Hər şey yaxşıya doğru. Vahid Çəmənli

Чтение книги онлайн.

Читать онлайн книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli страница 7

Hər şey yaxşıya doğru - Vahid Çəmənli

Скачать книгу

zaman əlindən şirinlik əmən,

      Sazın tellərini pas tutur indi.

      Sənsiz qəribsəyir ağsaçlı dağlar.

      Boylana – boylana yoluna baxır.

      Bulaqlar həsrətdən səssizcə ağlar,

      Çaylar da elə bil bulanıq axır.

      Kəsib şırıltısı şəlalələrin,

      Şırnaqlar qəlbin tək pərişandılar.

      Zozalıb yanağı al lalələrin,

      Onlar sən sarıdan nigarandılar.

      Qayıt, gözlərimdə sevinc alışdır.

      Elə istəyirəm ondan bir dadam.

      Qayıt, bu dünyayla məni barışdır,

      Sənsiz dünyaya da ögeyəm, yadam.

      Könlüm yoxluğuna çətin uyuşa,

      Adını anırlar toyda – büsatda.

      Nə qədər dünyada nəğmələr yaşar,

      O qədər ömrün var ata, həyatda…

      Bir iman yeri var min güman yeri

      Bir iman yeri var, min güman yeri, İman olmayanda güman min olar. İmanı qəlbinə çıraq eləsən, Dünya qəmlərinə məlhəmin olar.

      Halal qazancına haram qatmasan,

      Kasıbı, fağırı heç unutmasan; Özgənin haqqına əl uzatmasan, Sənin HAQQ yanında aləmin olar.

      Bəd dua eləmə bir kimə heç vaxt, Kor şeytan önündə dayanıb sərvaxt; Uğursuz yollara çıxma baxta – baxt, Bu yolda çox dərdin, çox qəmin olar.

      Yaxşıya yaxşı de, pisə pis demə, Xeyir söyləyən ol, heç vaxt nəhs demə, Bir kimə Xudadan ziyan istəmə, Sənə də istəyən bir kimin olar.

      Vahid, pozulmasın əhdin, ilqarın, On dörd məsum olsun sevgili yarın; Yapış ətəyindən Pərvərdigarın, Məhşərdə əlində bir şəmin olar..

      may 2011 – ci il.

1977

      Ana anadı

      Ananın dərdinə səssiz yanın.

      Ana anadı.

      Ana döyüşçü deyil.

      Ana siyasətçi deyil.

      Ana qisasçı deyil…

      Ana zəifliyi ilə, göz yaşları ilə qəhrəmandı.

      Ana böyütdüyü oğlu ilə qəhrəmandı.

      Ana sevgisi, nəvazişi ilə qəhrəmandı.

      Dəyməyin anaya, onun yaralarını təzələməyin, qoyun səssiz çəksin dərdini, qoyun doyunca ağlasın şəhid olan balasını…

      Yanında dayanın, əgər ürəyiniz yanarsa siz də ona qoşulub ağlayın.

      Toxunmayın anaya, kameralarınızı, mikrofonlarınızı ona tuşlamayın, başsağlığı verməyin, başın sağ olsun, deməyin…

      Ana öz balasının əvəzinə yüz dəfə şəhid olardı, «uf» deməzdi…

      Vəzir, sən demişdin ki, başımıza gələn işin içində bir hikmət var, mən sənə inanmamışdım. Mən bu gün həmin hadisəyə görə sağ qaldım. Sən düz deyirmişsən. İndi mən səni həbsdən azad edib, yenidən vəzir təyin edirəm. Sənə çoxlu ənam verirəm. İstə məndən, ürəyin nə istəyirsə…

      Vəzir dedi ki, şah sağ olsun, mən artıq öz ənamımı almışam. Mən sənə dedim ki, bu işin içində bir hikmət var. Əgər güllə sənin əlinə dəyməsəydi, axırıncı ov zamanı mən zindanda yox, sənin yanında olardım. Onda iİkimizi də bişirib yeyərdilər. İndi o təsadüf nəticəsində sən də, mən də sağ qaldıq. Bundan artıq mənə nə ənam lazımdır?

      Ömür adlı sürət qatarının yolçuları

      Bir nənəmiz vardı, yaşı səksən beşi haqlamışdı.

      Şıkayət edərdi tez – tez, – Ay bala, günlər elə ağır gedir ki, ha gözləyirəm, axşam düşmür ki, düşmür.

      Bir dəfə sual verdim:

      – Ay nənə, axşamın düşməyini neynirsən, hara tələsirsən, keçən günlər səni ölümə yaxınlaşdırır axı?

      Nənə güldü:

      – Nə olsun ay bala, yaxınlaşdırsın dəə…

      İnsan niyə günlərin tez keçməsini istəyir?

      Mən bu hikməti anladım.

      …Biz, zaman deyilən sürət qatarında mənzil başına tələsən yolçular kimiyik.

      Yollar nə qədər gözəl olsa da, bizi getdiyimiz mənzilbaşı daha çox cəzb edir.

      Ölüm mənzilbaşıdır.

      Biz mənzilbaşına tələsirik.

      Hər bir səfərə çıxan adamı mənzilbaşında gözəl görüşlər, xoşbəxt anlar gözləyir.

      Ömrün mənzil başında da bizi gözəlliklər gözləyir.

      Ona görə də tələsirik…

      Yağmurlu Bahar

      Bahar, görüş vəd edən qadın kimidi.

      Deyir, gözlə gəlirəm, amma özü hələ də hamam xalatında oturub dırnaqlarını boyayır.

«Bir neçə cümlə ilə» silsiləsindən

      Söz demək asan iş deyil

      Söz demək çətin işdi.

      Bizim düz saydığımız söz hələ «düz sözdür» demək deyil.

      Bu, özümüzün «düz sözümüz» – dür, onu düz kimi qəbul etdirmyə heç kimim haqqı yoxdur.

      Ona görə də söz deyəndə diqqətli olmalıyıq.

      Gərək sözü elə deyəsən ki, həm içində qalan söz səni öldürməyə, həm də «düz sözünə» görə səni oldürməyələr.

«Bir neçə cümlə ilə» silsiləsindən

      Ananın öz övladlarına məktubu

      Balalarım!

      Əgər Allah qismət eləsə,

Скачать книгу