Dəli Çəmənli. Vahid Çəmənli

Чтение книги онлайн.

Читать онлайн книгу Dəli Çəmənli - Vahid Çəmənli страница 4

Dəli Çəmənli - Vahid Çəmənli

Скачать книгу

oturaq bir həyat sürüblər. Bu məhsuldar torpaqlarda taxıl, üzüm, pambıq əkib-becəriblər. Kəndimizin suya olan ehtiyacını qədim zamanlarda Kötəl çayı ödəyib. Kötəl çayı Dağ Qarabağdan axıb gələn bir cənnət suyu idi. Yayın istisində düzən Qarabağ alışıb-yananda Kötəl çayı dada çatırdı. Mənə bir neçə dəfə bu çayın daşdığını görmək qismət olub. Bu yaddaşlardan silinən bir mənzərə deyil. Ucsuz-bucaqsız düzlər dizəcən suya qərq olurdu. Bu daşqınlar bəlkə də Kür çayınacan uzanıb gedirdi. (Əgər səhv edirəmsə qoy xatırlayanlar səhvimi düzəltsin). İndi Azərbaycan Toponimlərinin Ensklopedik Lüğətində oxuyanda ki, Çəmənli kəndi 1918-ci ildə yaradılıb, məni gülmək tutur. Ay mənim ensklopediya yazan «tarixci» qardaşlarım, siz mənə deyin görüm, bəs Cəmənli qəbristanlığindakı 300—500 illik tarixı olan qəbirlər kimindir? Özümüz öz əllərimizlə tariximizi kiçildiriksə, onda başqasından nə gözləyək?. Amma deyəsən, bu sözləri təkrarlamaqla mətləbdən uzaq düşdük…

      Bir dəfə-bizə niyə «Dəli Çəmənli» deyirlər, – deyə atamdan soruşdum. Atam mənə «Koroğlu» dastanını oxumağı məsləhət gördü. Həmin gün kitabxanaçı Kamran dayıdan «Koroğlu» kitabını alıb evə gətirdim. Çarpayıya uzanıb kitabı oxumağa başladım. Aman Allah, bu dəlilik nə qəribə şey imiş. Sən demə, bir zamanlar qoçaq, mərd, igid insanlara «dəli» deyirmişlər. O gündən kəndimizin kişilərinə başqa gözlə baxmaga başladım. Müseyib əmi, Cəmil əmi, Şükür dayı, Əyyub dayı, Əli dayı, Pirhəsən əmi, Bəhmən əmi, Nəsib əmi, kəndimizin əbədi briqadiri Köçəri əmi, Qoşunalı əmi, Məhəmmədəli əmi, Səfər dayı, Nüşirəvan əmi, Şiraslan əmi, Qaytaran əmi, Əsəd əmi, Mürşüd əmi, Abdulla əmi, Möhsüm əmi, Yapon əmi, Heydər əmi, Pezər əmi, Alı əmi…

      Haqq dünyasına qovuşanlara Allahdan rəhmət, qalanlara can sağlığı diləyirəm.

      Mən onların qızmar günəşin altında yanıb qaralmış üzlərinə, cadar-cadar olmuş əllərinə baxıb fəxr edirdim. Bu kişilərin Koroğlunun dəlilərindən nəyi əskik idi? Onlar sadə, şərəfli bir həyat sürür, öz əllərinin zəhmətilə dolanır, evlər tikir, yollar çəkir, tarlalarını əkib-becərir, minnətsiz yaşayırdılar. Kəndimizin sadə insanlarının necə mərd igid olmaları İkinci Cahan müharibəsində daha da bəlli oldu. Yüzlərlə-minlərlə oğullarımız müharibənin ilk günlərində könüllü olaraq ordu sıralarına yazılıb cəbhəyə yollandılar. Tez bir zamanda onların səsi-sorağı Sovetlər Birliyinin müxtəlif guşələrindən gəlməyə başladı. Neçə-neçə ogullarımız cəbhədən dönmədi, onlardan «qara kağız"lar gəldi. Çəmənlidə qara kağızların döymədiyi bir qapı qalmadı. Onların arasında mənim Yaqub dayım da vardı. Neçə qızlar nişanlı, neçə gəlinlər dul qaldı. Hələ o vaxtlar arxa cəbhə adlandırdılan kəndimizdə nələr baş verirdi? Bir üzü qız, bir üzü gəlin olan analarımız cəbhəni çörəklə təmin etmək üçün tarlalarda gecəni gündüzə qatıb çalışırdılar. Onlar əkib-becərdikləri taxılın bir dənini də özlərinə qıymır, hamısını cəbhəyə göndərirdilər. Bu kəndin qadınları da qəhrəmandır.

