlısan çox ona görə yan keçir, nədir səni bu qədər həyəcanlandıran? fikrin orda olsun məndə deyil. Aylının əllərindən təkrar tutub silahı mişenə yönləndib – Aylına: fərqi olmamalıdır düşməninin hansı tərəfində olaması. Silahı qaldırdığın an dəqiq atəş açmalısan, Sərdar Aylının barmağının üstündən öz barmağı ilə basaraq, təkrar atəş açdırdı. Sərdarın indiyə qədər bir mərmisi yan keçməmişdi mişendən, yenədə duz ünvanına yetişmişdi. Aylını özünə tərəf çevirdi gözlərinə diqqətlə baxaraq, – Aylına: heç vaxtdı qarşında olana həyəcanlı olduğunu hiss etdirmə. Əks halda hər şeyini itirərsən bir göz qırpımında, yəni həyatını deyirəm. Aylın Sərdarın özünə belə yaxın durmasından əsəb olurdu, əlindəki silahı aşağıda tutub baxırdı üzünə çəkinmədən.

      Aylın bəzən özünü zor tuturdu Sərdarı vurmamaqçün, Sərdarda bunu çox gözəl anlayırdı. Aylın – Sərdara: çox alçaq hərəkətlərin var bunu bilirsənmi? səni tanıdığımdan bir dəfədə olsun mərəfət, qanacaq görmədim səndən. Hardandır səndə mənə qarşı bu qədər nifrət, pislik? – Aylına: səninlə bu son məşqimiz idi dediyim kimi, bundan sonra gərçəkdən mənə maraqlı olmayacaq, dediklərimi və göstərdiklərimi qavramasanda. Sərdar – Aylına: sualının cavabınıda verim, sənə qarşı nifrətim pisliklərim sən qarşıma çıxdığın gündən yarandı. Mən heç sevmirəm soyuq qəhvəni, yaxınlaşıb masadan qəhvə fincanının birini götürüb içdi. Aylın əlini üzünə çəkib Sərdara baxdı, – Aylına: gəl iç hələ soyumamış. Aylın silahı masaya qoydu qəhvəsini içmədən getdi. Sərdar ardınca – Aylına: mən qəhvəni tək içməyə xoşlayıram, anladığınçün təşəkkürlər, kinlə gülümsədi. Aylın cavab vermədən çıxdı zaldan, Aylın çıxan kimi Sərdarın üzünü ciddi ifadə aldı, qəhvəsini içərək nə isə düşündü.

      Axşam olmuşdu rəyis işdən gəlmişdi, Aylın Sərdardan çox icimişdi bunu rəyisdə anlamışdı. Oğlunun yenə Aylını incitdiyini çox gözəl bilirdi çarəsiz susurdu, bilirdi ki soruşsada deməyəcəkdilər. Sərdarında kefi yox idi, yeməyini qarışdıra – qarışdıra fikirə dalmışdı. Rəyisdə iştahsız yeyirdi yeməyini, Aylın onun sözlü olduğunu anlamışdı. Yemək bitdikdə Aylın – rəyisə: nə vaxt gedirəm? Sərdar anlamadı Aylına baxdı Rəyis dərindən nəfəs alıb biraz baxıb yavaş səslə, – Aylına: sabah qızım. Aylın sevindi, ayağa qalxıb siniyə masadakıları toplayaraq – rəyisə: hər zaman şad xəbər olasınız yoldaş rəyis, bitsin bu iş çox uzandı sıxıldım. Sərdar – atasına: sabahmı? atası bilirdi oğlunun ən yaralı yerinə toxuncaqdı bu xəbər. Atası – Sərdara: hə oğlum, sabah axşama o alcaqların görüş yerində olmalıyıq olardan öncə. Xəbər aldım ki sabah bu işlə əlaqədar olan bütün şərəfsizlər bir yerə toplaşıb çox böyük işlərini həll edəcəklər. Aylını sabah səhərin gözü açılmamışdan aparmalıyıq ora, hec kim görməsin şüphələnməsin. Sərdar – atasına: ata hələ hazır deyil, düzgün mişenə atəş aça bilmir bu. Orda özünü qoruya bilməz, bizimdə ona yardıma yetişə bilməyəcəyimizi ikimizdə yaxşı bilirik.

