Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya. Джейран Вейдаддиновна Пиралиева

Чтение книги онлайн.

Читать онлайн книгу Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - Джейран Вейдаддиновна Пиралиева страница 9

Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - Джейран Вейдаддиновна Пиралиева

Скачать книгу

büruzə verməyərək, əvvəlki görkəmində qalır, hətta, bütün bunlara baxmayaraq hər şeyi mövcud normalar çərçivədə qəbul edir, ətirli Azərbaycan çayını içəiçə daxilən özünə toxtaqlıq verir.

      “İnanıram ki, siz məni düz başa düşəcəksiniz. Atama məxsus olan hər şey şəxsən mənə aiddi. Mən mərhəm, gizli şeyləri yaymağı xoşlamıram. Həqiqət naminə qeyd edim ki, çox əvvəllər əmim Camal atamın məktublarından bəzisini Bakı qəzetlərindən birinə vermişdi. Məncə, bu “Vışka” qəzeti idi. Ancaq mən bunu heç vaxt etməmişəm. Sizin təklifenizi… Bağışlayın bir daha, comərdcəsinə, inanıram ki, siz məni düzgün başa düşürsünüz…”, -deyərək, – Müslüm fikirini tamamlayır.

      Jurnalist heç bir açıqlama olmadan hər şeyi gozəl bilirdi və başa düşürdü. Müslümün ailə arxivini, əsasən də, atasının cəbhə məktublarını başqa bir şəxsə verməməsini düzgün qiymətləndirirdi.

      Jurnalist xatirələr dəftərində yazırdı:

      “Əslində həmin vaxt Müslüm düzgün qərar qəbul etdi. Hansı əsasnan o, ailə arxivini mənə verməli idi. Baxmayaraq ki, mən tanımadığı adam deyidim, amma belə götürəndə kənar şəxs idim. Kim buna zəmanət verə bilərdi ki, mən atasının cəbhə məktublarından səliqəli və düşünülmüş formada istifadə edəcəm? Başqa bir tərəfdən isə bu mənə təəssüflü və ağır gəlirdi. Ona görə ki, “qızıl ulduzlu” hərbi qəzetlər üçün bu həqiqi material idi. Demək olar ki, həmin materialı əlimdə tutmuşdum, lakin o birdən-əlimdən çıxdı!”.

      Görünür çox götür-qoy etdikdən sonra o, (yəni Müslüm Maqomayev: -C.P.) düşünür və sonda qərara gəlir ki, atasının cəbhə məktublarını hərbi jurnalistə təqdim etsin. Səbirsizliklə səhərin açılmasını gözləyən Müslüm sübh-tezdən Mixayıl Zaxarçuka zəng edir və atasının cəbhə məktubları ilə bağlı fikrini ona çatdırır.

      Sevincinin həddi-hüdudu olmayan Zaxarçuk bu barədə yazırdı:

      “Hörmətli oxucularım , bu cür şad, həm də xoş xəbərdən sonra mənim sevincimi, ümumiyyətlə, vəziyyətimi təsəvvürünüzə gətirə bilənərsinizmi?.. Müslüm řetdizəx…”

      Hərbi qəzetin müxbiri əlinə düşən fursəti buraxa bilməzdi. Müslümdən aldığı çox saylı cəbhə məktubları jurnalistin qarşısında müharibə ilə, şəxsən Məhəmməd Maqomayevlə bağlı yeni bir tarixə açırdmaqli qır bunar maksimumum Sonda balaca bir qəzet qeydindən faktlara əsaslanan analitik bir məqalə, daha sonra isə sənədli bir povest masa üzərinə qoyulur. Bu, mühüm məsələ ilə bağlı jurnalistin şəxsi düşüncələri, daha aydın, daha obyektiv və daha sanballı görünür. O, yazIrdI:

      “Mən, Müslüm Maqomayevin atası ilə bağlı sənədli povest yazdım və onu özümün “Öz borcumu şərəflə yerinə yetirirəm…” adlı kitabımda yerləşdirdim. Burda, həmçinin, Almaniyada həlak olan əsgərlərin Polşada dəfn olunmasına da, aydınlıq gəldi. Sən demə marşal QK Jukov Sərkərdə çox gözəl bilirdi ki, Ali Komandanlıq ondan nə üçün Reystaxt divarları önündə bu qədər əsgərin həlak olmasını soruşacaqdı . Sözsüz ki, bu, tamamilə başqa bir mövzunun söhbətidi …”, -deyən, – M.Zaxarçuk fikirini belə yekunlaşdırır .

