Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya. Джейран Вейдаддиновна Пиралиева
Чтение книги онлайн.
Читать онлайн книгу Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - Джейран Вейдаддиновна Пиралиева страница 11
Ayşət xanımın danışığından hiss olunur ki, təfərrüatlarını bölüşərkən o, necə əzab-əziyyət çəkir və sıxılır. Həm həyat yoldaşına olan məhəbbəti, həm övladının iztirablar içində mahnını yüksək səviyyədə ifa etməsi, sözsüz ki, Ayşət Əhməd qızını həmin anlara, Məhəmmədlə keçirdiyi qısa, ancaq xoşbəxt və mənalı günlərə dartıb aparırdı. Bu, söhbətdən sonra onun özünə qayıtması üçün müəyyən zaman fasiləsinə ehtiyac duyulurdu. Lakin sualı sual arxasınca ünvanlayan müsahibin, jurnalistin növbəti sorğusu heç də əvvəlkindən az təsirli olmurdu. Uşaqlıq dövrü ilə bağlı ünvanlanan sualı cavablandıran Ayşət xanım dərindən ah çəkərək yaddaşına həkk olunan məqamları dilə gətirərək deyirdi:
“Müharibədən çox keçməmiş türkləri Qafqazdan sürgün etməyə başladılar. O cümlədən atamı Sibirə, Tomsk şəhərindən təxminən 200 kilometr aralıda yerləşən Beliş-Yar adlı bir yaşayış məntəqəsinə göndərdilər. Bir dəfə yanına getdim, görüşdük, onu sakitləşdirməyə çalışdım. Nə qədər buna müyəssər oldum deyə bilmərəm… Bu, atamla mənim son görüşüm oldu. Sonradan xəbər aldım ki, artıq atam bizim həyatla vidalaşıbdı.”
Bir-birinin ardınca yada salınan ağır və acı xatirələr Ayşət xanıma əməlli-başlı təsir göstərmişdi, sanki, qəhər onu boğurdu. O, hıçqırtı ilə danışır və çalışırdı ki, danışdıqca, həm ürəyini boşaltsın, həm də nisbətən təskinlik tapsın. Bununla belə, sinəsinin üzərindən diyirlənərək damcı formasında aşağı düşən isti və mavi göz yaşları onun daxili aləminin necə alovlanmasından xəbər verirdi. Bu, göründüyü kimi bir o qədər sadə, həmçinin, bir o qədər asan deyildi, ancaq Ayşət xanım özündə güc tapıb bunu edə bilmişdi. Bəlkə o, dramatik rolların mahir ifaçısı olduğu üçün vəziyyətin öhdəsindən bacarıqla, məharətlə gələ bilirdi. Söz yox ki, bu fikirlər mənim bədii düşüncəmin, şəxsi təxəyyülümün və təəssüratlarımın məhsulu kimi qəbul olunmalıdı.
Oğlu Müslümlə bağlı söhbət etdiyi zaman Ayşət xanım qarşısına çıxan çətinlikləri, yaşadığı problemləri necə dəf etdiyini, hansı həyat macəraları ilə üz-üzə qaldığını sərbəst dilə gətirməyi bacarırdı . O, deyirdi: “Müslümü atasız böyütmək mənim üçün olduqca ağır idi, lakin çalışırdım ki, bu işin öhdəsindən inamla gəlim. Bakıdakı qohumlarım daima bizə kömək gostərirdilər. İlk musiqi dərsini Müslüm Valentina Mixaylovna Sulqinadan götürdü. Müəllimə bildirdi ki, uşaqda olan istedad və zəka Allah vergisidi. Sanki, Müslimdə nə isə qeyri-adi bir hiss, bir möcüzə var idi”.
Müslümlə bağlı fikirləri bölüşmək Ayşət xanım üçün bir o qədər asan deyildi. Çünki, ən azından, o, ana idi və balasının hər bir anını düşündükcə müəyyən çətinlikləri xatırlamalı olurdu. Ancaq bütün bunlara baxmayaraq özündə güc tapan Ayşət xanım fikrini onu dinləyənlərə çatdıra bilirdi.
