Dəli Çəmənli. Vahid Çəmənli

Чтение книги онлайн.

Читать онлайн книгу Dəli Çəmənli - Vahid Çəmənli страница 5

Dəli Çəmənli - Vahid Çəmənli

Скачать книгу

qoparıb,

      Bağ-bağat doludu şax-şəvəl ilə.

      Gül kolu təklikdən şivən qoparıb,

      Ləçəklər üstündə don tutub gilə…

      Körpə çinarların dəyişib halı,

      Qoca tut nə yaman xəyala dalıb.

      Bacımım bəzəkli çörək dəsmalı,

      Təndirin başında kimsəziz qalıb.

      Pozulub bağçada əvvəlki mizan,

      Körpə budaqları meyvələr əymir.

      Əbədi qonaqdır bu yerdə xəzan,

      Bir yaşıl yarpaq da ğözümə dəymir.

      Daşlar, divarlar da qəribsəyibdi,

      Böyük hənirinə, uşaq səsinə.

      Bu həyət məni də qərib sayıbdı,

      Doğma nəfəsimdən çətin isinə.

      …Günəşin şəfəqi sönükləşəndə,

      Qızmar yay günü də dönüb olar qış…

      Övladlar soyuyub dönükləşəndə.

      Dədə-baba yurdu yetim qalarmış.

Vahid ÇəmənliAğdam, Çəmənli, 1978-ci il.

      P.S.

      Əziz Şahmar Əkbərzadə ilə görüşə dostum Mahirlə getmişdik. Fikrimiz onu dəbdəbəli restoranların birinə dəvət edib gözəl vaxt keçirmək idi. Lakin, Şahmar müəllim bizə dedi ki, bir yeməkxana tanıyıram, orada bişən yeməklərdən Müseyib əminin bişirdiyi yeməklərin ətri gəlir. Biz Şahmar müəllimin dediyi yerə getdik. Yeməkdən sonra Şahmar müəllim mənim dəftərimdə olan şerlərlə tanış oldu. «Övladlar dönükləşəndə» şerini alıb oxudu, bir-iki düzəliş elədi, sonra gülə-gülə dedi:

      «Hə, Qasımov, gördünmü söz necə partladı»?

      Sözün partlaya bilməsini ilk dəfə sevimli müəllimimdən eşitdim

      Tanrının sevdiyi bəndə

      (El-obamızın and yeri Seyid Lazım Ağanın xatirəsinə həsr olunur)

      Rəhman, Rəhim Allahın adı ilə…

      Bu yazıya bir şerlə başlayıram. Elə-belə yazılmayıb bu şer… Bəlkə də neçə illərdən bəri axtardığım həyat həqiqətlərinin intizarı ilə mayalanıb. Bəlkə bu şerin odu içimə həyatımda ilk dəfə «Allah haqqı!» deyəndə düşüb? Allahın üstümdə olan haqqını anlamadan içdiyim andın ağırlığını sonralar anladım. Aşura gününə bir gün qalanda Qara müəllim mənə tapşırardı ki, Qasımov, sən dərsə gəlmə, aşura günü İmam Hüseyn məclislərinə gedən uşaqların siyahısını tut gətir. Hər dəfə də Qara müəllimə ağ vərəq verərdim. Bəlkə bu şerin toxumları o zamanlardan ürəyimdə cücərib, bitib, misra misra böyüyüb? Bilmirəm. Amma bir gün bu şer yazıldı. Dərhal facebook səhifələrində paylaşdım. Şerin ilk oxucularından biri dostum Hacı Elməddin oldu. Şer Hacının çox xoşuna gəldi. Dostumun xeyir-duasından ürəklənib, şeri bu kitaba bir müqəddəmə kimi

      təqdim etməyi qərara aldım:

      Bir iman yeri var, min güman yeri,

      İman olmayanda güman min olar.

      İmanı qəlbinə çıraq eləsən,

      Dünya qəmlərinə məlhəmin olar.

      Halal qazancına haram qatmasan,

      Kasıbı, fağırı heç unutmasan;

      Özgənin haqqına əl uzatmasan,

      Sənin HAQQ yanında aləmin olar.

      Bəd dua eləmə bir kimə heç vaxt,

      Kor şeytan önündə dayanıb sərvaxt;

      Uğursuz yollara çıxma baxta-baxt,

      Bu yolda çox dərdin, çox qəmin olar.

      Yaxşıya yaxşı de, pisə pis demə,

      Xeyir söyləyən ol, heç vaxt nəhs demə,

      Bir kimə Xudadan ziyan istəmə,

      Sənə də istəyən bir kimin olar.

      Vahid, pozulmasın əhdin, ilqarın,

      On dörd məsum olsun sevgili yarın;

      Yapış ətəyindən Pərvərdigarın,

      Məhşərdə əlində bir şəmin olar..

Vahid Çəmənli, may 2011-ci il.

      Nəhayət, indi sizə uzun zamanlardan bəri ürəyimdə bəslədiyim arzunu aça bilərəm. Məqsədim Tanrının sevimli bəndəsi Seyid Lazım Ağa haqqında bir yazı yazmaqdır. Uca Allahdan qarşıma qoyduğum məqsədə çatmaq üçün kömək diləyirəm. Hansı yükün altına girdiyimi çox gözəl anlayıram. Adı dillər əzbəri olan, dara düşəndə cəddindən imdad dilədiyimiz, xoş anlarda ruhuna dualar edib rəhmət oxuduğumuz, Azərbaycanımızın hər yerində adı məhəbbətlə çəkilən Seyid Lazım Ağa haqqında yazmaq oğul işidir.

      Niyə mən Ağa haqqında yazı yazmaq fikrinə düşdüm? Səbəbini heç özüm də bilmirəm. 2011-ci ilin ilıq mart günlərindən birində, dostum Mahirlə Çəmənlidə, Seyid Lazım Ağanın məqbərəsini ziyarət elədik, məsciddə iki rükət ziyarət namazı qılıb, ruhuna dualar oxuduq. İşə bax, ağlım kəsəndən bəri adını müqəddəs and yerim kimi bildiyim, ehtiyac içində, sıxıntıda olduğum anlarda – uca Tanrım günahlarımı bağışlasın, – cəddinə pənah gətirərək vəsilə olmasını dilədiyim bir şəxsin məzarı önündə idim. Nə edim ki, Ulu Tanrı bu ziyarəti mənə indi qismət elədi. Nə edim ki, cənnət Qarabağımın paramparça olduğu bir zamanda, ürəyimdən axan qara qanların ağrı-acısını indi Ağa ilə bölüşə bildim.

      Həyətdəki oturacaqların birində oturub, cibimdən çıxardığım kağız parçasına bir sətir yazdım:

      Qiyamətdən betər gündür, ay Ağa…

      Geri qayıdanda yol boyu çox dalğın idim. Dostum Mahir şirin-şirin söhbət edir, səfərimizlə bağlı aldığı təəssüratlarını

Скачать книгу