Dəli Çəmənli. Vahid Çəmənli

Чтение книги онлайн.

Читать онлайн книгу Dəli Çəmənli - Vahid Çəmənli страница 10

Dəli Çəmənli - Vahid Çəmənli

Скачать книгу

xor baxan gözün

      Didəsinə od salarıq.

      Biz özümüz

      Torpağından bac alarıq!

      Qala xanı məşvərətə adam yığdı:

      – Balam bu şah at oynadır

      Deyir baba,

      Burda mənəm,

      Bağdadda da kor xəlifə.

      İstəyirəm,

      Sahib çıxam hər tərəfə.

      Anlatmışam neçə dəfə,

      Bu fikirdən daşın, bala!

      Yığsam əgər

      Mən dövrəmə qoşun, bala!

      Başsız qalar,

      Bu qalada leşin, bala!

      Nə yazıq ki, bunu qanmır,

      «Dava!» deyir heç utanmır.

      Bu gün gərək xəbər gedə

      Hər obaya,

      Hər yaylağa,

      hər çadıra,

      Dəliləri yığaq bura.

      Əfətlidən Əkbər gəlsin,

      Mahrızlıdan Qəmbər gəlsin.

      Üçoğlana salın nəzər,

      Dəli Həsən harda gəzər?

      Hər kənddən bir Dəli gəlsin.

      Kəngərlidən Vəli gəlsin,

      Ovşarlardan görün kim var?

      Lənbərandan Dəli Qafar,

      Göytəpədən Dəli Cabbar.

      Qiyaslıdan vuran-tutan

      Dəli Aslan.

      Unutma bax,

      Qərvənd,

      Xaçın,

      Xındırıstan.

      Dəli Əhməd,

      Dəli Məmməd,

      Dəli Qurban!

      Quzanlıdan Dəli İmran.

      Mərzilidən Dəli Soltan,

      Dəli Yaqub Gülablıdan.

      Xıdırlıda ayaq saxla!

      Dəli Rzanı bura yolla…

      Tez yəhərlə köhlən atı,

      Hə, igidim durma, atlan,

      Tez bura yığ camaatı.

      – Ay xan, ay xan…

      Heç demədin Çəmənlidən?

      Çəmənlidən kimi bura

      Çağırım mən?

      – Çəmənlidən?..

      Çəmənlidən hansı Dəli

      qənşərinə çıxsa əgər

      Bura göndər!

      …O zamandan keçib illər.

      İndi xan da

      Qəddar şah da tarix olub.

      Bu zamanın gərdişindən,

      Sənin «Dəli» adın qalıb.

      İndi hamı elə bilir,

      Dəli olmaq asan işdir.

      Dəlixana sarıdan da

      Koroğlumuz yoxdu, «şükür»!

      İndi çoxu

      əsgərliyin orda çəkir.

      Sonra ona daşdan keçən

      Kağız verir dəlixana.

      «Devit be”dir,

      silah vermək olmaz ona.

      Atasının pul kisəsi,

      Cağbacağlı Mersedesi

      dura-dura,

      Dəli hara,

      əsgər hara?

      Ağrımasın təki başı,

      Kim istəyir töhmət etsin.

      O dəlidi-ağıllıdı,

      qoy dəlilər xidmət etsin.

      Ay papanın gül dəlisi,

      Ay mamanın gül dəlisi,

      Get özünə başqa ad qoy,

      Dəliliyə dəymə, bala!

      Dəli sənə tutar bir toy,

      Çox özünü öymə, bala!

      O dəlilik kağızını cırıb tulla.

      Kəmər qurşa,

      Qılınc bağla.

      Xəbər göndər haykazlara.

      Dəli, dəli görməyincə,

      Dəyənəyin qısmaz dala.

      Hünər göstər,

      Ad-san qazan!

      Onda deyim, sən Dəlisən!

      Kağız-kuğuz Dəliliyə

      Əsas vermir «dəli» bala!..

      Bakı, Çəmənli, mart 2011-ci il.

      Bu rəvayət elə bil mənimlə əkiz doğulub. Sonralar bəzi insanlar bu rəvayətin mənasını təhrif edərək «dəli», yəni ağlı çatmayan kimi camaatın qəlbinə yeritmək istəsələr də, mümkün olmadı. Hamı bilirdi ki, qədim zamanlarda azəri türkləri yaşayan məmləkətdə, «Dəli» adı igidlərə,

Скачать книгу