Hər şey yaxşıya doğru. Vahid Çəmənli

Чтение книги онлайн.

Читать онлайн книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli страница 6

Hər şey yaxşıya doğru - Vahid Çəmənli

Скачать книгу

align="center">

      Bir zaman mən səni sevirdim gözəl

      Bir zaman bu dünya çox qəşəng idi. Çaylar da sevincdən coşub daşırdı. Hər çiçək elə bir bir çələng idi, Yaşıl çəmənlərə çox yaraşırdı.

      Çırpıla – çırpıla bəyaz daşlara, Dalğalar atılıb – düşərdi necə…

      Xəbər çatmamışdı o sərt qışlara, Günəş gizlənməzdi, düşməzdi gecə, Necə qəşəng idi bu dünya əzəl…

      Hələ qarşıdaydı ömrümün çoxu, Keçən günlərimi soraqlamazdım. Gecələr gözümə getməzdi yuxu, Yazıb – yaratmaqdan əl saxlamazdım…

      Elə vurgun idim təbiətə mən, Nə görsəm o an da gözüm düşərdi. Çəmənlər zəriflik içib sözümdən, Sanki sətir – sətir şerləşərdi, Yaşamaq gözəldi, Yaratmaq gözəl…

      Sözlər… hələ sözlər şəkər – qənd idi, Sözlərdən savayı nə umulurdu?

      Tək bircə kəlməyə könül bənd idi, Tək bircə baxış də bəsim olurdu..

      Ağzımda şipşirin bir dad var idi, Gözümdə heç vədə solmayan bir rəng. Bir zaman dilimdə bir ad var idi, Bir də dağ çayından aldığım ahəng, Bir zaman mən səni sevirdim, gözəl…

      Həyat prozası

      Dostum Elğün çox fikirli idi. Hətta oruc tutduğunu belə unudub dəm vermişdi siqaretə. Salam verdim, səksəndi. Sənsən? – dedi. Hə mənəm! Bəs sən oruclu deyilsən? Ah, qardaş, tamam yadımdan çıxıb. Özümün də xəbərim yoxdu özümdən.

      – Nə olub? – deyə soruşdum.

      – Heç – dedi.

      Təkid etdim.

      Oğlum… oglum bir qıza vurulub. Bilirdim. Ayırmışdım onları. İndi təzədən başlayıblar. Dünən anasına deyb ki, Aytənə elçi gəlir. o da qaça – qaça gəlib oğluma deyib ki, məni ərə verirlər. İndi oğlum deyir ki, ya o qızı mənə alın, ya da başımı götürüb çıxıb gedəcəm.

      Aman Allah, yer üzündə təzə heç nə yoxdur. Bütün bunlar tanış sözlər, tanış hərəkətlərdir.

      Dostumdan soruşdum ki, nə etmək niyyətindədir? Dedi ki, baş tutan sevda deyil. Oglumun cəmi 18 yaşı var. Qız 1 yaş da ondan böyükdür. Qabaqda institut, əsgərlik var. Axı onun hələ evlənən vaxtı deyil.

      Söz tapıb məsləhət vermək çətin idi. Heç nə demədim.

      Axşam evə gəldim.16 yaşlı oğlumun otağına girəndə o, kompüterin monitorundakı görüntünü sildi. İçimdə suallar baş qaldırdı. O nə edirdi? Nəyə baxırdı? Nə yazırdı? Özümün 16 yaşım yadıma düşdü. İlk məktublar, ilk həyəcanlar, ilk sarsıntılar…

      Səssizcə otaqdan çıxdım.

      Bəli, həyatda heç nə dəyişməyib. Heç nə… Təzə insanlar… köhnə mahnılar… Məhəbbət mahnıları və sonda proza.

      Həyat prozası…

      İnsan Yer üzündə qonaqdır

      (Lirik miniatyura)

      Tanrı insana Yerdə yaşamaq üçün çox az bir zaman verib.

      Bəzən adama elə gəlir ki, bu, dünyanın əşrəfi olan insan üçün haqsızlıqdır.

      Lakin, Tanrı insanları Yerdə yaşamaq üçün yaratmayıb.

      İnsan Yerdə qonaqdır.

      Qonaq, vaxtı gələndə çıxıb getməlidir.

      Vahid Çəmənli «Bir neçə cümlə ilə» silsiləsindən…

      Qorxu hissi

      Qorxu hissi insanı həm insan edən, həm də insanlıqdan çıxaran bir hissdir.

      Qorxuya qalıb gələn qəhrəman, qorxi ilə bacarmayan satqın olur.

«Bir neçə cümlə ilə» silsiləsindən

      Qalibi mühakimə etmirlər

      Həmişə başqalarının ağzına baxıb, bizim haqqımızda nə deyəcəkləri barədə düşünürük.

      Amma…

      Başqalarının sizin barənizdə nə deyəcəyi barədə heç narahat olmayın.

      Məğlub olsanız sizi unudacaqlar, qalıb gəlsəniz sizin tərəfinizə keçəcəklər.

      Vahid Çəmənli «Bir neçə cümlə ilə» silsiləsindən

      Min il yaşa

      Bəzən bizə bir yaxşılığı keçən insanlara deyirik:

      «Səni görüm min yaşayasan!»

      Min il yaşamaq mümkün deyil axı…

      Onda niyə belə deyirik?

      Burada təəccüblü heç nə yoxdu.

      İnsan – onu ananlar, yada salanlar, dalınca rəhmət oxuyanlar varsa öz xeyir əməlləri ilə həyatdadı demək.

      Bir – birinizə «səni min yaşa» deməkdən çəkinməyin.

      Ən azından həmin insanı həyatda xeyirli işlər görməyə kökləyirsiniz.

«Bir neçə cümlə ilə» silsiləsindən

      Yaxşılığı öz hesabınıza edin

      Yaxşılığı öz hesabınıza edin.

      Başqasının hesabına yaxşılığı qoy başqası özü eləsin.

«Bir neçə cümlə ilə» silsiləsindən…

      Nə dəyişəcək

      Tanrı rəhimlidir, mərhəmətlidir, ancaq insana yazdığı ömrü bir saniyə də olsa artırmaz.

      Artırsaydı, nə dəyişəcəkdi?

      Heç nə…

      Əminəm ki, incan o günə qədər necə yaşamışdısa, o cür də yaşamağına davam edərdi.

      Ona görə qiyamət günü insanın, – Məni dünyaya qaytarın, səhvimi düzəldim – yalvarışına məhəl qoyan olmayacaq.

«Bir neçə cümlə ilə» silsiləsindən

      Zaman

Скачать книгу