Dəli Çəmənli. Vahid Çəmənli

Чтение книги онлайн.

Читать онлайн книгу Dəli Çəmənli - Vahid Çəmənli страница 11

Dəli Çəmənli - Vahid Çəmənli

Скачать книгу

saytlarında, Vikipediya səhifələrində müəyyən materialları yerləşdirmək lazımdır. Belə də etdik. Əvvəlcə, “cemenli.az” saytını yaratdıq. Vikipediya səhifəsində kəndin yaranma tarixi barədə məlumat verərkən, belə qərara gəldik ki, onun təxminən beş yüz il tarixə malik olduğunu qeyd edək. Bu fikir ağlımıza elə-belə gəlmədi. Gözlərimizin önündə Çəmənli qəbristanlığındakı yazısı silinib gedən, özü axıracan torpağa batan qəbir daşları gəlirdi. Hələ uşaq ikən, kəndin ağsaqqallarının yanında oğrun-oğrun Çəmənli qəbristanlığının qədim ərazısını dolaşırdım. Heç yadımdan çıxmaz, Cəmil əmi, Müseyib əmi, əski əlifba ilə çox yaxşı oxuyan Yapon əmi…

      Yapon əmi köhnə qəbirlərin başdaşındakı yazıları oxuyurdu. Məni ən çox qəbirlərin tarixi maraqlandırırdı. Az-çox oxunan daşların üstündəki yazıların tarixi yüz əlli-iki yüz ili haqlayırdı. Amma orada artıq yarıyacan torpağa batan, yazıları oxunmaz hala düşən nə qədər qəbir daşları vardı. Onların tarixi kim bilir, neçənci illərə gedib çıxırdı?.. Düşündük ki, bu daşların ən azı 400—500 il tarixi var. Ona görə təxminən 500 il qeyd etdik.

      Bir neçə gündən sonra Vikipediyada bizim daxil etdiyimiz materiallar azərbaycanlı vikipediyaçılar tərəfidən ləğv edilmişdi. Əvəzində isə Azərbaycan Toponimlərinin ensklopedik lüğətinə əsaslanaraq yazılmışdı ki, Çəmənli kəndi 1918-ci ildə yaradılıb. Yaxşı, onda bəs Çəmənli qəbristanlığındakı 300—500 il tarixi olan məzarlar kimindir? Molla Pənah Vaqifin Molla Vəli Vidadi ilə deyişməsində adını böyük hörmətlə çəkdiyi Hətəmxan ağa haralıdı? Ən azı MDTA da Çəmənli Hətəm xanın, Çəmənli Hacı Tahirin obaları kimi 1844-cü ilə aid əhalinin siyahiya alınma sənədlərində qeyd olunan 68 evdə yaşayan 237 nəfər harada yaşayırdı?

      Əziz həmkəndlilərim, siz heç narahat olmayın. Biz bu barədə də öz sözümüzü deyəcəyik. Hazırda tarıxci Ənvər Çingizoğlu ilə Akif müəllim bu sahədə araşdırmalar apararaq müəyyən tariıxi həqiqətləri üzə çıxarırlar.

      Amma mən hələlik onu qeyd edim ki,1844-cü ildə Rusiya İmperiyası tərəfindən keçirilən siyahıyaalmada Çəmənli Hətəm xanın obası 68 evdən ibarət olub 237 nəfər sakin göstərilmişdi. Çəmənli Hacı Tahirin obası isə 40 evdən ibarət olub, obanın sakinlərinin sayı isə 126 nəfər olmuşdur.

      Mənim yazım Çəmənli kəndinin qədim tarixinə həsr edilmədiyi üçün burada öz qeydlərimi dayandırıram.

      …Seyid Yusif Ağa ilə söhbət edərkən ona içimdə yaşatdığım bir arzumu bildirdim. Dedim ki, mən Seyid Lazım Ağa haqqında yazı yazmaq istəyirəm. Ağanın nurani çöhrəsinə güclə sezilən bir təəccüb qondu.

      – Ağanı görmüsənmi? – deyə soruşdu.

      – Görmüşəm, amma yaxşı yadımda deyil, -deyə cavab verdim.

      – Görmədiyin, tanımadığın şəxs haqqında yazmaq çətindir axı, -dedi Ağa.

