Günahsız günahkar. Roman. Hissə – 2. Fatma Axmed kızı Nabieva
Чтение книги онлайн.
Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva страница 17
Ramiz Şahnaz xanımı gətirib maşınına qoydu, şofer pərt – pərt baxırdı, bu nə haldı Şanaz xanım? nə oldu sizə? arvad halsız vəziyyətdə -Ramizə: oğlum bizim maşınla gedərəm mən, narahat olma. Ramiz – arvada: siz Aylına ana sayılırsınız, mənədə oğlum deyirsiniz, sizi bu halda tək qoya bilmərəm yanınızda olmalıyam içazənizlə, yanında əyləşdi. Kamil sükan arxasına əyləşdi, Sadiqdə anasının yanında əyləşdi şoferi yardım etdi qolundan tutub. Ramiz arvadın başını özünün sinəsinə sıxıb mehribanlıqla – arvada: anam siz biraz dincəlin çatana kimi. Şofer baxa qalmışdı, Ramiz – şoferə: ardımızca gəl səndə, şofer tez qaçdı maşına tərəf. Kamil əsəblə maşını işə salıb qaza basaraq getdilər.
Tahir Sərdarı gətirib xəstəxanaya gəlmişdi, Aylını əməliyyat edən otağın qarşısında dayanmışdılar. Sərdar inana bilmirdi Aylının sağ olduğuna. Divara söykənim dayanmışdı, halı olmasada ayaq üstə qalmağa çalışırdı, – Tahirə: içərdəki Aylın deyilsə? – Sərdara: Aylındır mən soruşdum, dəqiq özüdür. Sərdar dərindən nəfəs alıb titrədi, Tahir tez çağırdı yaxında olan – tibb bacısına: baxrsınızmı bura? tibb bacısı gəldi. Sərdar həyəcan keçirirdi, Sərdarı görüb – Tahirə: ardımca otağa gətirin, həkimə bildirim. Tahir Sərdarın qolundan tutub aparmaq istəyirdi, Sərdar getmədi – Tahirə: burax məni, lazım deyil mənə heç nə. Tahir bilirdi Sərdarın xasiyyətini – Sərdara: yaxşı anladım, gəl əyləş biraz özünə gəl. Sərdarı yaxındakı divanda otuzdurdu. Tibb bacısına işarə etdi ki, həkimi bura çağırsın, qız anladı getdi. Sərdar Aylınla keçirdiyi günləri xatırlayırdı pis olurdu, Aylınla dediyi sözlər qulaqlarında səslənirdi. Get gəbər mənə nə? onu incitdiyi anlarını xatırlayırdı, gözlərinin önündən hər şey keçirdi üzülürdü, çox peşman idi etdiklərinə. Əliylə başını tutub öz – özünə: dilim quruyaydı sənə o sözləri dediyim yerdə. Mən sənə ürəkdən demirdim canım, gözlərindən yaş süzüldü yanaqlarına, pıçıltılı səslə öz – özünə: bağışla məni. Tahir Sərdara baxdı anladı dostunun halından, ürəyi sıxıldı karidor tərəfə baxdı ki həkim harda qaldı. Tahir- Sərdara: keçdi hər şey yaxşı olacaq, bitdi dostum sakit ol.
Geçə olmuşdu, Ramiz gil hələ yol gəlirdilər maşınla. Ramizin sinəsinə başını qoyub Şahnaz xanım hələ ağlayırdı sakit – sakit. Ramiz Aylının az vaxtda bu insanın qarşısında hörməti İlə özünü qızı kimi sevdirə bilməsini düşündükcə qürur duyurdu. Kamil çox əsəbi fikirli – fikirli maşını idarə edirdi heçkimlə danışmırdı, Sadiq maşının yan şüşəsindən dışarı baxırdı. Bugünkü qarışıq şok hadisələr hammını qısa zamanda yormuşdu, hər kəs Aylın haqda beyinləridə bir şeylər düşünürdülər, danışmadan səssizcə.