      «Dəli» adı, Koroğlu zamanından üzü bəri bu torpaqlarda yaşayan ulu babalarımızın bizə bir əmanətidir. Bizim atalarımız-babalarımız, bu ad üçün biz sizə borcluyuq. Siz bizi şərəfləndirdiniz. Bizi Koroğlu Dəlilərinin, Dəli Kürün, Dəli Domrulun, Dəli Becanın səviyyəsinə qaldırdınız…

      Ata yurdunu yiyəsiz qoymayın…

      İçimdə bir dərd daşıyıram. Bir kimsə ilə bölüşə bilmirəm. Bölüşməyə özümə mənəvi haqq verə bilmirəm. Fikirləşdim ki, bəlkə kağıza köçürüm? Əslində köçürməyə də bilərdim. Bu mənim içimdə daşıdığim öz dərdimdir. Kimisə öz dərdlərinlə yükləmək nə dərəcədə ədalətlidir? Lakin indi anlayıram ki, həyatda hər şey təkrar olur. Bu gün düz 40 il bundan əvvəl mənim atdığım addımları atmaq istəyənlər var. Uzaq diyarların cazibəsi çox gənclərimizi dinc oturmağa qoymur. Həvəslənib qanadlanmaq istəyirlər. Əğər qanadlanmaq istəyirlərsə eybi yoxdur, qoy qanadlansınlar, amma yuvalarını doğma torpaqlarında qursunlar. Şübhəsiz mənim bu fikirlərimlə razılaşmaq istəməyənlər tapılacaq, amma inanın ki, çox səmimi deyirəm, əgər hal-hazırda məni buralarda saxlayan bəzi qüvvələr olmasaydı, məmnunuyyətlə ata yurduna dönər, palçıqdan bir daxma düzəldib orada şad-xürrəm yaşayardım.

      1978-cı ilin isti yay günlərinin birində yolum Çəmənliyə düşdü. O vaxtlar qardaşım köçüb Ağdam şəhərində yaşayırdı. Bacım Əfətli kəndində ailıə həyatı qurmuşdu. Mənim isə xəyallarımın göylərdə uçan vaxtı idi. Çəmənliyə də elə-belə bəzi dostlarımdan hal-əhval tutmağa gəlmişdim. Dedim, gəlmişkən həyətimizə də da baş çəkim. Həyətimizə yaxınlaşanda gördüyüm mənzərə hələ də həyatımın sevincli anlarına soğan doğrayır. Qədəm-qədəm böyüyüb boy atdığım həyət sahibsiz qalmışdı. O anlarda keçırdiyim hislərin təsiri ilə «Övladlar dönükləşəndə» şerini yazdım. Şer uzun müddət dəftərimdə qaldı. Heç kimə göstərmədim. Elə bir adətim də yox idi. Lakin, bir dəfə ürəklənib «Ulduz» jurnalına apardım. O vaxtlar jurnalın poeziya şöbəsində Vaqif Cəbrayılzadə adlı bir şəxs işləyirdi. Şeri təqdim edib çıxıb getdim. Bir həftədən sonra yenidən redaksiyaya gəldim. Vaqif müəllim «faciəli surətdə» mənə bildirdi ki, şeri çap etmək mümkün deyil. Mən şeri geri istədim. Şerin hər sətirinin başında Vaqif müəllimin düzdüyü nida işarələrini görəndə çox təəccüb etdim. Səbəbini soruşanda onun mənə dediyi sözləri necə var, eləcə də sizə çatdırıram. «Qardaş, bu sətirlərin hərəsi bir şer mövzusudur. Sən nə etmisən? Hamısını faciəli surətdə yığıb doldurmusan bir şerə. Bunu çap etmək olmaz. Bədii cəhətdən də çox zəifdir. Yeni şerlərini gətir, oxuyub rəy bildirək». «Çox sağ olun» deyib çölə çıxdım. Yadıma onun «Qaçhaqaç» şeri düşdü. İlahı, o vaxtlar ikimiz də xalqımızın başına gələcək fəlakətləri qələmə almışdıq, özümüzdən belə xəbərsız. Lakin, o vaxt mən də Vaqif müəllimin bu şerinə dodaq büzmüşdüm. Sonralar anladım ki, təsadüfi şer yazılmır. Hər bir şerin içində bir hikmət var.

      Bu hadisələrin davamı 2001-ci ildə gəldi. Bir dəfə sevimli müəllimim Şahmar Əkbərzadənin işlədiyi «Mədəniyyət» qəzetinin redaksiyayasına getmişdim. Arabir o, məndən nəsə bir şey oxumağı xahiş edərdi. Bu dəfə «Övladlar dönükləşəndə» şerini oxudum. Bəyəndi. Çox təriflədi. Hətta bir neçə dostuna da göstərdi. Bu şer deyil, bu

      ibrət dərsidir-dedi.

      Şer «Mədəniyyət» qəzetində dərc olunandan sonra, «Qızıl qələm» mükafatı laureatı Fikrət Lənbərani ilə tanış oldum. Fikrət müəllim şerə qısaca olaraq belə rəy verdi:

      «Sən şer yazmamısan, sən xarabalığın rəsmini çəkmisən». Həmin şeri indi sizə təqdim edirəm:

      Övladlar dönükləşəndə

      Doqqazın ağzında dondum qəfildən,

      Təsəlli

Скачать книгу