Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya. Джейран Вейдаддиновна Пиралиева

Чтение книги онлайн.

Читать онлайн книгу Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - Джейран Вейдаддиновна Пиралиева страница 12

Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - Джейран Вейдаддиновна Пиралиева

Скачать книгу

pyesində həddən artıq əzəmətli və təmtəraqlı görünübdü. Bunu həmin dövrün qəzet məqalələrində olan dəlil və faktlar sübut edir.

      “Armudçuk” tamaşasını canlı izləyən və əlli ildən artıq şəhərin mədəniyyət aləmində çalışan, şəhərin müsiqi məktəbinin müəllimi Şımkent İzoldu Belov xatırələrində Ayşət xanımla bağlı fikirlərini bölüşərkən yazmışdı:

      “ Armudcuq ” pyesini Ayşət Maqomayeva- Xanjalovaya görə səhnəyə qoyurdular. O, bu əsəri çox səmimi və ürəkdən oynayırdı. Mən, indiyə kimi bu əsəri böyük təəssüratlarla xatırlayıram. Onun ağ köynəkli, uzun qara saçlı obrazı foto şəkil kimi yaddaşıma möhürlənibdi. Hətta, tamaşaçılar kecidlərdə dayanırdılar. O, çox gözəl, incə, qəşəng bir qadın idi və çox yaxşı oxuyurdu. Ümumiyyətlə, onun teatrda və şəhərdə peyda olması, görünməsi, sanki, bir partlayışa səbəb olurdu.”

      Dram Teatrına ikinci dəfə qayıtması əməkdaşların yaddaşında daha çox qalıbdı. Ancaq bu, heç də o demək deyil ki, rəsmi sənədlər və ya materiallar tamamilə yoxdu . Əksinə, bunlar Ayşət xanım Əhməd qızının XX əsrin 60-cı illəri ilə bağlı mövcud olan faktlarından xeyli çoxdu. Məsələn: teatrın arxivində 9 noyabr 1980-ci il tarixində Ayşət xanımın işə qəbul olunması haqqında yazdığı ərizə, bir neçə rəsmi fotoşəkil, aktrisa kimi teatra işə götürülməsi və tamaşada hansı rolu ifa edəcəyi barədə direktor Şveyserin əmri və bir çox başqa sənədlər qorunub saxlanıbdı. Bütün bu sənədlərdə, Ayşət xanım Maqomayeva familiyası ilə təqdim olunubdu.

      “1978-ci ildə mən Çimkənd teatrına işləməyə gəldim. Burda öyrəndim ki, Müslüm Maqomayevin anası teatrda işləyir. Bu, xəbərdən sevinc və fərəh hissi keçirdim! Mən Müslümün mahnılarını həddindən artıq çox sevirdim. O, bizim nəsil nümayəndələrinin qibləgahı, pərəstişgahı, büt yeri, əfsanəsi idi. Şəxsən mənim üçün onun anası da əfsanə hesab olunurdu. Buna bahəm Ayşət Əhməd qızı ilə tanış oldum və ona Müslümə valeh və heyran olduğumu bildirdim…”, -deyərək, -teatrın aktrisalarından biri, Larisa İvanovna Şapovalova xatırlayırdı.

      Kinoya getməyi, mütaliə etməyi, təmiz havada gəzməyi, həmsöhbət olmağı xoşlayan Ayşət xanım dahiyanə fikirlər söyləmək, özünü yüksək tutmaq, bir sözlə , başqalarına yuxarıdan aşağı baxmaq və s. bu kimi neqativ xüsusiyyətlərdən çox uzaq olan bir insan olmaqla bərabər, həm də çox təmizkar, səliqəli, əsl zadəgan qrupuna mənsub olan bir xanım olubdu.

      Ayşət xanımın rəfiqələri Valentina Osipovna və Larisa İvanovna deyirdilər: “Ayşət xanım çox istedadlı bir insan idi. O, demək olar ki, bütün musiqi alətlərində: qarmon, gitara, bayan, dombre və akkordeonda ifa etməyi bacarırdı. Olduqca gözəl improvizasiya qabiliyyətinə, valehedici, həm də, hər hansı bir aksent olmadan müxtəlif xalqların mahnılarını oxumaq istedadına malik idi. Teatrın sabiq əməkdaşları belə hesab edirdilər ki, oxumaq bacarığı Müslü mə anasından keçibdi.”