      – Bilirəm, çətindir. Amma tarixdə belə şeylər çox olub. Böyük şəxsiyyətlərdən yüz illərcə sonralar da, onların haqqında layiqli əsərlər yazılıb…

      Ağa bir anlıq sükuta qərq oldu. Hiss elədim ki, sözlərim onun ürəyinə narahatlıq gətirdi. Amma sükutu pozmaq istəmədim. Bir neçə andan sonra Ağa təmkinlə sözünə davam etdi:

      – Seyid Lazım Ağa sadə bir insan olub. O camaatın içində yaşayıb, sadə həyat sürüb, insanlara əl tutmağı, yaxşılıq eləməyi həyat tərzi seçsə də, bu barədə danışmağı heç zaman sevməyib. Ağa insanlara ürək-dirək verib, qəlblərində ümid işığı yandırıb. Çətinə düşən Allah bəndələrinə Allahın kəlamlarınin qüdrətini öyrədib, cəddinin bütün gücünü bir xoş sözlə, bir sevgi dolu baxışla el-obanın camaatına çatdırıb. Bunu Vətənini, xalğını canı kimi sevən hər bir adam etməlidir, burada qeyri-adi nə var ki?

      Bu dəfə susmaq növbəsi mənə çatdı. Dönüb «Seyid Lazım Ağa» məqbərəsinin həyətindəki ağaclara baxdım. Yarpaqlar günəşin şəfəqləri altında parıldayırdı. Həyət, cəh-cəh vuran quşlarla dolu idi. Qızılgül kollarının ətrafında arılar uçurdu. Hər yan gözəl idi. Cavanlar Ağanın məqbərəsini ziyarət etdikdən sonra bağçada dolaşır, sanki bu gözəllikləri gözlərinə köçürmək istəyirdilər. Bu insanları bura gətirən Ağaya olan sevgi idi. Tanrı tərəfindən onun cəddinə bəxş edilən qüdrətə inam hissi idi. Düşünürdüm ki, cəmi bir neçə saatdan sonra mən də, bu ziyarətə gələnlər də, hamımız çıxıb gedəcəyik. Amma hərəmiz öz içimizdə Seyid Lazım Ağa nurundan bir zərrə aparacağıq. İllər keçəcək, bu günlər də bir tarix olacaq. Amma bura üz tutan insanların sayı heç zaman azalmayacaq. Bəs, bu adamlar Ağa haqqında məlumatı haradan alacaqlar? Ağa ona üz tutub gələn insanlara nəyi bəxş edirdi? O necə yaşayırdı? Nələri təlqin edirdi? Öz həyat tərzini nümunə göstərməklə el-obasına nəyi başa salmaq istəyirdi? Özüm də öz suallarıma cavab verirdim:

      – Ağa ona pənah gətirən insanların içində sarsılan Allah sevgisini onlara qaytarırdı. Ağa insanlara Allahın Əhli-beyt nəslinə bəxş etdiyi xeyir-dua vermək şərəfindən istifadə edərək, onlara xeyir-dua verirdi. Ağa insanlara Allahdan ruzi-bərəkət diləyirdi. Ağa, duası həmişə hasilə yetən bir mömin idi. Ağa Allah adamı idi. Ağa Allahı sevirdi, Allah da öz mömin bəndəsini sevirdi. Allah sevdiyi insanları belə urvatlı edir. Ağa Allahın urvatlı bəndəsi idi. Allahın sevdiyi bəndədən yazmaq Allaha xoş gedən bir iş deyildimi?

      Mən bunları Seyid Yusif Ağaya demədim. Amma Ağa haqqında yazmaq fikrimi də dəyişmədim. Doğrudur, hələlik bu bir arzu olaraq içimdə qalır. Amma bir gün bu arzumun Ulu Tanrının köməkliyi ilə həqiqətə çevriləcəyinə inanıram. Yəqin Seyid Yusif Ağa bu sətirləri oxuyanda gülümsəyib deyəcək:

      – Ay Dəli Çəmənli balası…

      Bəli, əvvəla, mən Seyid Lazım Ağanın nurani çöhrəsini güc-bəla ilə xatırlayıram. Agdamın Çəmənli kəndində orta məktəbi bitirəndən sonra təhsil almaq üçün Bakiya gəldim. Hələ 16 yaşım tamam olmadığı üçün pasport da almamışdım. Ürəyim istəyən sənəti seçmək mənə qismət olmadı. Ömrümün yolları başqa istiqamətə yönləndi. Atam-anam çox erkən vəfat etmişdilər. Maddi sıxıntılarım vardı. Tez-tez kəndə, Ağdama gedib-gələ bilmirdim. Gedəndə də yolum Ağdamdan düşmürdü. Sonra da hərbi xidmətə çağırdılar. Hərbi xidmətdən sonra, yarımçıq təhsilimi başa vurub Mərkəzi Statistika İdarəsində işə girdim. Bir müddətdən sonra ailə qurdum. Qayğılar bir az da artdı. Bəlkə də ağlım kəsəndən sonra tez-tez Ağdama gedib-gəlsəydim, bu gün Ağa haqqında deməyə sözüm daha çox olardı. Nə edim? Amma ürəyimdə olanları demək borcumdur.

      Ustadımız Şəhriyarın «Heydərbabaya salam» poemasındakı bir bənd içimi yandırır.

      Elə bil bu

Скачать книгу