Gözlərimin işığında. şerlər. Vahid Çəmənli

Чтение книги онлайн.

Читать онлайн книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli страница 5

Gözlərimin işığında. şerlər - Vahid Çəmənli

Скачать книгу

çox uçdu şair xəyalın,

      Gör, yerdə olanın necədi halı?

      Dolan asta – asta elı, mahalı,

      Qoy görsün boyunu oğul da, qız da.

      Şair bu dünyanın can yanğısıdı,

      Ən şirin, ən dadlı yalançısıdı…

      Hər söz sağlamlığın talançısıdı,

      Ürək də alışar, dil də, ağız da.

      Sakit, su qayıdar gəldiyi arxa,

      Axar həzin – həzin tökülər çarxa…

      Vahid də söz yazmaz ta qorxa, qorxa,

      Oxuyan tapılar, qalmaz kağızda…

25.09.2018

      Əhməd Üştübünlüyə namə

      Dedim, gəlim görüşünə keçən yay,

      Vaxt uzandı payızacan, ay Əhməd.

      Duman sardı Üştübünün yolların,

      Çəkilərmi bu yazacan, ay Əhməd?

      Durnalardan söz yolladım, aldınmı?

      Alıb da, heç məni yada saldınmı?

      Düzünü de, kövrəldinmi, doldunmu?

      Oxuyunca ta sonacan, ay Əhməd.

      Üştübünə vurulubdur gözlərim,

      Bir gəzəydim o dağları, düzləri…

      Şair babam Nəbatinin izləri,

      Qalar axır zamanacan, ay Əhməd.

      Çəmənli də, Üştübün də Vətəndi,

      Əlim çatan, ünüm yetən Vətəndi.

      Bir ürəkdi, bir candı, bir bədəndi,

      O tayından bu tayacan, ay Əhməd!

      İtirmişəm illərimin sayını…

      Nola Vahid, keçəm Araz çayını,

      Görəm sənin dağ vüqarlı boyunu.

      Həmdəm ola canıma can, ay Əhməd!

      Bakı.

      03.10..2018

      Köz üstündəyəm

      Müəllim ömrümü başa vurmuşam,

      Aşığ ömrü axır, saz üstündəyəm.

      Heç kəsdən minnətim yoxdu hələlik

      Şükür Allaha ki, öz üstümdəyəm.

      Aşıq Haşım Qubalı

      Başıma dünyanın dərdini yığdım,

      Axır yıxdı məni, üz üstündəyiəm.

      Yalvara-yalvara qalmışam Haqqa,

      Axşamdan səhərə diz üstündəyəm.

      Qafiləm, dünyanın oyunlarından,

      Bir haray ummuram qoyunlarından…

      Günahı asılıb boyunlarından,

      Baxıram, yanıram köz üstündəyəm.

      Ərz etdim halımı o Əhli – hala,

      Bəlkə barmağımı batıra bala…

      O da saldı məni yüz qeylü – qala,

      Məcnun tək sərgərdan, düz üstündəyəm.

      Bahardan xəzana keçdi altı ay,

      Yaz nə vaxt tükəndi, nə vaxt ötdü yay?

      Fələk deyir mənə saydığını say,

      Nə qədər sayıram yüz üstündəyəm.

      Ay Vahid, bu qədər sızladın, bəsdi.

      Görmürsən, vaxt- vədə qapını kəsdi?

      Xəzan küləkləri içimə əsdi,

      Büzüşdüm, elə bil buz üstündəyəm!

05.10..2018

      Aşıq Haşım Qubalıya

      Yenə axşam düşür qoca dağlara,

      Günəşdən əlimi üzürəm, aşıq.

      Amma ümidim var gələn sabaha,

      Zülmətdə nurunu sezirəm, aşıq!

      Açılmır nə sazın, nə sözün baxtı,

      İndi müğənnilər zəbt edib taxtı…

      Sözlərin nur kimi qəlbimə axdı,

      Elə bil, göylərdə süzürəm, aşıq.

      Sən haqqı nahaqqa verməzsən heç vaxt,

      Sənətin yolunda gedirsən sərvaxt.

      Yollara çıxmazsan vaxtsız, baxtabaxt,

      Mən səni şam ilə gəzirəm, aşıq.

      Hünərdi əldə saz girmək meydana,

      Qoşma, təcnis demək mərdi – mərdana…

      Sənin tək aşığı doğmaz hər ana,

      Demə, yoruluram, bezirəm, aşıq.

      Vahidin qələmi itidir hələ,

      Bağlayıb könlünü şerə, qəzələ.

      Allahın yolunda cani-dil ilə,

      Mən də hər çətinə dözürəm, aşıq.

27.10.2018

      Su həmən sudu…

      Sən hara gedirsən ay keçən günüm,

      Söndürüb içimdə alovu-odu,

      Ömrümünn üstündən mey içən günüm,

      Nəyim var fəxr edəm, olanım budu.

      Varmış bu dünyanın min xeyri, şəri,

      Gah ağa elədi, gah da sərsəri…

      Qatdı cərgəsinə köç edənlərin,

      Qalan izlərimi yağışlar yudu.

      Nur səpdi çəmənə qara buludlar,

      Su içib canlandı saralan otlar.

      Bəs niyə Vahidin dizini qatlar,

      Boyuma boy verməz, su həmən sudu.

07.10..2018

      Çox qəmgin ötmə

      Zaman tələ qurur insan oğluna,

      Heyif, tələsinə çox bədbaxt düşür.

      Kimə yaraşıqlı boy-buxun verir,

      Kimin qismətinə qızıl taxt düşür.

      Zaman uşaq kimi tovlayır bizi,

      Qaçırıq, ovçu tək qovlayır bizi,

      Bir gün bir bərədə ovlayır bizi,

      Girinə ya qafil, ya sərvaxt düşür.

      Ay

Скачать книгу