Hər şey yaxşıya doğru. Vahid Çəmənli

Чтение книги онлайн.

Читать онлайн книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli страница 4

Hər şey yaxşıya doğru - Vahid Çəmənli

Скачать книгу

istəyirəm. Bəri başdan deyim ki, bu rəvayətimin nə bu günkü şahlarla, nə də bu günkü vəzirlərlə heç bir əlaqəsi yoxdur. Bütün hadisələr mənim təxəyyülümün (bəlkə də heç mənim yox) məhsuludur, əgər həyatda hansı şahın, və yaxud («və» bağlayıcısını icad edən türk deyil. Amma nə təhər qanımıza yeriyibsə, onsuz bir kəlmə yazmaq olmur. Amma mənim bu yazımda bir daha «və» sözünə rast gəlməyəcəksiniz) başına gələn bir əhvalatla üst – üstə düşərsə, bu yalnız təsadüfdür. Mənim sizə təqdim etmək istədiyim əhvalat ibrətamiz bir əhvalatdır, bu əhvalatın içində olan nəticə də ondan ibarətdir ki…

      Deyəsən mən məntiqsizliyə yol verirəm axı? Kim əhvalatı danışmamış nəticəni təqdim edər? Nəticəni oxuyandan sonra kim bu boyda yazını oxuyar? Doğrudu, nəticəsini dərhal oxumaq istəyənlər də olur. Sənin əziyyətlə yazdığın yazını atır bir yana, axırdan bir cümləni oxuyur, nəticəsini çıxarıb, çıxır gedir işinin – gücünün dalınca…

      Bir də var oxuma prosesinin özü… Bu zaman insan hadisələrin içində olur, özü fikirləşir, özü də nəticə çıxarır, nə yazıçıya, nə də yazıçının qələmə aldığı hadisədən çıxardığı nəticəyə ehtiyacı olmur.

      Mən deyəsən sizi çox intizarda saxladım axı? Oxucuların əsəbi ilə də oynamaq olmaz. Deməli, birbaşa mətləbə keçirəm…

      Bir şahla bir vəzir vardı. Bunların çoxlu əyanları, nokərləri, rəiyyətləri də vardı. Əyansız, nökərsiz, rəiyyətsiz şah olmaz ki…Amma beş – altı əyandan savayı qalanlarını qoyaq bir kənara, onların bizim əhvalatımızla heç bir əlaqəsi yoxdur. Şahla vəzir çox mehriban idilər. Bir yerdə yeyib, bir yerdə içərdilər. Vəzir fərmanları icad edərdi, şah da vəziri çox sevdiyi üçün, o fərmanları gözüyumulu imzalayardı. Camaat da (axırıncı dəfə camaatın adını çəkirəm, bundan sonra onlarla da işim olmayacaq) bu fərmanlarla, qanunlarla şad – xürrəm yaşayırdı.

      Bizim şah ovu çox sevirdi. Ayda bir dəfə yığardı əyanlarını başına, üz tutardılar dağlara, düzlərə, meşələrə, ov ovlardılar, quş quşlardılar, sonra da bir bulaq başında kef məclisi qurardılar. Bir neçə gün burada yeyib – içəndən sonra yenə qayıdardılar iş başına, məmləkəti idarə eləməyə. Bir gün…

      Bütün əhvalatlarda həmişə bir gün nəsə qeyri – adi hadisə baş verir. Bizim əhvalatda da qeyri – adi hadizə baş verdi. Vəzirin əlindən xata çıxdı. Ov zamanı əlində beqəfil açılan güllə şahın baş barmağını qoparıb atdı. Şah qəzəbləndi, nə qəzəbləndı:

      – Sən nə cəsarətlə mənə güllə atdın? Mən indi əmr edərəm sənin dərini boğazından çıxararlar.

      Vəzir and – aman elədi ki, şah sağ olsun, vallahi, billahi bir xatadı, əlimdən çıxdı, Allahın işidi, güllə sənə dəydi. Mən nəkarəyəm ki, sənə güllə atam?

      Vəzir nə qədər yalvardısa, olmadı. Elə meşənin ortasındaca dar ağacı qurdurdu. Kəndiri ilgək edib vəzirin boğazına salmaq istəyəndə vəzir yenə yalvardı:

      – Ay şah, başına dönüm, otuz ildi sənə vəzirlik edirəm, həmişə də sədaqətli olmuşam. Mənim sənə güllə atmaq fikrim yox idi. Allahın işidir, yəqin bu işin içində bir xeyir var. Həyatda boş – boşuna heç nə olmur. Sən məni öldürmə, vaxt gələr, bu işin içindəki hikmət sənə əyan olar.