Gecə saat 10:00 olurdu, Aylın çox qalmışdı əməliyyat otağında, rəyisdə gəlib çatmışdı xəstəxanaya, oğlunun yanında sakitcə oturmuşdu. Tahir divara söykənib dayanmışdı. Qapı açıldı əməliyyat otağından axır ki həkim çıxdı, çox yorğun görününrdü, yazıqlar saatlarca əməliyyat etmişdilər. Atasıyla Sərdar ayağa qalxdılar, Tahirdə divardan çəkilib dayandı baxdı həyəcanlı baxışlara. Həkimin pis xəbər verəcəyindən hammısı bir anlıq şok saniyələr keçirirdilər. Həkimdən Aylın haqda bir söz soruşmağa cürət etmirdilər. Həkim dərindən nəfəs alıb – olara: çox ağır bir əməliyyat keçdi yaralımız. Əməlyatımız, həkim dərindən nəfəs aldığında Sərdarın gözlərində qalan umudu məhv oldu, düşündü deyəcəkdi qurtara bilmədik başınız sağ olsun. Həkim – olara: uğurla bitdi çox şükürlər olsun, xəstəmizdə daxilən güclü birisi olduğuna görə, bizdə onun həyatını qurtara bildik, gözünüz aydın olsun. Rəyis oğlunu qucaqlayıb Allahıma şükürlər olsun, duydunmu oğlum həkim nə dedi? mənim qızımın daxilən güclü olduğuna heç bir dəfədə olsun şüphə etmədim. Rəyis gəlib həkimin əlini sıxaraq təşəkkür etdi, sizə minnətdaram doktor, sözlə ifadəsi yoxdur demək istədiklərimin, siz tək Aylının deyil, bizimdə həyatımızı qurtardınız. Həkim gülümsəyərək, – rəyisə: dünyanın işini bilmək olmaz sizin bizə, bizimdə sizə işimiz düşər bir gün yoldaş rəyis, kim bilir. Rəyis həkimin nə demək istədiyini anladı, – həkimə: həyatda hər şey qarşılıqlıdır doktor, bizə düşən tərəfini canla – başla həll edərik, heç şüphəniz olmasın. Həkim – rəyisə: bir daha gözünüz aydın icazənizlə, rəyis – həkimə: buyurun, təşəkkür edirəm bir daha, həkim getdi.
Tahirdə yaxınlaşıb Sərdarla qucaqlaşıb – Sərdara: yazıq Aylnın vay gününə, səndən gərcəkdən qurtarması qeyri mümkünmüş. Zarafatlaşaraq Sərdarı qucaqlayıb ayaqlarını yerdən üzdü, qaldırıb yerə qoydu. Sərdar – Tahirə: qardaşım sən heç özünü kənarlaşdırma Aylını qabağa verib, səninlədə işim bitmədi bilirsən. İkinizdə etdiklərinizin cəzasını çəkəcəksiniz. Tahir – rəyisə: ay daaa yenə düşdük işə, atasıda gəlib ikisinidə qucaqlayıb sıxdı özünə. Alnını olarıb başlarına dayayıb – olara: sizdə, Aylında, mənim canımsınız bunu heç zaman unutmayın. Rəyisin gözlərindən yaş süzüldü, göz yaşını göstərməməkçün ikisinində saçlarını qarışdırıb, getdi. Sərdar atasının göz yaşını görüb pis oldu Tahirə baxdı. Tahir rəyisin ardınca baxıb – Sərdara: atanın bu göz yaşları günorta axandan çox fərqli idi, hiss etdinmi? Sərdar dərindən nəfəs alıb Tahirə baxıb, başıyla hə deyə işarə etdi. Aylın neçə illərin heyifini almışdı hər kəsin əvəzindən etdiyi cürəətiylə. Şərəfsizi pulları – silahları – murdar əməlləri ilə qarışıq göyə sovurmuşdu, rəyis uzun illər axtardığı hüzuru tapmışdı.
Saat 12 ourdu, Ramiz gildə çatdılar xəstəxanaya, qaçaraq gəldilər Aylının otağının qarşısına. Tahir oturduğu yerdə yuxulamışdı, Sərdar oyaq idi, Ramiz gilin gəldiyini görüb ayağa qalxdı. Ramiz Sərdarı görüb təcüblə – Sərdara: sən nə edirsən burda? axıllarına belə gəlməzdi ki, Aylın olarla iş birliyinə razılaşmışdı. Bu qədər vaxda Sərdar hazırlaşdırmışdı öz evlərində Aylını. Şahnnaz xanım yaxınlşıb – Sərdara: oğlum bizədə qarışıq bir şeylər dedilər, vurulan iynənin təsirindən özümə gələ bilmirəm. Anlat nələr olur burda? dedilər qızım artıq əməliyyatdan çıxmış, doğrumu bütün bunlar? mənə gərçəkləri səndən başqa kimsə deməz əminəm. Sərdara bu söz elə təsir etdi ki, çox pis oldu baxdı çarəsiz baxışlarala arvada.
Tahir