      Məhəmməd Əbdül-Müslüm oğlu Maqomayev Ali Komandanlıq tərəfindən dörd dəfə ordenlə təltif olunmuşdu. Bunlar “Qızıl Ulduz” (sentyabr-1944), “ Qırmızı Bayraq ” (Fevral-1945). Məhəmməd haqqında yazılan sənədli povest yazıçı-hərbi jurnalist Mixayıl Zaxarçuk tərəfindən vaxtilə Almaniyada yerləşən Sovet Qoşun Qruppalaşmasının mətbuat orqanı olan “Sovet Ordusu”, Şimal Qoşun Qruplaşmasının mətbuat orqanı olan “Qələbə bayrağı” və Şimali Qafqaz hərbi dairəsinin mətbuat orqanı olan “Qızıl bayraq” qəzetlərində eyni vaxtda dərc olunmuşdu.

      Müslüm atası haqqında yazırdı: “O, çox zəkalı, istedadlı, qabiliyyətli bir insan olub: heç yerdə xüsusi musiqi təhsili almadan royalda yaxşı ifa etməyi və oxumağııbıbacar. Əlbəttə, bu onsuz da başa düşüləndi: babam kimi peşəkar, universal bir adamın yanında böyüyəsən, sözsüz ki, həm çalmağı, həm də oxumağı öyrənəcəksən. Atamın səsi o qədər də böyük diapazona malik olmayıbdı, deyilənlərə görə çox səmimi, ürəyəyatımlı olubdu. Mənim səsim atamdan deyil, anamdan mənə gəlibdi… O, həmçinin, çox istedadlı teatr rəssamı kimi Bakıda, daha sonra Maykopda tamaşalar tərtib edib və orda da anamla tanış olubdu.”

      Söhbətin bu yerində, Müslümün “orada da, anamla tanış olubdu”, -deməsinə, -münasibət bildirmək, məncə, yerinə düşər. Ayşət xanımın xatirələrinə müraciət edərkən mən tamamilə başqa hadisənin şahidi olmuşdum.

      Ayşət xanım öz xatirələrində yazırdı:

      “Mən Müslümün atası Məhəmməd ilə 1941-ci ildə, Moskvada tanış oldum. Onda mən, Teatr İnstitutunda oxuyurdum… Hətta, Stalin adına təqaüd alırdım. Paytaxt Moskvada Azərbaycan incəsənəti ongünlüyü açıldı. Bu, tədbirlə bağlı Bakıdan Opera və Balet teatrının artistləri gəlmişdilər. Bəstəkar Əbdül- Müslüm Maqomayevin həyat yoldaşı Baydagül xanım və oğlu Məhəmməd də onların arasında idi. Biz, Məhəmmədlə həmin zaman tanış olduq. Başladıq dostluq etməyə, bununla da bizim sevgi romanımızın bünövrəsi qoyuldu…”.

      Mənə elə gəlir ki, Müslüm bu məsələdə yanlışlığa yol verib, çünki Ayşət xanım özü ilə baş verən hadisə haqqında səhv fikir söyləyə bilməzdi. Həmin anları Ayşət xanımdan başqa heç kim dəqiq nə yadda saxlaya, nə də düzünü deyə bilməzdi. Odur ki, Ayşət xanıma daha çox inanmaq məcburiyyətində qaldım. Çünki hadisənin ikinci şahidi, Müslümün atası Məhəmməd müharibədə həlak olduğundan onun fikirini öyrənmək qeyri–mümkün idi. Demək, Ayşət xanımın xatirələrinə inanmamaq mənim ixtiyarım xaricindədir . Bu, hadisəyə Ayşət xanımla bağlı bölmədə bir daha qayıtmalı olacam. O ki, qaldı Ayşət xanımın Məhəmmədlə bağlı dediyi, -“Maykop şəhərindən onu qanlı-qadalı günlərə yola saldım”, -deməsinə, -burda sadəcə olaraqdiiv.qoleyri obyekt Beləki, SSRİ Müdafiə nazirliyinin arxivində olan sənədlərdə gostərilir ki, Məhəmməd Maqomayev Bakıdan könüllü olaraq cəbhəyə yollanıbdı.

      Təəssüf hissi ilə qeyd etmək olar ki, bir neçə il teatr rəssamı işləyən Məhəmmədin yadigar olaraq nə bir bədii rəsm əsəri, nə bir cizgi elementlərini özündə əks etdirən portret əsəri, nə də ki, bir esgiz, layihə əlamətlərini göstərən hər hansı bir işi qalmayıbdı. Müslümdə rəssamlığa meylin olması, hətta, dəyərli əsərlər yaratması bizə imkan verir ki, qismən də olsa Məhəmmədin rəssam olmasını qəbul edək, lakin heç bir sübutun, dəlilin olmaması müəyyən qaranlıq məqamlar yaradır. Mən, burda xatirə meyarına əsaslanmalı və ya üstünlük verməli oluram.

      “Sonradan mənə məlum oldu ki, atam teatrın quruluşu başa çatdığı və yaxud multiplikasiyanın yaranması ilə əlaqədar yeni, həmin zaman təzəcə peyda olan xüsusi multikator peşəni sini

Скачать книгу