Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya. Джейран Вейдаддиновна Пиралиева
Чтение книги онлайн.
Читать онлайн книгу Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - Джейран Вейдаддиновна Пиралиева страница 7
“Sən demə əmim rəsm çəkməyi bacarırmış, ancaq mən heç vaxt bunu görməmişdim. Yadıma gəlir ki, bir dəfə masanın arxasında əyləşib Raxmaninovun portretini meydana gətirmək istəyirdim. Birdən əsəbiləşdim, çünki portret alınmırdı, az qaldı ki, onu cırım. Birdən qapı açıldı və əmim içəri daxil oldu. O, qonsu otaqda işləyirdi. Otağımda olan sakitlik onu maraqlandırır və o, bu məqsədlə mənim otağıma daxil olur və həmən deyir:
–Nə əziyyət çəkirsən? Qələmi gotur. Bax, sənin Raxmaninovunun gozləri lazım olan istiqamətə baxmır.
Biz birlikdə qənaətbəxış qədər işlədik. Əmimdə, o cümlədən bizim ailədə ümumi bir tələb, hökm var idi: onların hamısı babam, atam və əmim Camal üçün şərəf, heysiyyat, vicdan hər şeydən üstün idi və onlar bunu çox dəyərləndirirdilər”.
Müslüm və əmisi Cəmaləddin bütün həyatı boyu bir-birinə çox sıx tellərlə bağlı olmuşdular. Ancaq onların da həyatında, qəmli və kədərli anlar kifayət qədər yaşanmışdı.
“Uşaq olarkən biz heç vaxt qocalıq və yaxud ölüm haqqında düşünmürük. Elə bilirik ki, həyat mütəmadi olaraq öz axarı ilə yalnız bu cür gedəcəkdi. Bununla da biz özümüzü aldatmış oluruq. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu həqiqətən belədi. Biz o vaxt ayılırıq ki, müəyyən yaş həddinə çatmışıq və hər şeyi anlamağa başlayırıq. Ancaq həmin zaman artıq gec olur, biz yalnız “gedən qatar”ın son vaqonunu görürük”, -deyərək, -Müslüm fikirini tamamlayır.
Müslümə əmisi Camal və onun həyat yoldaşı Mariya İvanovnadan başqa yaxın heç kim ola bilməzdi, sözsüz ki, nənəsi Baydagül xanım istisna olmaqla. Baxmayaraq ki, anası Ayşət xanım, anabir bacısı Tanya və qardaşı Yura var idi. Ancaq həyatlarını Müslümün təlim-tərbiyəsinə həsr edən, onun qayğısına qalan əmisinin ailəsindən başqa bir kimsə bu məsuliyyəti daşıya bilməzdi. Elə, buna görə də, onların qocalığı, əldən düşməsi, zəifləməsi Müslümü çox narahat edirdi,hətta, sıxırdı.
O, bu anları xatırlayarkən deyirdi: “Bəli! Müsibət bizim də qapını döydü. Əmim iki dəfə infarkt keçirdi, sonra isə Mura xala… Açığını deyim ki, 4-cü Kreml İdarəsinin tibbi yardımı və həkim heyəti ilə yaxından tanış olduqdan sonra onların nəyə qadir olmasına, qüdrətinə ümidlərim tamamilə son itdi … Bir ildən sonra Mariya İvanov aorta damarının qırılması nəticəsində dünyasını dəyişdi”.
Əlbəttə, Müslüm Maqomayev üçün Mariya İvanovnanı itirmək çox ağır idi, bəlkə, doğma anası Ayşət xanımı itirməkdən də, daha çox… Uşaqlıqdan qayğısını çəkən, təlim-tərbiyəsində yaxından iştirak edən, doğma övladından seçməyən adamı itirmək asan və yaxud ağrısız keçə bilməzdi. Digər bir tərəfdən isə, yeganə və doğma olan əmisinin vəziyyəti heç də ürəkaçan deyildi. Ardıcıl keçirdiyi infarktlar getdikcə özünü daha çox büruzə verirdi, həmçinin, yaş öz sözünü deyirdi.
