Gözlərimin işığında. şerlər. Vahid Çəmənli

Чтение книги онлайн.

Читать онлайн книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli страница 7

Gözlərimin işığında. şerlər - Vahid Çəmənli

Скачать книгу

İlə tanıma mənİ, əzİzİm

      Ad ilə tanıma məni əzizim,

      Aşiqin bir ayrı adımı olur?

      Ürəkdən ürəyə axan sözümün,

      Söylə, baldan özgə dadımı olur?

      Keçirmə ömrünü qəfəs içində,

      Çırpınma, boğular nəfəs içində.

      Böyüysün, boy atsın həvəs içində,

      Həyatın başqa bir odumu olur?

      Verdiyin vədləri unutdum çoxdan,

      And ilə, amanla çıxma var – yoxdan…

      Üzmə ürəyini haqdan, nahaqdan,

      Dostların qohumu, yadımı olur?

      Sən ayrı aləmsən, mən ayrı aləm,

      Özgəsi deyilsən tanıyam, biləm.

      Mən eşq yolçusuyam, əlimdə qələm,

      Eşqin yolçusunun şadımı olur?

      Ay Vahid, adına hörməti saxla,

      Dildən pərgarı da hərdənbir yoxla…

      İnsandı, səhv edir, çox vurma oxla,

      Sən atan oxların badımı olur?

22.10..2018Ağdam, Çəmənli

      Sevənin tanışı, bİlİşİ olmur

      Özümüz zamanı qarşıdırırıq,

      Zamanın bizimlə bir işi olmur…

      Şəri insan səpir Yerin üzünə,

      Başqa canlıların şər işi olmur.

      Gedirik, bilmirik dağdı, dərədi,

      Günümüz yüyənsiz, çılğın dəvədi…

      Hər an ömrümüzə bir girəvədi,

      Əlindən çıxdısa, dönüşü olmur.

      Gedir dayanmadan zamanın köçü,

      Soruşmur, ay yolçu, nəçisən, nəçi…

      Üzündə əks olur hər kəsin içi,

      Qəlbi qaraların gülüşü olmur.

      Sudan hər kəs bir cür çıxarır çulun,

      Xeyir axtarmayın, xeyirxah olun…

      Haqq üçün fərqi yox, ağanın, qulun.

      Sevənin tanışı, bilişi olmur

29.10.2018

      Fələklə nərtaxta oynama, gözəl

      Fələklə nərtaxta oynama, gözəi,

      Vaxtında beşini, şeşini atar

      Hər bir xanəsində yüz tələsi var,

      Vallahi, adamın leşini atar.

      Sənin «dü bir» – inə atar «sə» qoşa,

      «Sə bir» – lə çox çətin çıxasan başa…

      Vurar şeş qoşayla oyunu başa,

      Birin yox, üçün yox, beşini atar.

      Bu dünya hasilə gələndən bəri,

      Fırlandı,

      çox başlar qopartdı pəri…

      Cütləyər əlində o qoşa zəri,

      Üstünə bir qara daşını atar.

30.10.2018

      Mənə yüz İl ömür arzula, dostum…

      Mənə yüz il ömür arzula, dostum,

      Fələk günlərimi bir – bir saymasın.

      Qovuşum hər dürlü aydınlıqlara,

      Göz görsün,

      Qəlb vursun,

      Əcəl duymasın.

      Mənə yüz il ömür arzula dostum,

      Keçdiyim yollara zirvədən baxım.

      Çatdırım səsimi neçə mahala,

      Gələn nəsillərin əlini sıxım.

      Mənə yüz il ömür arzula, dostum,

      Görüm insan oğlu qadirdi nəyə?

      Görüm, ulduzları necə ram edir,

      Hökm edir tufana, selə, küləyə?

      Mənə yüz il ömür arzula, dostum,

      Doyunca dinləyim kamanı, neyi.

      Keçim dəryalardan, ayna sulardan,

      Dolanım səmanı, yeddi qat göyü…

      Ürəyim vurursa həyat eşqinə,

      Azar da, bezar da bəhanədir ki…

      Mənə yüz il ömür arzula dostum,

      İnsan övladına yüz il nədir ki…

      03.10.2018

      Aşıq Haşım Qubalıya müxəmməs töhvəsİ

      Səsin gəlir gah Şabrandan,

      Gah da Qubadan ay Aşıq.

      Xəbər tutursan hər zaman,

      Eldən-obadan, ay Aşıq.

      Əhvalımı sormursan heç,

      Səhər səbadan, ay Aşıq…

      Yeri gəlsə, yapışaram,

      dəhrə, yabadan, ay Aşıq!

      Nə sazından od tükənsin,

      Nə də sobadan, ay Aşıq.

      Al əlinə telli sazı,

      Dolan meydanda mərdana,

      Qoşma, təcnis, gəraylı de,

      Ellər desin alqış sana,

      Oğul istər sənin kimi,

      Söz oxuya yana – yana,

      Aşıq yoxdu bu mahalda,

      Gələ qarşında dayana,

      Sənət sənə əmanətdi,

      Dədə babadan, ay Aşıq.

      Vahid sənə heyrandı bil,

      Nə gizlədim, ta nə danım?

      Dinləyəndə gur səsini

      Damarımda coşar qanım.

      Azərbaycan yurdum mənim,

      Xəzər mənim öz ümmanım…

      Səhər yol alım Bakıdan,

      Gəlim Şabranda dayanım, —

      Qonaq olum söz süfrənə,

      Evin abadan, ay Aşıq!

31.10.2018

      Bİr səmər buldumu sərvət adamı?

      Sakit Məmmədova həsr olunur

      Eşitdim, bazara düşüb güzərin,

      Bir işin vardımı, heyrət

Скачать книгу