      Ayşət xanımın rəfiqələrinin dediklərində bir həqiqət, bi reallıq var idi. Beləki, Cənubi Qazağıstan, Çimkend Rus Dram Teatrının bədii rəhbərlərindən biri İqor Verbitiski Ayşət xanımla bağlı xatirələrini bölüşərkən demişdi:

      “Mənə müyəssər oldu ki, bir neçə tamaşada Ayşət Əhməd qızı ilə tərəf müqabili kimi çıxış etdim. Birinci dəfə bu, 1980-ci ildə baş tutdu. Onda mənim 17 yaşım var idi, teatra yenicə gəlmişdim. Tamaşaya əfsanəvi “Qara qızılgül” qoyulurdu. Belə oldu ki, (tamaşada: -C.P.) Bibinin oğlu Nadir rolunu oynayan aktyor Daşkəndə sesiyaya getdi. Onun yerinə məni qoşdular. Mənim rolum qısa, amma həyatımda birinci epizod idi. Onda ilk dəfə onunla (Ayşət xanımla: -C.P.) səhnədə ünsiyyət qurmaq mənə müyəssər oldu. Həmin vaxt Müslüm bütün ittifaqda şöhrət qazanmışdı, onu tanımayan tapılmazdı. Kuluarlarda və səhnə arxasında hamı bir-birinin qulağına sakitcə pıçıldayırdı:

      Ayşət Maqomayeva!”

      Artıq neçənci teatr əməkdaşıdı ki, Ayşət xanım haqqında, onun istedadı və yaratdığı obrazlar haqqında ürək dolusu danışır və xoş sözlər deyir. Ancaq çox təəssüflər olsun ki, dramatik rolların mahir ifaçısı həyatın ona bəxş etdiyi həqiqi “Ana” obrazını oynaya bilmədi, daha doğrusu, onun öhdəsindən gələ bilmə.

      Həmin illərdə Müslüm Maqomayevi, nəinki keçmiş SSRİ-də, hətta, bütün dünyada tanıyırdılar. Bu cür, ecazkar bariton səsə malik müğənnini tanımamağın özü bir qəbahət hesab olunurdu. Lakin ana və oğul arasında olan anlaşılmazlıq, soyuq münasbət tamaşaçı auditoriyası üçün əlavə söz-söhbət, dedi-qodu yaradırdı. Ayşət xanımın rəfiqələrinin, tərəf müqabillərinin, həmçinin, özünün dediklərinə istinad edərək çox mükəmməl bir aktyor -qadın surəti yaratmaq olar. Ancaq ana ilə Müslüm arasındakı rabitə mütəəssir faciəvi tellərlə bağlı idi. Məhz, bu baxımdan Ayşət xanım, onun teatr yoldaşları bu adı (Müslüm : -C.P.) bir o qədər hallandırmağa çalışmırdılar. Ancaq digər bir tərəfdən bəd dillərin sahibləri sözgəzdirən, qeybətçil əməllərindən, sözsüz ki, geri qalmırdılar. Əlbəttə, insanları daima bir sual olduqca çox maraqlandırırdı. Nə üçün Müslüm Maqomayev Moskvada, onun anası Ayşət xanım vilayətin baş şəhərində, biri-birindən ayrı yaşayırlar? Lakin heç kim cürət edib bu sualla Ayşət xanıma müraciət edə bilmirdi, hətta, onun yaxın rəfiqələri və iş yoldaşları, belə… Başqa bir tərəfdən isə, Ayşət xanım bu cür söhbətlərin ayaq açması üçün imkan vermirdi və münbit şərait yaratmırdı. Baxmayaraq o, çox şad, gülərüz, mehriban, ünsiyyətçil qadın idi. Burda, ən vacib amil ondan ibarət idi ki, Ayşət xanım heç vaxt kiminsə onun şəxsi işinə qarışmasına imkan yaratmırdı. Bütün könül sındıran, ürək sıxan həyat motivlərinə bahəm Ayşət xanım Maqomayeva insanlara münasibətdə mehriban, istiqanlı, doğma olaraq qalırdı.

      “Ayşət Əhməd qızı “Qara qızılgül” tamaşasında, sösün həqiqi mənasında, ana obrazını təsvir etməyi yaxşı bacarırdı. Mən ilk dəfə səhnəyə çıxanda təşviş içində idim. Ayşət Əhməd qızı mənə qayğı ilə yanaşdı, kömək etdi. Tamaşanın gedişi zamanı o, məni öpür və qucaqlayır, mənimlə ağlayırdı. Həmçinin, bir ana kimi məni sakitləşdirir və yenicə fəaliyyətə başlayan aktyoru hiss edir, ana münasibəti və qayğısı göstərirdi.”

      Müslüm qələmə aldığı “Melodiya, mənim məhəbbətimdi” adlı memuar monoqrafiyada anası ilə bağlı məqamlara çox ehtiyatla toxunurdu. Hətta, bəzən hiss olunurdu ki, müğənni anasını müdafiə edir, ona haqq qazandırmağa çalışır. Bu, təbii qəbul olunmalıdı , çünki Ayşət xanım onun anası idi. Oğulun anaya bu cür, münasibət sərgiləməsinin bünövrəsində daxili duyğular, ruhi bağlılıq, kökdən gələn impuluslar, ən əsası isə irsi əlamətlərı yrhıli.

      “Müharibədən sonrakı vəziyyət elə gətirdi ki, anam ikinci dəfə ailə qurmalı oldu. Bununla bağlı mən onu gunahlandıra bilmərəm. O, dram aktirisası idi, daima Rusiyanın şəhərlərində köçəri həyat tərzi keçirirdi, heç vaxt uzun müddət bir

Скачать книгу