“Mura xalanın ölümündən sonra Camal əmim, sanki, mənəvi cəhətdən sındı. Masa arxasında qatlanaraq əyləşıb fikirə gedirdi, əli hər yerdən üzülmüşdü. Yadımdadı, bir siqaret götürdü və həqiqi siqaret çəkənlər kimi çəkməyə başladı. Mən siqareti onun əlindən aldım. O, incimis halda nəfəs aldı və dedi:
Özün tulla, əgər bacarırsansa”.
Əvvəlcə Mura xalasının dünyasını dəyişməsi, ardınca Camal əmisinin ciddi xəstələnməsi, ruhən düşməsi Müslüm Maqomayevə mənfi təsirini göstərməyə bilməzdi . O, sevimli peşəsi ilə əvvəlki kimi məşğul ola bilmir, vaxtının çox hissəsini əmisinin yanında keçirir, onun qulluğunda durmağa çalışırdı. Atasının üz çizgilərini xatırlamayan Müslüm üçün Camal əmisi atadan artıq olmuşdu, hərgah ki, doğma atanın yerini heç kim və heç vaxt verə bilməz, hətta, ən yaxşı bel doğmalar…
Daima Müslümü diqqət mərkəzində saxlayan, ona həm xoş, həm də ciddi münasibət göstərən Cəmaləddin qardaşı oğlu üçün bütün doğmalarını əvəz edirdi. Müslüm maqomayevlər nəsilinin yeganə davamçısı olmasına baxmayaraq Camal əmisi onun təlim-tərbiyəsində çox ciddi, bəlkə də, olduqca ciddi mövqe sərgiləyirdi.
“Əmim Camal bütün həyatı boyu mənim üçün ev “İvan Qroznı”sı olmuşdu. O, həm özünə, həm də başqalarına qarşı çox ciddi və tələbkar idi. Bax, indi bu insan köməksiz qalıbdı. Mən onu evimə gətirdim, cay və ya bir qədəh konyak süzdüm, onunla çox sakit danışdım. Onun üçün ağır olan belə bir gündə, əmim nəhayət ki, danışdı… Nə üçün məni övladlığa götürmədiyinə aydınlıq gətirərək soruşdum. O, isə dedi:
Sən, Müslüm, öz atanın oğlusan! O, isə qəhrəman olubdu”.
Keçirdiyi növbəti infarktdan sonra Cəmaləddin Əbdül-Müslüm oğlu Maqomayev Moskvanın Kunsevo xəstəxanasında özünə gəlmədən dünyasını dəyişir. Onun nəşi Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin bilavasitə köməkliyi və iştirakı ilə Bakıya gətirilir və Fəxri Xiyabanda, atası bəstəkar, dirijor, pianoçu Əbdül- Müslüm Maqomayevin yanında dəfn olunur. Bu, barədə sonrakı fəsillərdə daha müfəssəl söhbət açacağam…
II Dünya müharibəsindən sonra Cəmaləddin uzun illər sovet Azərbaycanında müxtəlif yüksək dövlət vəzifələrində çalışmışdı. O, əvvəl Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, daha sonra isə SSRİ Nazirlər Sovetinin tərkibində Azərbaycan SSR- nin daimi nümayəndəsi kimi Moskva şəhərində fəaliyyəşdi göstö.
Məhəmməd Əbdül- Müslüm oğlu Maqomayev (1916-1945)
(Müslüm Maqomayevin atası)
Əbdül-Müslüm Maqomayev və həyat yoldaşı Baydagül xanımın ikinci oğlu Məhəmmədin heç bir musiqi təhsili yox idi. O, ancaq müsiqi alətində gözəl ifa etmək, mahnı oxumaq qabiliyyətinə, həmçinin, yaxşı rəqs etmək istedadına malik olan teatr tərtibatçısı kimi tanınırdı. Məhəmməd teatr rəssamı olmaqla bərabər, həm də mahnı oxumağa üstünlük verirdi, hətta, oxuduğu mahnıları royalda ifa etməklə özünü müşayiət edirdi. Onun teatr rəssamı kimi müxtəlif zamanlarda Bakı və Maykop teatrlarında tamaşaya qoyulan dram əsərlərinə rəsm tərtibatı verməsi, Məhəmmədin həqiqətən bacarıqlı və qabiliyyətli gənc olmasından xəbər verirdi. Əlimizdə olan materiallardan bəlli olur ki, Məhəmməd atası Əbdül- Müslüm kimi mərd, zəhmətkeş, bacarıqlı, qorxmaz bir insan olubdu.