      Şah dərin fikrə getdi. Bir zamanlar baş barmağı olan boşluğa baxdı, sonra dönüb vəzirə baxdı, öz – özünə fikirləşdi ki, bu nə danışır, nə hikmət ola bilər burda? Durduğum yerdə barmaqsız qalmışam, bəs güllə mənə dəyib öldürsəydi necə? Elə belə də soruşdu vəzirdən. Vəzir yenə yalvardı ki, onu öldürməsin, heç olmasa zindana salsın, gün gələr, ona əyan olar bu işin içində olan hikmət. Şah tərəddüd etdi. O, vəzirə çox inanırdı. Əlinin ağrısı səngiməsə də, əsəbləri bir xeyli sakit olmuşdu. Ona görə də əmr elədi ki, vəziri asmasınlar, onu zindana atsınlar. Vəziri zindana saldılar, şah da özünə təzə vəzir təyin edib, zindanda olan köhnə vəziri tamamilə unutdu. Düzdü, yerində olmayan baş barmağı hərdənbir köhnə vəziri onun yadına salırdı, amma bu, elə belə ani olurdu. Şahın o qədər işi vardı ki, ömrü boyu barmaq dərdi çəkməyəcəkdi ki…

      Bu münvalla bir neçə il keçdi. Bir gün şah yenə ova çıxmaq eşqinə düşdü. Yenə saray əyanlarından bir dəstə düzəldib yola rəvan oldular. Amma bu dəfə ov baş tutmadı. Meşəni nə qədər dolaşdılarsa, əllərinə bir şey keçmədi. Ov axtara – axtara meşənin lap dərinliyinə qədər getdilər, lakin ov əvəzinə bu meşədə yaşayan vəhşi bir qəbiləyə rast gəldilər. Qəbilənin əsgərləri şahla əyanlarının hamısını əsir alıb, əl – qollarını bağladılar. Sən demə, bunlar adam yeyənlər imiş. Bir – bir əyanları başladılar bişirib yeməyə. Növbə gəlib şaha çatanda baxdılar ki, şahın baş barmağı yerində deyil. Əl saxlayıb, şahı qəbilə başçısının yanına apardılar. Qəbilə başçısı bir şaha, bir onun baş barmağının yerinə baxdı, əlilə işarə verdi. Şah baxdı ki, ay balam onun əl – qolunu açırlar. Soruşdu ki, xeyir ola, mənim əl – qolumu niyə açırsınız? Dedilər ki, biz bədənində qüsur olan insanları yemirik. Səni buraxırıq, çıx get işinin – gücünün dalınca…

      Şah sevinə – sevinə çıxıb gəldi saraya. Dərhal vəziri zindandan azad eləyib hüzuruna gətidi. Şah köhnə vəzirin boynunu qucaqlayıb o üzündən, bu üzündən öpdü, yanında oturdub sözə başladı:

      Vəzir, sən demişdin ki, başımıza gələn işin içində bir hikmət var, mən sənə inanmamışdım. Mən bu gün həmin hadisəyə görə sağ qaldım. Sən düz deyirmişsən. İndi mən səni həbsdən azad edib, yenidən vəzir təyin edirəm. Sənə çoxlu ənam verirəm. İstə məndən, ürəyin nə istəyirsə…

      Vəzir dedi ki, şah sağ olsun, mən artıq öz ənamımı almışam. Mən sənə dedim ki, bu işin içində bir hikmət var. Əgər güllə sənin əlinə dəyməsəydi, axırıncı ov zamanı mən zindanda yox, sənin yanında olardım. Onda iİkimizi də bişirib yeyərdilər. İndi o təsadüf nəticəsində sən də, mən də sağ qaldıq. Bundan artıq mənə nə ənam lazımdır?

      Qəribə əhvalatdır, deyilmi? Burada mənim əlavə edəcək bir sözüm qalmadı.

      Hə, nəticə…

      Mənim gəldiyim nəticə budur:

      Başımıza gələn hər bir işin içində xeyir axtaranda, xeyir tapırıq. Bu mənim nəticəmdi. Əgər yazını oxumağa səbriniz çatdısa, özünüz də nəticə çıxara bilərsiniz.

      Saçlarına dən salarlar

        Saçlarına dən salarlar,

        Gizlət gülüm, gizlət gülüm!

        Səni məndən gen salarlar,

        Az gəl gülüm, az get gülüm!

       

Скачать книгу