      Aylın – rəyisə: mən sizə çəkib sübüt qoyacam bundan heç şüphəniz olmasın, kameranı özümün olduğu yerdə bir tərəfdə gizlədəcəm. İşdi birdən məni görsələr təslim olaram kamera əllərinə keçməsin, çəkən kimi sizə xəbər verəcəm, o aradada siz çatarsız danışdığımız kimi. Sərdar – atasına: bu nə danışır? nə təslim olması? səni ora subut əldə etməyə göndəririk dəli təslim olmaqçün deyil, bağırdı! Aylına. Ata bax indidən bizə bu qulaq asamır, – Aylına: sən getməyəcəksən heç yerə, naladınmı məni? rəyis qalmışdı oğluyla Aylının ortasında çarəsiz. Aylın – Sərdara: mənim canımın dəyəri olamdığını sən yaxşı bilirsən, indi qarşıma keçib mənə nə isə olacağından narahat olan kimi göstərmə özünü. Sərdar bağırdı! – Aylına: suss danışma, burda qərarları biz veririk anladınmı? sənin orda ölmənə göz yuma bilmərik, qanun belə tələb edir mən deyil. Atası dərindən nəfəs alıb – olara: o zaman bu söhbət burda bitmişdir, ayağa qalxdı – Aylına: heç yerə getmirsən qızım. Sərdar atasınıda anlayırdı, neçə illərdi o şərəfsizlərə görə boşa qanlar tökülürdü. Sərdar – atasına: ata icazə ver bunun əvəzinə mən gedim, mən bunun kimi deyiləm hammısını birdən həll edərik bitər bu iş. Atası dərindən nəfəs alaraq üzgün baxışlarla baxdıb -Sərdara: səni ora çatmağa qoymazlar oğlum. Bunu bilirik ikimizdə, sən çoxdan başqaları tərəfindən izlənirsən, ətrafımız satqınlarla doludu xəbərsizik.

      Tək Aylının işimizlə əlaqəsi olmadığına inanmışlar, – Sərdara: Aylını xəstaxanaya apardığın günüdə izləmişlər, həkimdən maraqlanmışlar nə üçün qızı gətirdiyinizi xəstəxanaya. Həkimdə danışdığımız kimi çox şükür aldadaraq inandıra bilmiş oları. Aylın hamilə olduğuçün özündən keçinərək, sən tərəfindən xəstaxanaya çatrırdığını demiş. Sənin izin alaraq evdə Aylınla vaxt keçirdiyini düşünürlər. Aylın – rəyisə: kimlərdir onlar, niyə tutmursuz oları? rəyis çarəsiz baxışlrla baxaraq – Aylına: qızım oları tutsaq izlərini itirərik. Olar bizi izlədikləri kimi, bizdə oları izləyirik özlərindən xəbərsiz, sizi sevgili kimi anlamışlar bəxdimizə. Aylın utanıb kənra baxdı, atası – Sərdara: sən getməyəcəksən oğlum anladınmı? bu mənim qisasımdır bir nəfərdən illər qabağa alacağım, bu dəfə özüm gedəcəm. Sərdar nə isə demək istədi, atası əli ilə işarə edərək – Sərdara: bəlkə mənim getməyimdən şübhələnməzlər, otağına getdi. Sərdar atasının ardınca, sən özünü vurdurmaq istəyirsənsə açıq de, atası cavab vermədən getdi, Sərdar çox pis oldu. Aylın Sərdarın atasız yaşaya bilməyəcəyini çox yaxşı anlayırdı. tək varlığı atasıydı bu həyatda, Aylın sinini götürüb səssizCə getdi mətbəxtdə.

      GeCə saat 2:00 olurdu, Aylın yavaş səslə telefonla Tahirlə danışırdı otağında. Aylın – Tahirə: rəyis dedi ki sənin hər şeydən xəbərin var, sənə nə ediləcəklərini mən çatdırım, oların telefonlarının başqaları tərəfindən dinlənə bilər. Vaxtımız çox azdır indi mənə qulaq as, dediklərimi hazırla iki saatdan mən evdən çıxaçam gizlin arxa qapıdan. Evə yaxınlaşma, mən sənə gələcəm dayandığın yerə. Evində izləndiyini dedi rəyis, tapşırdı ki məni gedəcəyim yerə sən yerləşdirəcəksən. Sonra səhər açıldıqdan sonra evə gələrək məlumatlandıracaqsan hər şeyin hazır olduğunu. Analdınmı məni? Sərdarda izlənilir, onada zəng və ya mesaj filan yollamırsan bu iş bitincə.

Скачать книгу