“Tezliklə mənim qayınanam, Müslümün nənəsi, Baydagül xanım yanımıza gəldi. O, oğlu Məhəmmədsiz gunləri haqqında danışdı. Söylədi ki, əgər nəvəsi onun yanında olsa, ağır günləri bir az unudar, bir az təskinlik tapar. RazIlIq verdim. Müslümün Bakı həyatı hadisələrlə zəngin oldu. Xəstəlik, inciklik, çapıq və s.”, -deyirdi, -Ayşət xanım.
Bu, söhbətə əsaslanaraq, sözsüz ki, Ayşət xanımı geninə-boluna müzakirə, mühakimə etmək, məzəmmət obyektinə çevirmək olardı. Lakin mən bunu etmək fikirindən yan keçmək qərarına gəldim. Çünki proseslərin necə davam edəcəyini, o cümlədən subyektiv fikir və düşüncələri söyləmək üçün daha münasib zamanı və münbit şverraiti gözləməyə ü stünl. Burda, bir aforizm yadıma gəldi və məni çox düşündürdü: “Mühakimə etmə, mühakimə olunarsan.”
XX əsrin 50-ci illərində keçmiş SSRİ də “Tarzan” adlı kinofilm çox məşhur idi. Aşağı sinif şagirdləri özlərini filmin qəhrəmanı Tarzana oxşatmağa çalışırdılar. Onlar ağaclara dırmanır, atlanır, kəndirdən sallanır və nəticədə müxtəlif zədələr, travmalar alırdılar. Kiçik Müslüm və onunla bir məhəllədə yaşayan Polad (Bülbüloğlu: -C.P.) bu, filmin təsiri altında həyətdə olan ağaclara dırmaşır, ağacdan-ağaca tullanır, Tarzan sayağı oynayır, sözsüz ki, kifayət qədər zədələr alırdılar. Dostluq edən Müslüm və Poladın mənzilləri bir həyətdə, daha doğrusu, bir binada yerləşirdi.
Ayşət xanım bu barədə yazırdı: “Bir dəfə həyətdə Poladla oynayarkən mənim Müslümüm ağacdan yıxılır, qolunu sındırır… Sonra hamısı qaydasına düşür”.
Ayşət xanımın teatr karyerasının əsas hissəsi Qazağıstanın Çimkənd Rus Dram Teatrı ilə sıx bağlı olmuşdu. O, uzun illər bu teatrın səhnəsində biri-birindən maraqlı və gozəl çoxsaylı obrazlar yarada bilmişdi. Bu, tamaşaların arasında “Turandutun şahzadə qadını”, “Köstəbək”, “Qara qızılgül” əsərləri xüsusilə fərqlənirdi. Tarixi məlumatlara görə Ayşət xanım teatrın aparıcı solisti olmaqla bərabər, həm də “Armudçuq” pyesinin mükəmməl və əvəzedilməz ifaçısı idi. Məhz, onun iştirakı ilə bu pyes uzun illər Çimkənd Rus Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş və hər dəfə də böyük tamaşaçı alqışı ilə qarşılanmışdı.
Çimkənd vilayət Rus Dram Teatrı sonralar “Cənubi Qazaxıstan Vilayət Rus Dram Teatrı” kimi fəaliyyət göstərməyə başlamışdı. Lakin həmin zaman çox az adama məlum idi ki, bu teatrın səhnəsində məşhur Müslim Maqomayevin anası Ayşət xanım Xanjalova-Maqomayeva fəaliyyət göstərir.
Teatrın 80-illik yubileyi ərəfəsində Qazaxıstanın tanınmış qəzetlərindən hesab olunan “Komsomolskaya Pravda” ilə teatrın bir qrup əməkdaşı görüşür və xatirələrini bölüşürlər. Çimkənd teatrına Ayşət xanım Xanjalova -Maqomayeva iki dəfə gəlmişdi. Onun birinci gəlişi XX əsrin 60-cı illərinin sonuna, ikinci gəlişi isə həmin əsrin 80-ci illərinə təsadüf etmişdi. təəssüflər olsun ki Yalnız həmin zamanı əks etdirən, xatırladan bəzi fraqment, afişa və fotoşəkillərdən