Günahsız günahkar. Roman. Hissə – 3. Fatma Axmed kızı Nabieva
Чтение книги онлайн.
Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 3 - Fatma Axmed kızı Nabieva страница 7
Aylında kafelərin birində Vəfayala görüşmüşdü, Vəfa biraz kişi xasyətində idi. Aylın – Vəfaya: bax həyatını dəyişəcəksən bundan sonra, – Aylıana: necə qızım? Aylın dərindən nəfəs alıb – Vəfaya: bu qızımla danışmağı qoy kənara. Vəfa – Aylına: tamam Aylın anladım, necə dəyişəcəm həyatımı? mənim kimsəm yoxdur. Bu yaşıma qədərdə mərhəmət deyilən bir şeyin adını belə duymadım, əlbətddə səninlə tanışınca duydum. Hər kəs məndən birşeylər istədi, bilirsən bu… həyatda təmannasız heçnə yoxdur. Anada evladını dünyaya gətirəndə təmənna güdür, öz gələcəyiçün gün ağlayır. Düşünür evladı böyüyəcək və özünə dəstək olacaq yaşlandığında, bu… dünyanın qanunu belədir. Baxsana kiminə var dövlət verir, kiminə… da vermir, əli ilə kənarda oturan ailəni göstərdi. Vəfa – Aylına: bax kənardan olara, necə xöşbəxt görsənirlər, elə deyilmi? sən inanırsanmı olar xöşbəxt bir ailədilər deyə? İnanama, bilirsənmi niyə? mən o gördüyün tipi yaxşı tanıyıram. Gecə barlarından çıxmır,
Aylın əli ilə başını tutub baxırdı – Vəfaya: bəzi şeyləri düz demiş ola bilərsən, dünya dediyini bizdən öncə belə qurmuşlar, biz qurluşunu və ya insanlarını dəyişə bilmərik. Dediyin o adamların çiyinləri üstə baş əvəzi Allah balqabaq vermiş. Olarda insanlardan boş balqabaq başları ilə seçilirlər, nə edək deyirsən? bizə olar gərək deyillər. Vəfa əlini – əlinə vurub güldü dediyi sözünə, – Aylına: çox yaraşdı bal qabaq sözü olara. Hansısa balqabaq başlı tiplə ailə qurub üz – üzə əyləşib yalandan dişimi ağardınca, belə yaşamağı üstün tuturam. Aylın – Vəfaya: ciddi olsana bir dəqiqədə olsa. Vəfa gülürdü hələdə, Aylının əsəbləşdiyini görüb dayandı, az vaxtdan yenə güldü, özünü saxlaya bilmədi baqabaq dediyi sözə. Aylın dərindən nəfəs alaraq öz – özünə: Allahım sən mənə kömək ol, – Aylına: tamam gülmürəm daha, bax ciddi oldum. Sakit dayandı üzünün ifadəsini dəyişib. Aylın – Vəfaya: şükür Allaha, Vəfa yenədə başladı gülməyə. Aylın əsəbləşib ayağa qalxdı – Vəfaya: səninlə ciddi danışmaq mümkün deyil. Vəfa – Aylına: hara gedirsən? Aylın Vəfanın qolundan tutub, qalx gedirik. Vəfa masadakı yeməklərə baxaraq, – Aylına: mən heçnə yemədim. Aylın onu dartardaq apardı, -Vəfaya: gülüncə yeyərdin, kafedən çıxarıb apardı.
Aylın Vəfanı başqa evə gətirdi, Vəfa baxdıb evə – Aylına: sən burdamı yaşayırsan? gözəlmiş. Aylın – Vəfaya: yox burda sən yaşayacaqsan, ançaq axıllı başla yaşayacaqsan sənə kirayə tutdum buranı, bir illik ev haqqı ödənilib. Bax deyirəm özünü yaxşı aparmasan vallahi, Vəfa sözünü kəsdi, Aylının təcüblə – Aylına: mənəmi dedin? – Vəfaya: hə sənə kirayələdim Vəfa xanım. Vəfa ətrafa baxıb sevindi, gözləri doldu yaşla – Aylına: nədən sən mənə kömək edirsən? Aylına baxdı yaşarmış üzgün gözləriylə. Vəfa Aylını yormuşdu boş – boş danışıb, – Vəfaya: insanlıq deyilən bir şey var. Bayaq kafedə dedin yoxdur insanlıq deyilən bir şey və artıq heç kimə inanmırsan. O yoxdur dediyin insanlıq hissindən qalmış məndə, yəqin ki mən bu dünyada sonuncu insanlıq hissiylə yaşayan biriyəm. Aylın dərindən nəfəs alıb baxdı, Vəfa Aylının boynunu qucaqlayıb ağladı. Vəfa – Aylına: mən sənin borcunu ödəyə bilmərəm, sən mələksən mələk. Aylında qucaqlayıb – Vəfaya: inanıram səndə məni üzü qara etməyəcəksən, sözümü dinləyəcəksən və dəyişəcəksən hər şeyini. Bu həyata qarşı olan səhv baxışını, sözlərini və hər şeyini bu dəqiqədən dəyişəcəksən Vəfa xanım. Göz yaşlarını silib baxdı Aylının üzünə, danışa bilmədi elə kövrəlmişdi ki, sadəçə başıyla tamam deyə işarə etdi.
