Bir Daha Gelmeyecek. Reşad Mecid

Чтение книги онлайн.

Читать онлайн книгу Bir Daha Gelmeyecek - Reşad Mecid страница 21

Автор:
Жанр:
Серия:
Издательство:
Bir Daha Gelmeyecek - Reşad Mecid

Скачать книгу

target="_blank" rel="nofollow" href="#n547" type="note">547 sakitcə xışıldayır

Ayaqqabının altında,

Qəzəbim sürüşüb548 yumşaq

Qar çalasına549 düşür,

Ehtirasımı üzümdən

Lopa-lopa qar yuyub aparır,

Soyuq hava nəfəsimə dolub

Ürəyimə çökür -

Darıxmağım keçir.

17.04.2014

SU

Aşqabadla Vaşinqtonun

Suyunda nəsə

Oxşarlıq550 tapdım!551

Yupyumşaq!

Sürüşkən!

Şipşirin!

Lap belə bal kimi!

VAŞİNQTONDA

Səhər yaz havası,

Axşam bir qarış qar!

Bu təzada

Alışmışam, artıq

Dözümüm552, təpərim553 var!

YӘQİN… 554

Ayrılan kimi

Başlayır darıxmaq555,

Darıxan kimi

Səni düşünürəm,

Düşünən kimi

Ürəyimin sızıltısı yenidən oyanır.

Sonra şübhələr,

Әndişələr…

Beynim başlayır saniyə əqrəbi kimi

Sürətlə işləməyə,

Bir saatda bir həftənin,

Bir ayın

Xatirələri keçir beynimdən.

Yəqin ona görə,

Ona görə ki,

Dodağımdan

Dodağının,

Bədənimdən

Bədəninin

İstisi556 çəkilməmiş

Elə bilirəm ki,

Bir aydı

Görmürəm səni.

DAHA GECDİ…

Demədim mi gəl görk elə557,

Belə yanma, dəli könlüm.

Bir kimsəyə indən belə558

Çox bağlanma, dəli könlüm.

Mən deyəni eşitmədin559,

Gəl indi yan, dəli könlüm.

Daha gecdi, qopammazsan,

Möhkəm bağlan, dəli könlüm.

ƏLAC

Məni didən,

Yoran

Bu düşüncələrdən,

Bu şübhələrdən

Azad olmanın560 tək yolu

Yatmaq.

Yatmaq,

Gerçəkləri yuxu sananacan561,

Unudanacan

Yatmaq.

… tərtəmiz beyinlə

Oyanmaq.

OYANANTӘK 562

Oyanantək başlayır

Beynimin sualları.

Bədənimin bu mübhəm,

Bu ağrılı halları.

Yalanlar ütüləyir,

Küləklər itələyir563,

Göydən yağış ələyir,

Yorulur xəyallarım.

Yalan düzə qarışır,

Beyin dözür, alışır,

Taleyilə barışır,

Bitir qeylü-qallarım.

QANADLARIM

Dünənəcən bərq vurardı564

Göydə yelkən qanadlarım.

Kainatı gəzdirərdi

Qalxıb-enən qanadlarım.

Büzüşdü qəfil565 yağışdan,

Bəd duadan, ya qarğışdan566,

Bir kəmfürsət567, kəc568 baxışdan

Pörşələnən569 qanadlarım.

Qoşaydı570, indi tək olub,

Qaxaclaşıb571 kötük olub,

Kürəyimdə572 bir yük olub,

Daşa dönən qanadlarım.

ƏTİR 573

“İfsenloren” qarışmasın “Hermes”ə574,

Bənzər olan ətirləri dəyişdir.

Mesajları eyni yolla hər kəsə,

Cavabları yığan yeri575 dəyişdir.

Oxşar olan hər məkandan uzaqlaş,

Hər kişini öz ətriylə qoxla sən.

Bədənləri,

Скачать книгу

548

Kayıp

549

Çukuruna

550

Benzerlik

551

Buldum

552

Tahammülüm

553

Takatim

554

Galiba

555

Sıkılmak

556

Sıcaklığı

557

Örnek al

558

Bundan sonra

559

Beni dinlemedin

560

Kurtulmanın

561

Zannedene kadar

562

Uyanır uyanmaz

563

Rüzgârlar şiddetleniyor

564

Işık saçardı

565

Ani

566

İlençten

567

Fırsat düşkünü

568

Yan

569

Yolunan

570

Çiftti

571

Kakaçlaşıp

572

Sırtımda

573

Itır, koku

574

Zeuz ve Maia’nın oğlu, Zeus’un habercisi olup ilahların en kurnazı ve hızlısıdır. Elinde Caduceus adında büyülü bir değnek taşır. Hippolytos, Gigantlar arasındaki karşıtıdır.

575

Cevap yazılan yeri