Aylın – Vəfaya: çox gözəl sevindim, mətbəxtdə hər şey var səninçün, cibindən cıxarıb pulda verdi – Vəfaya: buda sənə xərclik sabah get özünə paltar al. Güzgüyə bax içindəki qadın gözəlliyini oyat və güclü ol mənim xətrimə, o zaman hər şey dəyişəcək sənin xeyrinə. Vəfa gərçəkdəndə gözəl qadın idı, sadəcə özünə baxmırdı. Vəfa diqqətlə baxdı, – Aylına: mən sənə söz vermirəm təkcə, sənin o gözəl ürəyinin xətrinə çalışacam inan. Aylın – Vəfaya: mən səni gördüyüm andan sənin güclü qadın olduğuna inandım. Deyillər həyatda insana güc- qüvvət verən inamdır, mən sənin ürəyinin dərinliklərində gördüm gücü və inamı, sənə güvənirəm. Mən gedim evə səndə dincəl, yaxında işdə taparıq çalışarsan. Az qala unudurdum, cibindən telefonda çıxarıb verdi, burda mənim nömrəm yazılıb lazım olsa zəng et. Vəfa telefonu götürüb Aylına baxdı, yenidən boynuna sarıldı – Aylına: səni tanıdığımçün çox xöşbəxtəm inan. Aylın – Vəfaya: mənədə yaşat eyni xöşbəxtliyi, qırma mənim dediklərimi et. Vəfa boynunu buraxıb – Aylına: sənin o gözəl ürəyinin qarşılığını Allah verəcək hər zaman. Aylın – Vəfaya: birinci sən ver qarşılığını, Allahdan başqa istədiyim yoxdur. Gecən xeyirə getdi, Vəfa telefonu əlləri ilə sinəsinə sıxıb tutudu, ağladı hönkürüb Aylının ardınca baxaraq. Aylın duydu Vəfanın ağladığını geri dönmədi, onun indi təkliyə ehtiyacı olduğunu yaxşı anlayırdı.
Aylın evə gəldi, qapıdan girib işığı yandırmağa istəyirdi, kim isə əlindən tutub qoymadı. Sərdar – Aylına: suss mənəm qorxma, Aylın səsindən tanıdı – Sərdara: niyə susum ki? əlini atdı işığı yandırsın Sərdar qoymadI. Aylını özünə çəkib elə sıxıb qucaqladı ki, canını – canına qatmaq itəyirdi, çox darıxmışdı. Sərdar – Aylına: darıxmışam sənin üçün, Aylın içki iyini hiss etdi – Sərdara: sən sərxoşsanmı? əlbətdə sərxoşsan. Sərdar üzünü Aylını üzünə sürtüb saçlarını qoxladı, off bu qoxuya heçnəyi dəyişmərəm. Aylın Sərdarı özündən qırağa itələməyə çalışdı, bacarmadı. Sərdar Aylını elə qucaqlayıb tutumuşdu ki, qollarından çıxması mümkün deyildi. Sərdar Aylını sevirdi, ancaq nədən isə özüdə bilmədən bəzən səhvlər edib incidirdi onu.
Aylın – Sərdara: ürəyim darıxdı yandır işiğı, – Aylına: danışma biraz suss səni hiss edim, qoxunu alım ciyərlərimə. Aylın dərindən nəfəs alıb az vaxlıq dayandı, – Sərdara: bəs oldumu? hiss etdinmi? etdiysən yandır işığı. Sərdar bərk – bərk Aylını qucaqlayıb, boynundan öpdü – Aylına: sən başqasan canım, səni kimsə əvəz edə bilməz mənimçün. Aylın – Sərdara: əlbətddə başqayam Sərdar bəy, bu dəqiqə əvəzimdə başqası olsaydı, çoxdan başını yarmışdı vurub. Sərdar – Aylına: sən vur canım, sənin ixtiyarın var mənə hər şey etməyə, toxunmağa belə ixtiyarın var. Sənin vurduğun yerdə güllər açar, Aylının dodaqlarından öpdü.
Aylın bir təhər Sərdarı özündən qıraq edib işığı yandırdı, – Sərdara: sən sərxoşsan elə deyilmi? Sərdarın gözləri süzülürdü. Sərdar – Aylına: yox canım deyiləm, nə sərxoşu? Aylın əsəbi baxışlarla baxıb – Sərdara: get sevgilini öp. Məni öpməyə bir daha hünər etmə, bax deyirəm sonra bütün bədənində güllər